# Məsihçilik nədir və məsihçilər nəyə inanır?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/m%c9%99sihcilik-n%c9%99dir-v%c9%99-m%c9%99sihcil%c9%99r-n%c9%99y%c9%99-inanir/
- Опубликовано: 2022-05-25T12:36:58+04:00
- Автор: thecasper

1Korinflilərə 15:1-4 deyir, “Qardaşlar, sizə təbliğ etdiyim və qəbul edib bağlı 
qaldığınız Müjdəni xatırlatmaq istəyirəm; əgər sizə müjdələdiyim təbliğə bərk-bərk
sarılırsınızsa, o Müjdə ilə də xilas olacaqsınız. Əks təqdirdə boş yerə iman etmisiniz.
Çünki mənim də aldığım bu ən ümdə təlimi sizə təslim etdim, yəni Məsih, Müqəddəs
Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü, və basdırıldı, üçüncü gündə
isə Müqəddəs Yazılara uyğun olaraq dirildi.”

Qısaca olaraq bu məsihçi imanıdır. Məsihçilik digər imanlar arasında nadirdir, çünki
məsihçilik dini qaydalardan çox ünsiyyət haqqındadır. Etməli və etməməli şeylərdən
ibarət olan siyahıya bağlı qalmaq əvəzinə məsihçinin məqsədi Ata Allahla daha yaxından
yeriməyi inkişaf etdirməkdir. Bu ünsiyyət İsa Məsihin işi və məsihçi həyatını idarə
edən Müqəddəs Ruh sayəsində mümkündür.

Məsihçilər Müqəddəs Kitabın Allahdan ilhamlandığına və bu təlimin nüfuzuna inanırlar(
2 Timoteyə 3:16; 2Peter 1:20-21). Məsihçilər bir Allahda mövcud olan üç şəxsiyyətə,
Ataya, Oğula (İsa Məsih) və Müqəddəs Ruha iman edir.

Məsihçilər inanır ki, bəşəriyyət xüsusulə Allahla ünsiyyət üçün yaradılıb, lakin
günah insanı Allahdan ayırıb (Romalılara 5:12, Romalılara 3:23). Məsihçilik öyrədir
ki, İsa Məsih yer üzünə tam Allah və tam insan kimi gəlmiş (Filipililərə 2:6-11)
və çarmıxda ölmüşdür. Məsihçilər inanır ki, O çarmıxda öldükdən sonra basdırılmış,
yenidən dirilmiş və indi Allahın sağında oturub, əbədi olaraq imanlılar üçün vəsatət
edir (İbranilərə 7:25). Məsihçilik elan edir ki, İsanın çarmıxda ölümü bütün insanların
günahlarının əvəzini ödəmək üçün kifayətdir və bu da Allahla insan arasındakı qırılmış
ünsiyyəti bərpa edir (İbranilərə 9:11-14; İbranilərə 10:10; Romalılara 6:23; Romalılara
5:8).

Xilas olmaq istəyən şəxs sadəcə Məsihin çarmıxda tamamlanmış işinə iman etməlidir.
Əgər bir kimsə Məsihin onun günahlarının əvəzini ödəmək üçün öldüyünə və dirildiyinə
inanırsa, o xilas olub. Xilası qazanmaq üçün biz heç nə edə bilmərik. Heç kim “kifayət
qədər yaxşı” ola bilməz ki, Allahı razı sala bilsin, çünki biz hamımız günahkarlarıq(
Yeşaya 64:6-7, Yeşaya 53:6). İkincisi, görülməli heç bir iş qalmayıb, çünki İsa 
hər şeyi tamamlayıb! İsa çarmıxda olanda demişdi, “Tamam oldu” (Yəhya 19:30).

İnsanın xilası özünün qazanması üçün heç bir şey edə bilmədiyi kimi, bir dəfə çarmıxda
İsanın gördüyü işə iman edən kəsin, onu itirmək üçün heç bir səbəbi yoxdur. Yadda
saxla, iş görülüb və Məsih vasitəsilə tamamlanıb! Yəhya 10:27-29 məlumat verir, “
Qoyunlarım səsimə qulaq asırlar, Mən də onları tanıyıram, və ardımca gəlirlər. Mən
onlara əbədi həyat verirəm. Onlar əsla həlak olmazlar; və kimsə onları əlimdən oğurlaya
bilməz. Onları Mənə verən Atam hamıdan böyükdür; onları Atamın əlindən oğurlamağa
heç kimin gücü çatmaz.”

Bəziləri düşünə bilər, “Bu ki, əladır – mən artıq xilas oldum, öz istədiyimi edə
bilərəm və xilasımı itirməyəcəyəm!” Lakin xilas öz istədiklərini edə biləcəyin qədər
azad olmaq demək deyil. Xilas köhnə günahlı təbiətə xidmət etməkdən azad olmaq və
Allahla düzgün ünsiyyətdə olmaqdır. Nə qədər ki, imanlılar yer üzündə günahlı bədəndə
yaşayırlar, bir o qədər də günaha düşməmək üçün daimi mübarizə aparacaqlar. Günahda
yaşamaq Allahın insanla axtardığı ünsiyyətə mane olur. Nə qədər ki, insan imanlı
ola-ola günahda yaşayır, o, Allahın onunla ünsiyyətdə olmaq arzusundan zövq almayacaq.
Halbuki, məsihçilər Allahın kəlamından istifadə etməklə, öyrənməklə və Müqəddəs 
Ruhla idarə olunmaqla həyatlarında günaha qarşı mübarizədə qalib gələ bilərlər. 
Bu gündəlik vəziyyətlərdə Müqəddəs Ruhun təsirinə, idarəsinə və Müqəddəs Ruh vasitəsilə
Allahın Kəlamına itaət etməklə mümkündür.

Beləliklə də, bir çox dini sistemlər insandan müəyyən şeyləri edib, müəyyən şeyləri
etməməyi tələb etdiyi halda, məsihçilik Allahla ünsiyyətdə olmaq haqqındadır. Məsihçilik
Məsihin sənin günahın üçün ölməsinə və dirilməsinə imandır. Sənin borcların ödənilib
və sən Allahla ünsiyyətə malik ola bilərsən. Sən günah üzərində qələbə qazana, Allahla
ünsiyyətdə yeriyə və Allaha itaətdə ola bilərsən. Bu həqiqi biblik Məsihçilikdir.