# Müqəddəs Kitab homoseksuallıq haqda nə deyir? Homoseksuallıq günahdır?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muq%c9%99dd%c9%99s-kitab-homoseksualliq-haqda-n%c9%99-deyir-homoseksualliq-gunahdir/
- Опубликовано: 2022-05-25T12:07:41+04:00
- Автор: thecasper

Allah bizə aydın deyir ki, homoseksual hərəkət günahdır (Yaradılış 19:1-13; Levililər
18:22; Romalılara 1:26-27; 1Korinflilərə 6:9). Romalılara 1:26-27 xüsusilə öyrədir
ki, homoseksuallıq Allahı inkar etmək və Ona itaətsizlik etməkdir. Müqəddəs Kitab
bizə deyir ki, insan günah və imansızlıq etməyə davam edirsə, Allah əxlaqsız və 
natəmiz günah üçün “daha çox fürsət” verir ki, onlara Allahdan kənar olan həyatın
mənasızlığını və ümidsizliyini göstərsin. 1Korinflilərə 6:9 elan edir ki, homoseksuallar
Allahın səltənətini miras almayacaqlar.

Allah insanı homoseksual ehtiraslarla yaratmayıb. Müqəddəs Kitab bizə deyir ki, 
insan günahın nəticəsində (Romalılara 1:24-27) və öz seçimi ilə homoseksual olur.
İnsanlar homoseksuallığa qarşı həddindən artıq həssas doğula bilərlər, necə ki, 
bəziləri zorakılığa və digər günahlara meylli olurlar. Bu o demək deyil ki, insan
öz günahlı ehtiraslarına uyğun olaraq günah etməyi seçməlidir. Əgər insan qəzəbə/
kinə həssasdırsa, bu o deməkdirmi ki, o bu hisslərə tabe olmalıdır? Əlbəttə ki, 
yox! Bu homoseksuallıq üçün də eynidir.

Baxmayaraq ki, Müqəddəs Kitab homoseksuallığı digər günahların “ən böyüyü” kimi 
təsvir etmir, lakin Allah üçün bütün günahlar eynidir. Homoseksuallıq 1Korinflilərə
6:9-10-da verilmiş siyahıdakı günahlardan biridir, hansı ki, insanı Allahın səltənətini
miras almaqdan saxlayır. Müqəddəs Kitaba görə bağışlanma zinakarlar, bütpərəstlər,
qatillər və oğrular üçün mümkün olduğu kimi homoseksuallar üçün də mümkündür. Allah
günah üzərində qələbə qazanmaq üçün gücü homoseksuallar da daxil olmaqla, xilası
üçün İsa Məsihə iman edən hər kəsə vəd edir (1Korinflilərə 6:11; 2Korinflilərə 5:
17).