# Mənim üçün hansı din həqiqidir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/m%c9%99nim-ucun-hansi-din-h%c9%99qiqidir/
- Опубликовано: 2022-05-25T12:22:30+04:00
- Автор: thecasper

“Fast Food” restoranları yeməkləri istədiyimiz kimi sifariş etmək imkanını verməklə
bizi şirnikləndirirlər. Bəzi restoranlar yüzdən çox müxtəlif tama və növə məxsus
kofeləri ilə lovğalanırlar. Hətta biz evlər və maşınlar alanda da arzu etdiyimiz
seçim və xüsusiyyətlərə uyğun olanını axtara bilərik. Artıq biz şokolad, vanil və
çiyələk dünyasında yaşamırıq. Seçim səndən asılıdır! Öz arzularına və ehtiyaclarına
uyğun istədiyin hər şeyi tapa bilərsən.

Bəs dində necədir? Günahdan uzaq, heç bir şeyi tələb etməyən, bezdirici etməli və
etməməli olduğumuz şeylərlə bizi yükləməyən din haqqında nə düşünürsən? Bu mənim
təsvir etdiyim kimi deyil, bəs onda din dondurmaya sevimli tamı seçmək kimi bir 
şeydirmi?

Bizim diqqətimizi cəlb etmək üçün bir-biri ilə rəqabət aparan bir çox dinlər var.
Nə üçün insan ucalarda olan İsa, Məhəmməd, Konfutsi, Budda, Çarlz Teyz Rasel və 
ya Cozef Smit haqqında düşünməlidir? Onsuz da bütün yollar Allaha aparmırmı? Bütün
dinlərin əsası eyni deyilmi? Həqiqət burasındadır ki, bütün yollar insanı İndianaya
aparmadığı kimi, bütün dinlər də insanı göylərə aparmır.

Yalnız İsa Məsih Allahdan olan səlahiyyətlə danışır, çünki yalnız İsa ölümə qalib
gəldi. Məhəmməd, Konfutsi və başqaları bu gün öz qəbirlərində çürüyüblər, lakin 
İsa Romanın qəddar çarmıxında öldükdən üç gün sonra öz gücü ilə qəbirdən çıxdı. 
Ölüm üzərində qüvvəsi olan kəs bizim diqqətimizi cəlb etməyə layiqdir. Ölüm üzərində
qüvvəsi olan kəs eşidilməyə layiqdir.

İsanın dirilməsini müdafiə edən şəhadətlər çoxdur. Birinci, İsanın dirilməsini gözləri
ilə görən 500-dən çox şahid var idi! Bu qədər şahid kifayətdir. 500 səs inkar oluna
bilməz. Həm də boş qəbir məsələsi də var idi; İsanın düşmənləri dirilmə haqqındakı
söhbətləri Onun çürümüş bədənini göstərməklə asanlıqla dayandıra bilərdilər. Lakin
orda göstərmək üçün ölü bədən yox idi! Qəbir boş idi! Şagirdlər onun bədənini oğurlaya
bilərdilərmi? Çətin ki. Bu gözlənilməz halın qarşısını almaq üçün İsanın qəbri silahlı
əsgərlərlə möhkəm qorunurdu. Onun davamçıları İsanın tutulması və çarmıxa çəkilməsindən
qorxub aradan çıxmışdılar, bu qorxaq balıqçılar qrupunun təlimlənmiş və peşəkar 
əsgərlərlə baş-başa qalması mümkün deyildi. Sadə fakt budur ki, İsanın dirilməsi
izah olunmurdu.

Yenə də ölüm üzərində qüvvəsi olan kəs eşidilməyə layiqdir. İsa ölüm üzərindəki 
gücünü sübut etdi, buna görə də biz Onun dediklərini dinləməliyik. İsa xilasa aparan
yeganə yol olduğunu təsdiqlədi (Yəhya 14:6). O bir çox yollardan biri deyil, yol
İsadır.

Və İsa bunu da dedi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin
və Mən sizə rahatlıq verərəm” (Matta 11:28). Bu dünya sərt dünyadır və həyat mürəkkəbdir.
Bir çoxlarımız zədələnmiş, əzilmiş və vahimələnmiş vəziyyətdəyik. Razısan? Bəs onda
nə istəyirsən? Bərpa olunmaq, yoxsa həqiqi din? Diri Xilaskar, yoxsa ölmüş “peyğəmbərlərdən
biri? Mənalı ünsiyyət, yoxsa boş mərasimlər? Seçim İsadır!

Əgər sən bağışlanma axtarırsansa İsa həqiqi “din”dir (Həvarilərin İşləri 10:43).
Əgər sən Allahla mənalı ünsiyyət axtarırsansa İsa həqiqi “din”dir (Yəhya 10:10).
Əgər sən göylərdə əbədi evinin olmasını istəyirsənsə, İsa həqiqi “din”dir (Yəhya
3:16). İsa Məsihə öz Xilaskarın kimi iman et – buna görə peşman olmayacaqsan! Günahlarının
bağışlanması üçün Ona etibar et – məyus olmayacaqsan.

Əgər sən Allahla “doğru ünsiyyətdə” olmaq istəyirsənsə, burada bir dua nümunəsi 
var. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın 
səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin
üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə 
qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum
cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz 
döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə görə
minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.