# Müqəddəs Ruh var?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muqeddes-ruh-var/
- Опубликовано: 2022-05-25T12:40:03+04:00
- Автор: thecasper

Müqəddəs Ruhun kimliyini müəyyən etmək üçün bir çox yanlış anlayışlar var. Bəziləri
Müqəddəs Ruhu mistik qüvvə kimi, digərləri isə Müqəddəs Ruhu Allahın, Məsihin davamçılarına
verdiyi qeyri-insani qüvvə kimi başa düşürlər. Bəs Müqəddəs Kitab Müqəddəs Ruhun
kimliyi haqda nə deyir? Sadə sözlərlə – Müqəddəs Kitab deyir ki, Müqəddəs Ruh Allahdır.
Müqəddəs Kitab həmçinin bizə deyir ki, Müqəddəs Ruh şüuru, emosiyaları və iradəsi
olan Şəxsiyyətdir.

Müqəddəs Ruhun Allah olması Həvarilərin İşləri 5:3-4 də daxil olmaqla Kəlamın bir
çox yerlərində aydın görünür. Bu ayədə Peter Hananya ilə üzləşir, Onun nə üçün Müqəddəs
Ruhu aldatdığını və “insanlara yox, Allaha yalan söylədi”yini deyir. Bu, Müqəddəs
Ruha yalan söyləməyin Allaha yalan söyləmək olduğunu aydın göstərən bəyanatdır. 
Biz həmçinin Müqəddəs Ruhun Allah olduğunu öyrənə bilərik, çünki O Allahın atribut
və xüsusiyyətlərinə malikdir. Məsələn, Müqəddəs Ruhun hər yerdə mövcud olması faktı
Zəbur 139:7-8-də görünür “Haraya gedim ki, ruhun orada olmasın? Haraya qaçım ki,
hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən
oradasan.” Sonra biz 1Korinflilərə 2:10-da Müqəddəs Ruhun hər şeyi bilmə xüsusiyyətini
görürük. “Bizə isə Allah bunları Öz Ruhu ilə açdı; ona görə ki, Ruh hər şeyi, Allahın
dərin düşüncələrini belə araşdırır. Çünki insanın düşüncələrini, insanın özündə 
olan ruhundan başqa, hansı insan bilər? Beləcə də Allahın düşüncələrini Allahın 
Ruhundan başqa heç kim bilmir.”

Biz Müqəddəs Ruhun həqiqətən Şəxsiyyət olduğunu öyrənə bilərik, çünki Onun şüuru,
hissləri və iradəsi var. Müqəddəs Ruh düşünür və bilir (1Korinflilərə 2:10). Müqəddəs
Ruh kədərlənir (Efeslilərə 4:30). Müqəddəs Ruh bizim üçün vəsatət edir (Romalılara
8:26-27). Müqəddəs Ruh Onun iradəsinə uyğun olaraq qərar verir (1Korinflilərə 12:
7-11). Müqəddəs Ruh Allahdır, Üçlüyün üçüncü Şəxsiyyətidir. Allah olduğu üçün O 
İsanın vəd etdiyi kimi Təsəlliverici və Məsləhətçi kimi fəaliyyət göstərir (Yəhya
14:16, 26; 15:26).