# Müqəddəs Kitab dinozavrlar haqda nə deyir? Müqəddəs Kitabda dinozavrlar haqqında yazılıbmı?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muq%c9%99dd%c9%99s-kitab-dinozavrlar-haqda-n%c9%99-deyir-muq%c9%99dd%c9%99s-kitabda-dinozavrlar-haqqinda-yazilibmi/
- Опубликовано: 2022-05-25T12:04:56+04:00
- Автор: thecasper

Müqəddəs Kitabda dinozavr mövzusu dünya yaranandan bu günə qədər məsihçi ictimaiyyəti
tərəfindən ən çox mübahisə olunan mövzudur. İnsanlar yaradılışda olan və ətrafımızda
tapılan fiziki sübutlara necə izahat verməyi müzakirə edirlər. Dünyanın yaranma 
tarixinin qədimliyinə inananlar, bu fikirlə razılaşırlar ki, Müqəddəs Kitab dinozavr
haqda heç nə deməyib, çünki onların nümunəsinə əsasən, dinozavrlar ilk insanın yer
üzünə gəlməsindən milyon illər əvvəl ölmüşdülər. Müqəddəs Kitabı yazan insanlar 
isə dinozavrları görə bilməzdilər.

Yer kürəsinin yaşının az olduğuna inananlar isə bu fikirlə razılaşırlar ki, baxmayaraq
ki, Müqəddəs Kitabda heç vaxt “dinozavr” sözündən istifadə olunmayıb, lakin orada
dinozavr haqqında deyilir. Bunun əvəzinə orada ibrani sözü olan tannin sözündən 
istifadə olunur. Tannin sözü bizim ingilis Bibliyamızda müxtəlif cür tərcümə olunur;
bəzən bu “dəniz bədheybəti,” bəzən isə “ilan” kimi. Bu söz ən çox “əjdaha” kimi 
tərcümə olunur. Tannin nəhəng sürünən növü kimi peyda olub. Bu məxluqun adı Əhdi-
Ətiqdə 30 dəfə çəkilir və o həm suda, həm də quruda tapılıb.

Bu nəhəng sürünən haqqındakı məlumatlara əlavə olaraq, Əhdi-Ətiqdə 30 dəfəyə yaxın
bir neçə məxluq haqqında təsəvvür olunur ki, bəzi alimlər bunun dinozavr olduğunu
yazırlar. Behemot Allahın yaratdığı ən güclü məxluq sayılır ki, bu nəhəngin quyruğu
sidr ağacı kimi olub (Əyyub 40:15). Bəzi alimlər behemotu ya fil, ya da hippopotamusa
bənzədirlər. Digərləri isə göstərirlər ki, fil və hippopotamusun quyruğu çox nazikdir
və onda sidr ağacına oxşayan bir şey yoxdur. Dinozavrların Brakozavr və Diplodokus
kimi nəhəng quyruqları var idi ki, bunu da asanlıqla sidr ağacı ilə müqayisə etmək
olar.

Demək olar ki, hər bir qədim sivilizasiyada nəhəng sürünən məxluq təsvirləri var.
Şimali Amerikada aşkar olunan petroqrafiya, artifəkt və hətta kiçik gil fiqurlar
üzərində də müasir dinozavr təsvirlərinə bənzəyən təsvirlər tapılıb. Cənubi Amerikada
qayaüstü rəsmlərdə diplodokus sürən insan və heyrətamiz ayıya bənzər surətlər olan
Trayseratops, Pterodaktul və Tirannozavr təsvirləri aşkar olunub. Roma mozaikaları,
Mayan dulusçuluğu və Babil şəhər divarları insanın dəyişilmiş mədəniyyətinə şəhadət
edir. Marko Polonun “İl Milione” kimi düzgün hesablamaları fantastik hekayələr xəzinəsinin
sirlərini aşkar edir.

İnsanların dinozavrlarla eyni dövrdə yaşamasına dair antropic və tarixi sübutların
sayına əlavə olaraq, digər fiziki sübutlar da var, məs, Şimali Amerika və Qərbi 
Mərkəzi Asiyada arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş insan və dinozavr
izləri birlikdə tapılmışdı.

Beləliklə, Müqəddəs Kitabda dinozavrlar haqqında məlumat varmı? Artıq məsələ həll
olunmuşdur. Bu sənin görünən sübutlara nə cür izah verməyindən və ətrafa olan baxışlarından
asılıdır. Biz, GotQuestion.org dünyanın yaşının çox olmadığına və insanla dinozavrların
bir dövrdə yaşadıqlarına inanırıq. Biz inanırıq ki, dinozavrlar ətraf mühitin dramatik
dəyişikliyi olan daşqın zamanı məhv olublar və insanlar tərəfindən amansızcasına
ovlanmaları nəticəsində nəsilləri kəsilmişdir.