# Mən İsanı qəbul etsəm xaçpərəst sayılarammı?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/men-isani-qebul-etsem-xacperest-sayilarammi/
- Опубликовано: 2021-08-23T23:21:03+04:00
- Автор: thecasper

Xahiş edirik başa düşəsiniz ki, iblis Allahın Kəlamını təhrif etmək üçün müxtəlif
millətlərdən və ölkələrdən istifadə edir. Bir çox ölkələr və millətlər Allahın ismini
və həqiqətini siyasi və iqtisadi məqsədlər üçün istifadə edir. İblis xalqları nifrət
və çaxnaşmalara sövq edir ki, onlar İsa vasitəsilə Allahla ünsiyyətə girməsinlər.
əlbəttə siz istəməzdiniz ki, düşmənləriniz, sizin Allahla olan ünsiyyətinizə mane
olsun. Çox ölkələr öz siyasi qanunlarına şişirdilmiş və ya qondarma dini amillər
qoşmaqda məhşurdurlar. İsanın adını çəkən hər kəs heç də onun ardınca getmir. Məsələn,
bir çox ölkələr və xalqlar, o cümlədən Avropa və Qərb ölkələri Allaha inanan və 
Allahın ardınca gedənlər kimi təqdim edilirlər. Amma əksəriyyəti Allahın ardınca
getmirlər. Eynilə, bunu Allaha bu cür iman edib, iddia edən digər ölkələrə və millətlərə
də aid etmək olar. Yadınıza salın ki, İsa dünyada milli, dini mənsubiyyətindən və
yerindən asılı olmayaraq, hər kəs üçün olmuŞdur. Allah hərarətlə istəyir ki, bütün
millətlər Onu tanısın. İblis elə bir yalan yaymağa çalışır ki, İsa yalnız konkret
millətlər və ölkələr üçündür. İblisin etnik münaqişələrin yaradılmasında məqsədi
budur ki, əgər İsaya iman etsəniz, siz öz millətinizdən dönüb baŞqa bir millətin
nümayəndəsi, ya da xaçpərəst olacaqsınız”. Bu cəfəngiyyatdır və gülüncdür. İsa vasitəsilə
Allaha iman, bir qrup insan və ya etnik qrup səviyyəsinə endirilə bilməz. O, millətlərdən
üstündür və heç bir millət Onun müqəddəsliyi və aliliyi qarşısında rəğbət qazana
bilməz. İblis, böyük məharətlə müvafiq ölkələrin və millətlərin pis cəhətlərinin
və xüsusiyyətlərinin səbəblərini İsaya iman etməklə səciyyələndirir. Bu, çoxlarını
yalan faktlara inandırmaqla onları Allahdan və Onun xeyir-duasından məhrum edir.
Buna aldanmayın !!!

O sizi çox sevir və hərarətlə istəyir ki, Onu axtarasınız və Onu tapasınız. Çünki
yalnız Onu tapdıqda dünyanın sizə təklif edə bilmədiyi real həyatı həqiqi daxili
sülh və sevinc əldə edə bilərsiz. Əgər sizdə hələ də əminlik yoxdursa, o zaman Allah
sizə Yeremiya peyğəmbərə verdiyi vədi verir: “Məni axtaracaqsan və tapacaqsan, əgər
bütün ürəyinlə axtarsan, Məni taparsan. Rəbb deyir”. Bu prinsip Allahın sözündə 
dəfələrlə təkrar olunur. Əgər Onu bütün ürəyinizlə və qəlbinizlə axtarsanız, Onu
taparsınız”. Musa peyğəmbərin Qanunun Təkrarı, 4-cü fəsil, 29-cu ayədə belə deyilir.
Allah özünü çox yollarla açıqlaya bilər: İncil və ya digər adamlar vasitəsilə, dua
etdiyiniz zaman, öz Ruhu vasitəsilə, yuxu vasitəsilə, hətta ətrafınızda Onun iştirakı
ilə əlaqədar olan hadisə və baş verən vəziyyətlər vasitəsilə və s. ola bilər. İncili
alın və oxuduqca, Allahdan özünü sizə açıqlamasını diləyin.

Sizə Allah və insanlarla həqiqət yolu ilə ünsiyyət qurmanızı arzu edirik.
 Allahın
xeyir-duası əbədi olaraq Sizinlə olsun !