# Günahkar duası nədir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/gunahkar-duasi-nedir/
- Опубликовано: 2022-05-25T12:29:16+04:00
- Автор: thecasper

Günahkar duası insanın günahkar və Xilaskara ehtiyacı olduğunu dərk etdiyi zaman
etdiyi duadır. Günahkar duasını etməklə hər şey bitmir. Günahkar duası o zaman effektivdir
ki, insan günahkar olduğunu və xilasa ehtiyacı olduğunu bilir, dərk edir və iman
edir. O zaman bu dua təbii ifadə olunur.

Günahkar duasının ilk aspekti günahlı olduğumuzu dərk etməyimizdir. Romalılara 3:
10 elan edir, “Necə ki, yazılmışdır: “Bir nəfər də olsa, saleh yoxdur.” Müqəddəs
Kitab aydınlaşdırır ki, biz hamımız günahkarlarıq. Biz hamımız Allahdan olan mərhəmətə
və bağışlanmaya ehtiyacı olan günahkarlarıq (Titus 3:5-7). Günahlarımızın nəticəsində
biz əbədi cəzanı qazanmışıq (Matta 25:46). Günahkar duası cəza əvəzinə Allahdan 
lütf almaq üçün yalvarışdır. Bu qəzəb əvəzinə mərhəmət xahişidir.

Günahkar duasının ikinci aspekti Allahın bizim itməyimizin və günahlı vəziyyətimizin
qarşısını almaq üçün nə etdiyini bilməyimizdir. Allah bədən aldı və bəşər oldu (
Yəhya 1:1,14). İsa bizə Allah haqqında həqiqəti öyrətdi. O kamil, saleh və günahsız
həyat yaşadı (Yəhya 8:46; 2Korinflilərə 5:21). Sonra İsa layiq olduğumuz cəzanı 
götürməklə, çarmıxda bizim əvəzimizə öldü (Romalılara 5:8). İsa günah, ölüm və cəhənnəm
üzərində qələbəsini sübut etməklə ölülərdən dirildi (Koloslulara 2:15; 1Korinflilərə
55-ci fəsil). Bütün bunlara görə, sadəcə İsa Məsihə iman etməklə bizim günahlarımız
bağışlandı və bizə göylərdə əbədi həyat vəd olundu. Bizim edəcəyimiz yeganə şey 
onun bizim əvəzimizə ölməsinə və dirilməsinə iman etməkdir (Romalılara 10:9-10).
Biz yalnız lütflə və İsa Məsihə imanla xilas ola bilərik. Efeslilərə 2:8-9 bəyan
edir, “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın
ənamıdır.”

Günahkar duasını etmək, İsa Məsihə Xilaskar kimi etibar etdiyini bəyan etməkdir.
Xilas olmaq üçün “sehirli” sözlər yoxdur. Yalnız İsanın ölümünə və dirilməsinə iman
bizi xilas edə bilər. Əgər sən günahlı olduğunu və İsa Məsih vasitəsilə xilasa ehtiyac
duyduğunu dərk edirsənsə, aşağıda Allaha edə biləcəyin günahkar duası var: “Allahım,
bilirəm ki, mən günahkaram. Bilirəm ki, günahlarımın cəzasına layiqəm. Baxmayaraq
ki, mən İsa Məsihə Xilaskarım kimi iman edirəm. Mən iman edirəm ki, onun ölümü və
dirilməsi mənim üçün bağışlanma təmin edib. Mən İsaya, yalnız İsaya Rəbb və şəxsi
Xilaskar kimi iman edirəm. Çox sağ ol, ya Rəbb, məni qoruduğun və bağışladığın üçün!
Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.