# Qabilin arvadı kim idi? Qabilin arvadı onun öz bacısı idimi?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/qabilin-arvadi-kim-idi-qabilin-arvadi-onun-oz-bacisi-idimi/
- Опубликовано: 2022-05-25T12:06:44+04:00
- Автор: thecasper

Müqəddəs Kitab Qabilin arvadının kim olduğunu dəqiq demir. Yeganə güman edilən cavab
budur ki, o Qabilin bacısı, bacısı qızı, və ya bacısının nəvəsi idi. Müqəddəs Kitab
Qabilin Habili öldürəndə neçə yaşı olduğunu demir (Yaradılış 4:8). Onlar ikisi də
fermer olduğundan, güman ki, hər ikisi yetkin yaşa çatmışdı və artıq öz ailələri
var idi. Adəm və Həvvanın Habil öldürüləndə təbii ki, Habil və Qabildən başqa uşaqları
da var idi – şübhəsiz sonradan daha çox uşaqları oldu (Yaradılış 5:4). Qabilin Habili
öldürdükdən sonra öz həyatı üçün qorxması faktı (Yaradılış 4:14) bunu göstərir ki,
Adəm və Həvvanın başqa övladları və güman ki, nəvələri və nəticələri də var idi.
Qabilin arvadı (Yaradılış 4:17) Adəm və Həvvanın qızı və yaxud nəvəsi idi.

Adəm və Həvva ilk (və yeganə) insanlar olduğu üçün, onların bir-biri ilə evlənməkdən
başqa əlacı yox idi. Yer üzündə kifayət qədər insan olduqdan və bir-biri ilə evlənmək
artıq vacib olmadığından, Allah sonradan bir-biri ilə ailə qurmağı qadağan etdi (
Levililər 18:6-18). Adətən yaxın qohumlar arasındakı cinsi əlaqənin nəticəsində 
doğulan uşaqlar qeyri-normal olur. Çünki iki oxşar genə (bacı və qardaş) malik olan
insanların uşaqlarında genetik qüsurlar olur ki, bu da valideynlərin hər ikisində
olan qüsurlardan irəli gəlir. İki müxtəlif ailələrdən olan insanların uşaqları olanda–
bu çox xoşagəlməz haldır ki, hər iki valideynlərdə eyni genetik qüsurlar olacaq.
İnsanın genetik kodunun “çiklənməsi” o qədər artıb ki, əsrlər boyunca genetik qüsurlar
çoxalıb, güclənib və nəsildən nəslə ötürülüb. Adəm və Həvvanın heç bir genetik qüsuru
yox idi, buna görə də onların ilk bir neçə nəsilləri bizim indi malik olduğumuzdan
fərqli olaraq, daha sağlam keyfiyyətlərə malik idi. Adəm və Həvvanın uşaqlarının
çox az genetik qüsurları ola bilərdi. Bu isə bir-biri ilə evlənəndə onlarda çox 
böyük problem yaratmırdı. Qabilin arvadının onun öz bacısı olması fikri çox qəribə,
hətta iyrənc görünə bilər. Yaradılışda, Allah dünyanı bir kişi və bir qadınla başladığı
üçün ikinci nəslin bir-biri ilə evlənməkdən başqa əlacı yox idi.