# Məsihçi həyatımda günaha necə üstün gələ bilərəm?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/mesihci-heyatimda-gunaha-nece-ustun-gele-bilerem/
- Опубликовано: 2022-05-25T11:31:40+04:00
- Автор: thecasper

Müqəddəs Kitab öz günahlılığımıza üstün gəlmək üçün aşağıdakı vasitələrdən danışır:

(1) Müqəddəs Ruh – məsihçi həyatımızda günah üzərində qələbə qazanmaq üçün Allahın
bizə (cəmiyyətə) verdiyi ənamdır. Allah Qalatiyalılara 5:16-25-də bədənin arzularını
və Ruhun bəhrələrini qarşı-qarşıya qoyur. Həmin fəsildə biz Ruhla yeriməyə çağırılırıq.
Bütün imanlılar artıq Müqəddəs Ruha malikdirlər, ancaq bu fəsil bizə deyir ki, bizim
Müqəddəs Ruhun idarəsinə tabe olub, onunla yeriməyə ehtiyacımız var.

Müqəddəs Ruhun imanlıların həyatında hansı dəyişiklikləri edə biləcəyi Peterin həyatında
özünü nümayiş etdirir. O Müqəddəs Ruhla dolmamışdan öncə İsanı üç dəfə inkar etmiş
və sonra Məsihi ölüncəyə kimi izləyəcəyinə söz vermişdi. Müqəddəs Ruhla dolandan
sonra o, Əllinci gündə yəhudilərlə Xilaskar barədə açıq və ciddi danışmışdı.

Müqəddəs Ruhla yeriməklə 1Saloniklilərə 5:19-da yazıldığı kimi o, “Ruhu söndürməməyə”
çalışır və Ruhla dolmaq istəyirdi (Efeslilərə 5:18-21). İnsan Müqəddəs Ruhla necə
dola bilər? İlk öncə bu, hətta Əhdi-Ətiq dövründə olsa da Allahın seçimi idi. O 
yerinə yetirilməsini istədiyi işi tamamlamaq üçün Əhdi-Ətiqdəki insanları və xüsusi
hadisələri Özü seçirdi (Yaradılış 41:38; Çıxış 31:3; Saylar 24:2; 1Şamuel 10:10 
və s.). Mən inanıram ki, Efeslilərə 5:18-21 və Koloslulara 3:16 Allahın Sözü ilə
dolu olan insanları Allahın seçdiyinə sübudur. Hər iki ayədə ruhla dolma faktı oxşardır.
Beləliklə, bu bizi növbəti vasitəyə aparır.

(2) Allahın Sözü olan Müqəddəs Kitabda – 2 Timoteyə 3:16-17-də deyilir ki, Allah
bizə Öz Kəlamını verib ki, bizi hər yaxşı iş üçün təlimləndirsin. O bizə necə yaşamağı
və nəyə inanmağı öyrədir, səhv yolu seçdiyimizi bizə açıqlayır, düzgün yolu seçməkdə
bizə kömək edir. İbranilərə 4:12-də deyilir ki, Allahın Kəlamı canlı və təsirli,
hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən
ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir. Məzmurçu
Zəbur 119:9,11,105 və digər ayələrdə onun həyatdəyişdirici gücündən danışır. Yeşua
deyib ki, onun düşmən üzərində müvəffəqiyyət qazanmasının (bizim ruhani döyüşümüzün
analogiyası) açarı, Allahın Kəlamını unutmamaq, gecə və gündüz onun üzərində düşünmək
olub. O belə də etdi, bu Onun vəd olunmuş torpağa görə olan döyüşlərindəki qələbəsinin
açarı idi.

Bu bizim etdiyimiz ümumi gündəlik qaydadır. Xidmətimizə işarə olaraq, biz Müqəddəs
Kitabı cəmiyyətə aparır, gündəlik həsr etməni və ya günə bir fəsli oxuyur, lakin
sonra oxuduğumuzu yaddan çıxarırıq. Onun üzərində düşünmür, həyatımızda tətbiq etmir,
günahlarımıza görə tövbə etmir və Onun bizə verdiyi ənamlara görə minnətdarlıq bildirmirik.
Ya biz cəmiyyətə gedərkən, oyaq olmağımız üçün Kəlamdan ruhən qidalanmağımızla kifayətlənir(
lakin onu kifayət qədər həzm edib, sağlam inkişaf edən məsihçilər olmuruq) yaxud
da biz tez-tez qidalanır, lakin onun üzərində kifayət qədər düşünmür, ondan heç 
bir ruhani qida götürmürük.

