# Məsihçi vəftizi nə qədər vacibdir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/mesihci-veftizi-ne-qeder-vacibdir/
- Опубликовано: 2022-05-25T11:45:16+04:00
- Автор: thecasper

Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi imanlının daxili həyatında baş verənlərin
zahirən şəhadət olunmasıdır. Məsihçi vəftizi imanlının Məsihin ölümünə, dəfninə 
və dirilməsinə bənzərliyini təsvir edir. Müqəddəs Kitab bəyan edir, “Məgər bilmirsiniz
ki, biz hamımız Məsih İsaya vəftiz olaraq, Onun ölümünə vəftiz olduq? Deməli, biz
Onunla bərabər vəftiz vasitəsilə ölümə gömüldük ki, Atanın izzəti ilə Məsih ölülərdən
dirildiyi kimi, biz də eyni cür yeni həyat yolunda yeriyək” (Romalılara 6:3-4). 
Məsihçi vəftizində suya batırılma hərəkəti Məsihin dəfn olunmasını, sudan çıxarılma
hərəkəti isə Məsihin dirilməsini təsvir edir.

Məsihçi vəftizində bir kəsin vəftiz olması üçün iki tələb var: (1) Vəftiz olan şəxs
İsa Məsihə Xilaskar kimi iman etməlidir və (2) insan vəftizin mənasını dərk etməlidir.
Əgər bir kəs İsa Məsihə Xilaskar kimi iman edirsə, vəftizin Məsihə iman olduğunu
itaətkarlıqla elan edirsə və vəftiz olmaq istəyirsə – onda həmin şəxsi vəftiz olmaqdan
saxlayan heç bir səbəb yoxdur. Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi itaətkarlıq
addımı və xilas üçün yalnız Məsihə etibar etməyin açıq elan olunmasıdır. Məsihçi
vəftizi vacibdir, çünki bu itaətkarlıq addımıdır – Məsihə olan imanını açıq bəyan
etmək, Onunla əhd bağlamaq və Onun ölümünə, dəfn olunmasına və dirilməsinə bənzəməkdir.