# Məsih yerə nə üçün gəlmişdir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/mesih-yere-ne-ucun-gelmisdir/
- Опубликовано: 2021-08-23T23:31:05+04:00
- Автор: thecasper

Dediyimiz kimi, İsa Məsih Yerə ona görə gəlmişdir ki, Allahı insanlara göstərsin
və insanları Allaha yaxınlaşdırsın, yerdə Allahın Padşahlığını qursun. İkinci bölmədə
mən izah etmişdim ki, insan necə Allaha qarşı qalxmış, müqəddəs Allahdan yalnız 
günah səddi ilə ayrılmışdır.İnsan özü Allaha itaət etmək və Onun yaxınlığında yaşamaq
iqtidarında olmamışdır. Ona görə də Allah bu günah səddini dağıtmaq, insanların 
xəbis ürəklərini dəyişmək qərarına gəldi ki, onlar Allahı sevmək və ona itaət etmək
istəsinlər. Allah bunu necə etdi? İndi mən məsihçiliyin əsas nəzəriyyələrindən birini
izah etməyə çalışacağam.

Müqəddəs Allah Adəm və Həvvaya bildirmişdir ki, əgər onlar itaət etməsələr, öləcəklər.’
cdadlarımız xeyir və şəri bildirən ağacın meyvəsini yeməmək barədə Allahın əmrini
pozduqlarına görə cəza olaraq ölümü qazandılar. Lakin O onlara və onların nəsillərinə
nicat üçün ümid verdi. Şeytan onları aldatmaq üçün onlara ilan qiyafəsində yaxınlaşmışdı.
Buna görə də Allah onlara bildirdi ki, onların nəslindən biri ilanı (şeytanı) başından
vuracaq, ilan isə onu ayağından çalacaq (Yaradılış 3:15). Bununla Allah onu nəzərdə
tutdu ki, məhz qadın bizə şeytanı vuracaq gələcək Xilaskarı doğacaq və bu zaman 
Özü də şeytan tərəfindən yaralanacaqdır. Bu, günahkarlar ucbatından çarmıxa çəkilmiş,
üsyan edən şeytanı məğlub etmiş İsa Məsihin gəlişi haqqında ilk vəd idi.

Bu vəddən sonra çox minilliklər keçdi. Allah Öz peyğəmbəri Yeşaya vasitəsilə daha
aydın və daha tam vəd verdi. Məsihin doğulmasından yeddi yüz il əvvəl yazdığı peyğəmbərlik
kitabında Onun gəlişini xəbər verdi. O, günahkarların əvəzinə əzab çəkəcək və öləcək
ki, onlar bağışlansınlar və yaşasınlar. Yeşaya yazırdı: ‘O bizim asiliyimizə görə
yaralandı və bizim şər əməllərimiz üzündən əzab çəkdi; Onun yaraları ilə biz şəfa
tapdıq. Hamımız yolunu azmış qoyunlar kimi idik. Çoxlarının günahını O Öz üstünə
götürdü və asi adamlar üçün vəsatət edən oldu’ (Yeşaya 53). Demək, Allahın vəd etdiyi
Xilaskar insanların günahlarının qurbanı kimi öləcək.

Yuxarıda izah etdiyim kimi, bu, məhz Məsih olmuşdur. Vəftizçi Yəhya dedi: ‘Budur,
dünyanın günahını aradan qaldıran Allah Quzusu!’ (Yəhya 1:29) Məsih çarmıxa getməzdən
əvvəl dedi: ‘Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən
Əhdi-Cədidin qanıdır’ (Matta 26:28). Sonra o könüllü olaraq çarmıxa çəkilməyə getdi.
O, insanlara Allahın sevgisini açdığı kimi, həyatını günahkarların nicatına qurban
verməklə Özünün şəxsi ilahi məhəbbətini də bəyan etdi. Pavel deyir: ‘Biz hələ günahkar
ikən Məsih bizim uğrumuzda öldü.’ Məsih isə dedi: ‘Allah dünyanı elə sevdi ki, vahid
Oğlunu Ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın,
hamısının əbədi həyatı olsun’ (Yəhya 3:16).

Allah ədalətli olduğu üçün günahlarının əvəzi ödənməyən günahkarları bağışlamır.
Bir kimsə, hətta, peyğəmbər olsa belə, bütün bəşəriyyətin günahı üçün qurban ola
bilmədi. Ona görə Allah Öz böyük mərhəmət və məhəbbəti ilə Məsihdə gəldi ki, günahlarımızı
Öz üzərinə götürsün. Onunla bir olan Oğlunun ölümü ilə Ona iman gətirənlərin hamısının
günahlarının dəyərini ödədi. Nəticədə, artıq günahlara görə başqa qurban lazım deyildi.
Beləliklə, İsa Məsih çarmıxda Öz könüllü ölümü ilə insanla Allah arasındakı səddi
yox etmiş və bağışlanmış günahkarların Müqəddəs Allaha yaxınlaşmasını mümkün etmişdir.
İsa insanlara Allah haqqında nəinki nə vaxtsa kimsənin dediyindən dah çox demiş,
həmçinin, Öz müqəddəs həyatı və məhəbbəti ilə Allahı göstərmişdir. Bir dəfə İrandan
olan bir imanlı mənə dedi: ‘Mən məsihçi olmayan vaxtlarda elə hesab edirdim ki, 
Allahı tanıyıram, lakin mən Ona bələd deyilmişəm. Mən Allahı, sözün əsil mənasında,
Onu İsa Məsihdə gördükdə dərk etdim.’ Allahı axtaran hər kəs Onu Məsihdə tapar.

İsa Məsih haqqında fikirlərimi tamamlamazdan əvvəl, Onun ad və titullarını xatırlatmaq
istəyriəm:

Onun adı İsadır. Bu, mənşəcə qədim ibrani dilində olan ‘Yeşua’ sözündən əmələ gəlir
ki, bu da ‘Xilaskar’ deməkdir.

Lakin O, Məsihdir. Bu, yunan sözü olub, ‘Çəkilmiş’ deməkdir. İbrani dilindəki ‘Messiah’
adı da həmən mənadadır. Yəhudilər bu adı gəlişini əvvəlcədən peyğəmbərlərin xəbər
verdiyi Padşah barəsində işlədirlər.
 İmmanuel adının mənası:

‘Allah bizimlədir’
 ‘Allah Kəlamı’ ‘Allahın Quzusu’ ‘Padşahlar Padşahı’ ‘Yaxşı Çoban’‘
Həqiqət’ ‘Həyat Çörəyi’ ‘Sonuncu Adəm’ ‘Dirilmə’ ‘Allahın Oğlu’ ‘İnsan Oğlu’ ‘Dünyanın
Xilaskarı’ ‘Rəbb’ ‘Yol’ ‘Həyat’ ‘’sl Meynə’ ‘Hakim’ ‘Şöhrət Tanrısı’