# Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir

- Link: https://xilasinyolu.site/tolerantliq-multikulturalizm-eneneleri-birgeyasayis-bizim-heyatimizin-ayrilmaz-bir-hissesidir/
- Published: 2023-03-28T20:22:44+04:00
- Author: rmzsmyl

Martın 28-də qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə
gələn xarici qonaqlar Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin rəhbərliyi ilə reallaşıb.

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə 
əlaqədar təşkil olunan səfər çərçivəsində qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin
yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb,
burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu
ilə yaxından tanış olublar.

Bildirilib ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları
nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər
uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və 
milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli
xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər
buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox 
sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə
sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı qonaqların diqqətinə
çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-
şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə
ucaldılan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
anılıb, dini konfessiyaların nümayəndələri dualar oxuyublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə
müsahibəsində deyib: Dünyada gedən proseslər və mənəvi böhranın getdikcə dərinləşməsi
onu göstərir ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya,
model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar,
icmalar xüsusi fəallıq göstərib, xüsusi rol oynayıblar. Hazırda qarşımızda duran
başlıca vəzifə bu dəyərlərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək
və yeni nəslə ötürməkdir.

“Qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn
xarici qonaqların Qubaya səfəri zamanı yəhudi, xristian və islam icmasının nümayəndələri
bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət etdilər. Çağırışımızda
artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın
vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri Qarabağda yaşayan ermənilərə
də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt
yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər.
Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən
gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə
yaşayırıq. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın
ayrılmaz bir hissəsidir”, – deyə Səyavuş Heydərov bildirib.

Səfərdə iştirak edən qeyri-islam dini icmalarının nümayəndələrinin diqqətinə çatdırılıb
ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi
2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin
müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri,
əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı
xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif 
bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat
əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən
aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.
Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı
törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Vurğulanıb ki, ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası 
yaradılıb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb,
baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət 
verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Ulu Öndər
Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin
dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların 
Soyqırımı Günü” elan edilib.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin
Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “
Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-
Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, “Həyat sözü Xristian”, Yevangelist Məsihi
Baptistlərinin “Aqape”, “Həyat sözü”, “Həyatverici lütf”, “[Alov](http://instagram.com/alovbirliyi)”,“
Vineyard”, “Krişna Şüuru”, “Molokan ruhani-xristian” və “Bəhai” dini icmaları təmsil
olunub.

 * ![Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz
   bir hissəsidir](https://i.ytimg.com/vi/qStUiFWsAJo/hqdefault.jpg)
 * 
   ### Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir
   

 [Load more](https://xilasinyolu.site/tolerantliq-multikulturalizm-eneneleri-birgeyasayis-bizim-heyatimizin-ayrilmaz-bir-hissesidir/#)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036022281050038_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/dini-icma-quba.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/64229438d4c5d64229438d4c5e167998776864229438d4c5a64229438d4c5c.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/64229438c0a7064229438c0a71167998776864229438c0a6d64229438c0a6e.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/c42d56d0d06e6b1ab6e0f7fcdfb01741.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/5f68d074c109b37c53f6ec7a2e86b3f9.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036023972836298_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036036162821947_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036021317764692_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/6-1.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036032880164245_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/d90039aa6c68c7f83c3280d4bae78698.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036033917944817_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_161680003603635583382_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/68c00e345b509b5feb00198dce7ea16d.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/338169826_243534501388266_2911705816827466690_n-768x512-1.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036034764337628_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/cbc9f0d6e4a80a262b924f4244f50bb4.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/6869e5a6-6670-39ca-b552-6d97a05141ea.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/0a4dbf70-f98e-399d-b9cf-46a6d811254b_850.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/337862983_1054605855386318_3122153077689377653_n-768x512-1.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/2b9efc6a-7f7a-38e5-80fd-25c4eb947d30.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/2023_03_28_658168_4CBFA07B-8B9C-41EC-8F7A-C8BE14E9802A.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_16168000360312135515_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_161680003603348791099_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/w_1616800036035442450105_1000x669.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/337995728_621928249755915_3412271876803106302_n-768x512-1.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/fc8f52235f78a57466dc95253428c6bf.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/348ebec8327cfa4590bbb585f8e24e3d.jpg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/338118907_264654012556706_8636251643696026859_n-768x512-1.jpg)

 
