# Romalıların xilas yolu nə deməkdir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/romalilarin-xilas-yolu-ne-demekdir/
- Опубликовано: 2022-05-25T12:23:47+04:00
- Автор: thecasper

Romalıların xilas yolu – Müqəddəs Kitabın Romalılara məktubundakı ayələrdən istifadə
etməklə xilas Müjdəsini bölüşmək yoludur. Bu nə üçün bizim xilasa ehtiyac duyduğumuzu,
Allahın xilası necə təmin etdiyini, xilası necə qəbul etməyi və xilasın nəticələrini
izah etmək üçün sadə, lakin güclü bir metoddur.

Romalıların xilas yolunun birinci ayəsi Romalılara 3:23-dür, “Hamı günah işlətmiş
və Allahın izzətindən məhrum qalmışdır.” Biz hamımız günah işlətmişik. Biz hamımız
Allahı narazı salan şeylər etmişik. Günahsız insan yoxdur. Romalılara 3:10-18 günahın
bizim həyatımızda necə göründüyünü təfərrüatı ilə təsvir edir. Romalıların xilas
yolunun ikinci ayəsi olan Romalılara 6:23 bizə günahın nəticələrini öyərdir – “Çünki
günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.” Günahlarımıza
görə qazandığımız cəza ölümdür. Yalnız fiziki ölüm yox, həm də ruhani ölüm!

Romalıların xilas yolunun üçüncü ayəsi Romalılara 6:23-ün ikinci hissəsidir. Romalılara
5:8 bəyan edir, “Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz
hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.” İsa Məsih bizim uğrumuzda öldü! 
İsa Məsihin ölümü bizim günahlarımızın əvəzini ödədi. Onun dirilməsi sübut edir 
ki, Allah İsanın ölümünü bizim günahlarımızın əvəzi kimi qəbul etdi.

Romalıların xilas yolunun dördüncü ayəsi Romalılara 10:9-dur, “Əgər sən ağzınla “
İsa Rəbbdir,” – deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə 
inansan xilas olacaqsan.” İsa bizim uğrumuzda öldüyü üçün biz ona inanmalı, Onun
ölümünün günahlarımızın əvəzi olduğuna etibar etməliyik – onda biz xilas olarıq!
Romalılara 10:13 bunu yenidən deyir, “Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır.”
İsa günahlarımızın əvəzini ödəmək üçün öldü və bizi əbədi ölümdən azad etdi. Xilas,
günahların bağışlanması, İsa Məsihə Rəbb və Xilaskar kimi iman edən hər kəs üçün
həqiqidir.

Romalıların xilas yolunun sonuncu aspekti xilasın nəticələridir. Romalılara 5:1-
də bu gözəl mesaj var, “Beləliklə, imanla saleh sayıldığımız üçün, Rəbbimiz İsa 
Məsih vasitəsi ilə Allah qarşısında bizim sülhümüz var.” İsa Məsih vasitəsilə bizim
Allahla sülhümüz var. Romalılara 8:1 bizə öyrədir, “Deməli, indi Məsih İsaya aid
olanlar üçün heç bir məhkumiyyət yoxdur.” İsa bizim uğrumuzda öldü, ona görə də 
biz heç vaxt günahlarımıza görə məhkum olunmayacağıq.” Sonda, Romalılara 8:38-39-
da Allahın bizim üçün qiymətli vədi var, “Çünki mən əminəm ki, nə ölüm, nə həyat,
nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük,
nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən
məhrum etməyə qadir olmayacaqdır.”

Romalıların xilas yolunu izləmək istərdinmi? Əgər belədirsə, burada sənin edə biləcəyin
bir dua nümunəsi var. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə
olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə
etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm
ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq
olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan
üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə
görə minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.