# Mən Allahdan olan bağışlanmanı necə qəbul edim?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/men-allahdan-olan-bagislanmani-nece-qebul-edim/
- Опубликовано: 2022-05-25T11:07:26+04:00
- Автор: thecasper

Həvarilərin İşləri 13:38-ci ayə bəyan edir ki, “Beləliklə, qardaşlar, bilin ki, 
günahların bağışlanması bu Şəxs sayəsində sizə elan olunur.”

**Bağışlanma nədir və nə üçün mənim buna ehtiyacım var?**

“Bağışlamaq” sözünün mənası yükü atmaq, üzr istəmək, borcları təxirə salmaqdır. 
Biz kimisə incidəndə, münasibətimizi bərpa etmək üçün bağışlanmaq istəyirik. Heç
kim bağışlanmaya layiq deyil. Bağışlanma məhəbbət, mərhəmət və lütf hərəkətidir.
Bağışlanma başqasının sənə qarşı etdiklərinə baxmayaraq, sənin ona qarşı kin saxlamamağındır.

Müqəddəs Kitab deyir ki, bizim hər birimizin Allahdan olan bağışlanmaya ehtiyacımız
var. Biz hamımız günah etmişik. Vaiz 7:20 elan edir ki, “Doğrudan da, yer üzündə
elə saleh adam yoxdur ki, yalnız yaxşılıq edib, heç bir günah etməsin.” 1Yəhya 1:
8-də deyilir, “Əgər günahsızıq deyiriksə, biz öz-özümüzü aldadırıq və bizdə həqiqət
yoxdur.” Bütün günahlarımız birbaşa Allaha qarşı üsyandır (Zəbur 51:4). Nəticədə,
biz ümidsizliklə Allahın əfvinə ehtiyac duyuruq. Əgər bizim günahlarımız bağışlanmasa
nəticədə biz həyatımızı əbədi əzab-əziyyət içərisində keçirəcəyik (Matta 25:46; 
Yəhya 3:36).

**Bağışlanma – Onu necə əldə edə bilərəm?**

Şükür ki, Allah sevən və mərhəmətlidir – bizim günahlarımızı bağışlamaq üçün səbirsizlənir!
[2 Peter 3:9](https://biblia.com/bible/esv/2%20Pet%203.9) bizə deyir ki, “…O bizə
səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın.” Allah bizi
bağışlamaq istəyir, buna görə də O bizim üçün bağışlanmanı təmin edib.

Bizim günahlarımızın əvəzi ölümdür. Romalılara 6:23-cü ayənin birinci hissəsi bəyan
edir ki, “Çünki günahın əvəzi ölümdür…” Günahlarımız nəticəsində qazandığımız şey
əbədi ölümdür. Allah, Onun kamil planı – İsa Məsih bəşər oldu (Yəhya 1:1,14). İsa
Məsih çarmıxda ölməklə, günahlarımızın əvəzi olan ölümü götürdü. 2Korinflilərə 5:
21 bizə öyrədir ki, “Çünki günah nə olduğunu bilməyən Məsihi O, əvəzimizə günah 
qurbanı etdi ki, biz Onun sayəsində Allahın salehliyi ilə eyniləşək.” İsa Məsih 
çarmıxda ölməklə, günahlarımızın əvəzi olan ölümü götürdü. İsanın ölümü bütün dünyanın
günahlarının bağışlanmasını təmin etdi. 1Yəhya 2:2 elan edir ki, “O Özü günahlarımız
və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv təmin edən qurbandır.” 
İsa Məsih günah və ölüm üzərindəki qələbəsini elan etməklə ölülərdən dirildi (1Korinflilərə
15:1-28). Allaha şükürlər olsun ki, İsa Məsihin ölümü və dirilməsi ilə Romalılara
6:23-cü ayənin ikinci hissəsi həqiqətdir, “…Allahın ənamı isə Rəbbimiz Məsih İsada
əbədi həyatdır.”

Bəs sən günahlarının bağışlanmasını istəyərdinmi? Heç nəyin dəyişməyəcəyi barədə
səndə şikayət hissləri varmı? Əgər sən İsa Məsihə Xilaskarın kimi iman etsən, günahlarının
bağışlanması mümkündür. Efeslilərə 1:7-də deyilir: “Öz lütfünün zənginliyinə görə,
Məsihdə, Məsihin qanı vasitəsilə xilasa, günahlarımızın əfvinə malikik.” İsa bizim
borclarımızı ödəyib, ona görə də biz bağışlana bilərik. Sənin etməli olduğun yeganə
şey Allahdan İsa Məsih vasitəsilə günahlarına görə bağışlanma diləmək, İsanın sənin
bağışlanmağın üçün öldüyünə inanmaqdır – O səni bağışlayacaq! Yəhya 3:16-17 bu gözəl
mesajdan ibarətdir, “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu
ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı
olsun. Çünki Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm
etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin.”

**Bağışlanma – bu həqiqətən asandırmı?**

Bəli, bu həqiqətən asandır! Sən Allahdan olan bağışlanmanı nə qazana bilərsən, nə
də onun üçün ödəyə bilərsən. Sən onu yalnız Allahın lütfünə və mərhəmətinə imanla
qəbul edə bilərsən. Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etməyə razısansa,
burada sənin edə biləcəyin bir dua var. Bu və ya digər duanı demək səni xilas etməyəcək.
Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını
Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım,
mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih
mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm.
Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə
və əfvinə görə minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.