# Məsihin ilahiliyi Biblikdirmi?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/mesihin-ilahiliyi-biblikdirmi/
- Опубликовано: 2022-05-25T12:40:53+04:00
- Автор: thecasper

İsanın Özü haqqında olan xüsusi iddialarına əlavə olaraq, şagirdlər də Məsihin ilahiliyini
bilirdilər. Onlar iddia edirdilər ki, İsanın günahları bağışlamaq səlahiyyəti var
idi, hansı ki, bunu yalnız Allah edə bilərdi (Həvarilərin İşləri 5:31; Koloslulara
3:13; Zəbur 130:4; Yeremya 31:34). Bu sonuncu iddia ilə əlaqədə, İsa həmçinin demişdi
ki, O, “dirilərə və ölülərə hökm edəcək” (2 Timoteyə 4:1). Tomas İsaya dedi: “Rəbbim
və Allahım!” (Yəhya 20:28) Paul İsaya belə müraciət edir, “Böyük Allah və Xilaskarım”(
Titə 2:13) və İsanın “Allah surətində” mövcud olması fikrini təcəssüm edirdi (Filipililərə
2:5-8). İbranilərin müəllifi, İsa ilə əlaqədar olaraq demişdi “Ey Allah, taxtın 
əbədi və daimidir” (İbranilərə 1:8). Yəhya bildirmişdi, “Əzəldən Kəlam mövcuddur;
Kəlam Allahda olub və Kəlam Allah olub” (Yəhya 1:1). İsanın ilahiliyini öyrədən 
Kəlam nümunələrini artırmaq da olar (bax Vəhy 1:17; 2:8; 22:13; 1Korinflilərə 10:
4; 1Peter 2:6-8; Zəbur18:2; 95:1; 1Peter 5:4; İbranilərə 13:20), lakin hətta bunların
biri şagirdlərin Məsihin ilahi olduğunu hesab etdiklərini göstərmək üçün kifayət
edir.

Həmçinin İsaya Əhdi-Ətiqdə yalnız Yahveyə (Allahın formal adı) aid olan titullar
verilmişdi. Əhdi-Ətiq titulu olan “Xilaskar” (Zəbur 130:7; Huşə 13:14) Əhdi-Cədiddə
İsa üçün istifadə olunmuşdur (Titə 2:13; Vəhy 5:9). İsaya İmmanuel deyirdilər (Matta
1-də “Allah bizimlədir”). Zəkəriyyə 12:10-da Yahve deyir, “Onlar Mənə – bədənini
deşdikləri adama baxacaqlar.” Lakin Əhdi-Cədid bunu çarmıxa çəkilməyə aid edir (
Yəhya 19:37; Vəhy 1:7). Əgər baxılan və bədəni deşilən Yahvedirsə və İsa da baxılan
və bədəni deşiləndir, deməli, İsa Yahvedir. Paul Yeşaya 45:22-23-ü İsaya aid edərək
Filipililərə 2:10-11-i izah edir. Əlavə olaraq, İsanın adı duada Yahve ilə birgə
çəkilir “Ata Allahdan və Rəbbimiz İsa Məsihdən sizə lütf və sülh olsun” (Qalatiyalılara
1:3; Efeslilərə 1:2). Əgər İsa ilahi olmasaydı bu küfr olardı. İsanın adı Yahve 
ilə birgə vəftiz barədəki əmrdə çəkilir “Ata, Oğul və Müqəddəs Ruh naminə” (Matta
28:19; həmçinin bax 2 Korinflilərə 13:14).

Əməllər yalnız Allahda tamamlana və İsada təsdiq oluna bilər. İsa yalnız ölüləri
diriltməyib (Yəhya 5:21; 11:38-44), həm də günahları bağışlayıb (Həvarilərin İşləri
5:31; 13:38). O kainatı yaradıb və Onu saxlayır (Yəhya 1:2; Koloslulara 1:16-17)!
Bu fikir daha çox sübut edir ki, Yahve yaradılış zamanı təkcə idi (Yeşaya 44:24).
Əlavə olaraq, Məsih ilahinin atributlarına məxsus idi: əbədi (Yəhya 8:58), hər yerdə
mövcud olan (Matta 18:20, 28:20), hər şeyi bilən (Matta 16:21), hər şeyə qadir (
Yəhya 11:38-44).