Əgər sən hər gün mənalı yolla Allahın Kəlamını öyrənmirsənsə və Müqəddəs Ruhun ürəyini
təsirləndirdiyini yadda saxlamağı vərdiş etməmisənsə, çalış ki, vərdiş etməyə başlayasan.
Mən həmçinin məsləhət görürəm ki, bir jurnal və ya dəftər (və ya kompyuterdə – tez-
tez çap etməyi bacarırsansa) yazmağa başlayasan və s. Kəlamdan bir şey alıb yazmayana
qədər onu tərk etməməyə vərdiş et. Mən tez-tez Allahın dediyi sahələrdə dəyişilməkdə
mənə kömək etməsi haqqındakı dualarımı yazıram. Müqəddəs Kitab Müqəddəs Ruhun bizim
və başqalarının həyatında istifadə etdiyi alət (Efeslilərə 6:17), ruhani mübarizədə
döyüşmək üçün Allahın bizə verdiyi silahlardan ən əhəmiyyətli və böyük vasitələrdən
biridir (Efeslilərə 6:12-18)!

(3) Dua – bu Allahın verdiyi digər bir əhəmiyyətli vasitədir. Yenə də bu məsihçilərin
dodaq xidmət vasitəsidir, lakin biz ondan az istifadə edirik. Bizim dua toplantımız
və dua saatlarımız var, lakin biz ilkin cəmiyyətin nümunəsindən istifadə etmirik(
Həvarilərin İşləri 3:1; 4:31; 6:4; 13:1-3 və s.) Pavel təkrar-təkrar xidmətçilər
üçün dua etdiyini xatırladır. Lakin biz Allahın bizə verdiyi bu gözəl vasitədən 
istifadə etmirik. Allah bizə dua ilə əlaqədar olaraq gözəl vədlər verib (Matta 7:
7-11; Luka 18:1-8; Yəhya 6:23-27; 1Yəhya 5:14-15 və s.) Yenidən Pavel məktublarında
ruhani mübarizəyə hazırlaşmağı da daxil edir (Efeslilərə 6:18)!

Bu nə qədər vacibdir? Əgər sən yenidən Peterə baxsan, İsanı inkar etməmişdən əvvəl,
Getsemani bağında Məsihin ona sözü var idi. İsa dua edəndə, Peter yatırdı. İsa onu
oyadır və deyirdi, “Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da 
ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41). Sən də Peter kimi düzgün olanı etmək
istəyirsən, lakin güc tapa bilmirsən. Biz Allahın xəbərdarlığına fikir verməliyik,
axtarmağa, döyməyə və diləməyə davam etməliyik… və Allah istədiyimiz gücü bizə verəcəkdir(
Matta 7:7f). Lakin biz dodaq xidmətindən daha çox şey verməliyik.

Mən demirəm ki, dua sirli bir şeydir. Xeyr. Allah heyrətamizdir. Dua bizim şəxsi
məhdudiyyətimizi, Allahın tükənməz gücünü dərk etmək və həmin gücü almaqla, Onun
bizdən nəyi istədiyini bilmək üçün (öz istədiyimizi yox) Rəbbə dönməkdir (1Yəhya
5:14-15).

(4) Cəmiyyət – bizim inkar etməyə meylli olduğumuz sonuncu vasitədir. İsa Məsih 
Öz şagirdlərini göndərəndə onları iki-iki göndərirdi (Matta 10:1). Həvarilərin İşlərindəki
misioner səyahəti haqqında oxuyarkən görürük ki, onlar harasa bir-bir deyil, qrup
halında gedirdilər. İsa demişdi ki, haradasa iki və ya üç kişi Mənim adımla bir 
yerə toplaşmış olursa, Mən orada, onların arasındayam (Matta 18:20). O bizə əmr 
etmişdi ki, bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına
qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək (İbranilərə
10:24-25). O günahlarımızı bir-birimizə etiraf etməyi söyləmişdi (Yaqub 5:16). Əhdi-
Ətiqin müdrik ədəbiyyatında bizə deyilir ki, dəmir dəmiri itilər, insan insanın 
ağlını iti edər (Zəbur 27:17). “Üçqat ip tez qırılmaz” (Vaiz 4:11-12). Burada göstərilir
ki, güc birlikdədir.

Bilirəm ki, bəziləri Məsihdə bacı və ya qardaş tapıblar, hansı ki, onlarla ya telefonda,
ya da şəxsən, məsihçi həyatlarındakı addımları və necə mübarizə apara bildiklərini
bölüşürlər. Onlar bir-biri üçün duada birləşir və Allahın Kəlamının onlara olan 
müraciəti ilə bir-birinə hesabat verirlər və s.

Bəzən dəyişikliklər bəzi sahələrdə çox tez, bəzilərində isə çox gec gəlir. Lakin
Allah vəd etmişdir ki, əgər biz onun vasitələrindən istifadə etsək, O bizim həyatımızda
dəyişiklik edəcək. Allahın öz vədlərinə sadiq olduğunu öyrənməyə inadla çalışın.