# Müqəddəs Kitab məsihçi ondabiri haqda nə deyir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muq%c9%99dd%c9%99s-kitab-m%c9%99sihci-ondabiri-haqda-n%c9%99-deyir/
- Опубликовано: 2022-05-25T11:56:29+04:00
- Автор: thecasper

Ondabir vermək bir çox məsihçilərin mübarizə apardığı mövzudur. Bir çox cəmiyyətlərdə
ondabirə həddindən artıq məna verirlər. Eyni zamanda, çox məsihçilər Müqəddəs Kitabın
Rəbbə verməklə əlaqədar olan vədinə itaət etməkdən boyun qaçırırlar. Ondabir vermək
sevinclə və xeyir-dua kimi verilməlidir. Təəssüf ki, bu gün bu cəmiyyətlərdə olan
nadir haldır.

Ondabir Əhdi-Ətiq anlayışıdır. Bu bütün israillilərin əməl etdiyi, yəni qazandıqları
hər şeydən ondabir vermək və Çadırı / Məbədi genişləndirmək qanununun tələbi idi(
Levililər 27:30; Saylar 18:26; Qanunun Təkrarı 14:24; 2 Salnamələr 31:5). Bəziləri
Əhdi-Ətiqdə ondabir verməyi kahinlərin və levililərin ehtiyaclarını təmin etmək 
üçün vergi metodu kimi başa düşürdülər. Əhdi-Cədiddə heç bir yerdə məsihçilərin 
qanuni ondabir vermək sisteminə tabe olması barədə əmr və ya məsləhət yoxdur. Pavel
təsdiq edir ki, cəmiyyəti saxlamaq üçün hər bir məsihçi qazancının bir hissəsini
ayırmalıdır (1Korinflilərə 16:1-2).

Əhdi-Cədiddə heç bir yerdə qazancının dəqiq müəyyənləşdirilmiş bir hissəsini ayırmaq
təyin edilməyib, lakin sadəcə “gəlirinin bir hissəsini ayırmaq” deyilib (1Korinflilərə
16:2). Məsihçi cəmiyyətləri Əhdi-Ətiqdəki ondabir qaydasını əsas götürüb və məsihçilərin
verməsi üçün bunu “minimum zəmanət” kimi tətbiq edib. Müqəddəs Kitab verəcəyin məbləği
və ya faizi dəqiq göstərməsə də, lakin o verməyin vacibliyindən və faydalarından
danışır. Məsihçilər “öz gəlirlərinin bir hissəsini,” nə qədər bacarırlarsa o qədər
də verməlidirlər. Bəzən bu ondabirdən çox, bəzən də ondabirdən az vermək mənasını
verir. Bu məsihçinin qabiliyyətindən və cəmiyyətin ehtiyaclarından asılıdır. Hər
bir məsihçi ianə vermək işində iştirak edəndə, nə qədər verəcəyini dəqiq bilməsi
üçün Allaha səylə dua etməli və Onun hikmətini axtarmalıdır (Yaqub 1:5). “Hər kəs
ürəyində niyyət etdiyi kimi versin, kədərlə, yaxud məcburi yox; çünki Allah gülər
üzlə verəni sevir” (2Korinflilərə 9:7).