İndi, O bunun həqiqətən belə olduğunu təsdiq edir. İlahiliyinin sübutu üçün O bir
çox möcüzələri və ölülərdən dirilməsini təklif edir. İsanın yalnız bir neçə möcüzəsi
bunlardır: suyu şəraba çevirməsi (Yəhya 2:7), su üzərində yeriməsi (Matta 14:25),
fiziki şeyi çoxaltması (Yəhya 6:11), kora (Yəhya 9:7), iflicə (Mark 2:3) və xəstəyə(
Matta 9:35; Mark 1:40-42) şəfa verməsi və hətta insanları ölülərdən diriltməsi (
Yəhya 11:43-44; Luka 7:11-15; Mark 5:35). Bundan başqa Məsih Özü ölülərdən dirilmişdir.
Bütpərəst mifologiyasında heç bir ölüm və dirilmiş allah olmayıb, başqa heç bir 
dində dirilməyə bu qədər ciddi baxılmayıb – və heç yerdə bunun bu qədər kəlamdan
olan təsdiqləri olmayıb. Dr. Geri Habermasa görə, ən azı on iki tarixi fakt var 
ki, hətta məsihçi olmayan tənqidçi alimlər də bununla razıdırlar:

1. İsa Məsih çarmıxa çəkilməklə ölüb.
 2. O basdırılıb. 3. Onun ölümü şagirdlərinin
ümidsizliyinə səbəb olub. 4. Bir neçə gündən sonra İsanın qəbrinin boş olduğu aşkar
olunub. 5. Şagirdləri inanırlar ki, dirilmiş İsanı görüblər. 6. Bundan sonra şagirdlər
şübhə edənlərdən cəsarətli imanlılara çevriliblər. 7. Bu ilkin cəmiyyətin əsas vəzinin
mesajı olub. 8. Bu mesaj Yerusəlimdə vəz olunub. 9. Vəzin nəticəsində Cəmiyyət doğulub
və böyüyüb. 10. Dirilmə günü ibadətin ilk günü kimi Şənbə gününü (altıncı günü) 
əvəz edib. 11. Həmçinin şübhə edən Yaqub da dirilmiş İsanı görəndə iman edib. 12.
Məsihçiliyin düşməni Paul da dirilmiş İsanın görüntüsünü görəndən sonra dəyişilib.

Hətta əgər kimsə bu xüsusi siyahını qəbul etmirsə, ancaq bir neçə dirilmə və Müjdənin
əsası olan: İsanın ölümü, basdırılması, dirilməsi və gözə görünməsini sübut etməyə
ehtiyac qalır (1 Korinflilərə 15:1-5). Yuxarıdakı faktların bir və ya ikisini sübut
etməyə bəzi nəzəriyyələr olduğu halda, yalnız dirilmə bütün bunları izah edir və
nəzərə alır. Tənqidçilər razıdırlar ki, şagirdlər dirilmiş İsanı görüblər. Nə yalanlar,
nə də hallüsinasiyalar insanları dirilmənin dəyişdiyi kimi dəyişdirə bilməz. Birincisi,
onlar bundan nəyi əldə edirdilər ki? Məsihçilik məşhur deyildi və bu onlara heç 
bir maddi xeyir vermirdi. İkincisi, yalançılar yaxşı əzablar vermirdilər. Dirilmədən
başqa yaxşı izah yox idi ki, şagirdlər bilərəkdən öz imanlarına görə dəhşətli ölüm
yaşasınlar. Bəli, inandıqları yalanın həqiqət olduğunu bildiklərinə görə bir çoxları
ölüb, lakin həqiqət olmayan şeylərə görə heç kim ölməyib.

Nəticədə: İsa elan edib ki, O Yahvedir, O ilahidir (yalnız “allah” deyil – lakin
Həqiqi Allahdır), Onun davamçıları (bütpərəstlikdən uzaq olan yəhudilər) Ona inandılar
və Ona tərəf döndülər. Məsih dünyanı alt-üst edən dirilməsi ilə Öz ilahiliyini sübut
etdi. Heç bir ehtimal bu faktı izah edə bilməz.