# İsa Allahdır? İsa Özünü Allah etmək istəyirdi?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/isa-allahdir-isa-ozunu-allah-etmek-isteyirdi/
- Опубликовано: 2022-05-25T12:32:26+04:00
- Автор: thecasper

Müqəddəs Kitabda İsanın birbaşa “Mən Allaham” deməsi barədə heç nə yazılmayıb. Lakin
bu o demək deyil ki, O Allah olduğunu elan etməyib. Misal üçün İsanın Yəhya 10:30-
da dediyi sözləri götürək, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın Allah olduğunu
təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin onun bəyanatına olan reaksiyasına
bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü Allah
etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın Allah olması bəyanatını
təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə, “Mən Özümü Allah etmirəm” sözlərini
deməklə, İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın Allah olduğuna işarə
edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa bəyan
etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam!” Yenə
də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). Əgər İsa Özünün
Allah olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam Allah olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-
aydın İsanın bədəndə olan Allah olmasının əlamətləridir. Həvarilərin İşləri 20:28
bizə deyir, “…Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti
güdün.” Öz qanı bahasına cəmiyyəti alan kimdir? İsa Məsih. Həvarilərin İşləri 20:
28 bəyan edir ki, Allah cəmiyyəti Öz qanı bahasına əldə edib. Ona görə də İsa Allahdır!

İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və Allahım!” (Yəhya 20:
28) İsa onun səhvini düzəltmədi. Titus 2:13 bizi Böyük Allah və Xilaskarımız Məsih
İsanın zühurunu gözləməkdə ruhlandırır (bax 2Peter 1:1). İbranilərə 1:8-də Ata İsaya
müraciətində deyir, “Oğlu haqqında isə bunları deyir: “Ey Allah, taxtın əbədi və
daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.”

Vəhy kitabında mələk həvari Yəhyanı yalnız Allaha səcdə etməyə yönəldir (Vəhy 19:
10). Kəlamda İsa bir neçə dəfə səcdəni qəbul edib (Matta 2:11; 14:33; 28:9,17; Luka
24:52; Yəhya 9:38). O heç vaxt insanları Ona səcdə etdiklərinə görə məzəmmət etməyib.
Əgər İsa Allah olmasaydı, O Vəhy kitabındakı mələyin etdiyi kimi insanlara Ona səcdə
etməməyi deyərdi. Kəlamda İsanın Allahlığını sübut edən bir çox ayələr və fəsillər
var.

Ən vacib səbəb odur ki, İsa Allah olmasaydı, bütün dünyanın günahlarının cəzasını
götürməzdi (1Yəhya 2:2). Yalnız Allah belə əbədi cəzanı götürə bilərdi. Yalnız Allah
dünyanın günahlarını götürə (2Korinflilərə 5:21), günah və ölüm üzərindəki qələbəsini
sübut edərək ölə və dirilə bilərdi.