# Müqəddəs Kitabda nigahdan əvvəl intim əlaqə haqqında nə deyilir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muqeddes-kitabda-nigahdan-evvel-intim-elaqe-haqqinda-ne-deyilir/
- Опубликовано: 2022-05-25T11:47:43+04:00
- Автор: thecasper

Bütün növ cinsi əxlaqsızlıqlarla yanaşı, nigahdan əvvəl intim əlaqədə olmaq və ər-
arvad kimi yaşamaq Kəlam tərəfindən dəfələrlə mühakimə olunub (Həvarilərin İşləri
15:20; Romalılara 1:29; 1Korinflilərə 5:1; 6:13,18; 7:2; 10:8; 2Korinflilərə 12:
21; Qalatiyalılara 5:19; Efeslilərə 5:3; Koloslulara 3:5; 1Saloniklilərə 4:3; Yəhuda
7). Müqəddəs Kitab nigaha qədər özünü saxlamağı deyir. Nigahdan əvvəl intim əlaqə
zinakarlıq və cinsi əxlaqsızlığın digər formaları kimi səhvdir, çünki bunların hamısı
insanı evlilikdən əvvəl cinsi əlaqədə olmağa cəlb edir. Yalnız ər-arvad arasındakı
intim əlaqə Allahın verdiyi intim münasibət kimi təsdiq olunub (İbranilərə 13:4).

Bir sıra səbəblərdən nigahdan əvvəl intim əlaqə çox geniş yayılıb. Çox vaxt biz 
fikrimizi intim əlaqənin “bərpa”sına yönəltməmiş, onun “əyləncə”li tərəflərinə yönəldirik.
Bəli, intim əlaqə çox xoşagələndir. Allah bunu bu cür yaradıb. O istəyir ki, kişi
və qadın seksual münasibətdən həzz alsın (bunu nigah daxilində məhdudlaşdırır), 
baxmayaraq ki, seksin əsas məqsədi həzz deyil, artımdır. Allah qanundan kənar olan
intim əlaqəni bizim əlimizdən oğurlamaq istəmir. O, bizi arzuolunmaz hamiləlikdən,
valideynləri tərəfindən istənilməyən uşaqların doğulmasından və ya buna hazırlıqsız
olmaqdan qorumaq istəyir. Təsəvvür edin ki, əgər Allahın intim əlaqə haqqındakı 
nümunəsinə riayət olunsaydı, dünyamız nə yaxşı olardı: daha az cinsi yolla yoluxmuş
xəstəliklər, daha az ailə qurmamış analar, daha az arzuolunmaz hamiləliklər, daha
az abortlar və s. Ailə qurmamışdan öncə intim əlaqəyə qarşı Allahın istəyi özünü
saxlamaqdır. Özünü saxlamaq həyatları azad edir, körpələri qoruyur, seksual münasibətlərə
düzgün dəyər verir və ən vacibi Allahı izzətləndirir.