# Günah nədir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/gunah-nedir/
- Опубликовано: 2021-08-23T23:34:11+04:00
- Автор: thecasper

Әziz dost! Mən elə burada günahın nə olduğunu aydınlaşdırmalıyam. Günah heç də oğurluq,
xəyanət, qatillik, sərxoşluq kimi sadəcə olaraq bir əməl deyildir. Allahdan tamamilə
ayrılma və Allahın müqəddəs iradəsinə qarşı olan hər şey günahdır. Günah yalnız 
pis hərəkət deyildir: təkəbbürlük, paxıllıq, nifrət, ehtiras, şəhvət – bunlar da
günahdır. İsa Məsih demişdir ki, Allahın iki çox böyük əmri vardır: bütün qəlbinlə
Allahı sev və qonşunu özün kimi sev (Matta 22:36-40). Bunlar Allahın ən böyük əmrləri
olduğundan, Allahı bütün varlığımızla və qonşumuzu özümüz kimi sevə bilməyimiz ən
böyük günahdır. Bu əmrləri tam yerinə yetirən varmı? Xeyr! İsa Məsihin məsum şəxsiyyətindən
başqa, hamı bu əmrləri pozmuşdur. İsa Məsihin həyatı Allahın bizdən tələb etdiyi
kamil həyat olmuşdur. Onun əmri budur: ‘Səmavi Atanız kamil olduğu kimi, siz də 
kamil olun’ (Matta 5:48).

Lakin ürəkləri bədniyyətli biz günahkarlar Allahın əmr etdiyi kimi, necə tamamilə
xeyirxah və pak ola bilərik? Xərçəng xəstəliyinə düçar olmuş insanın sağlamlığını
qoruması barəsində xeyirxah məsləhətə ehtiyacı olmur. Onu müalicə edə biləcək təcrübəli
həkimin olması lazımdır. Günaha batmış adam da belədir. Ona da davranış barədə gözəl
qanunlar, əxlaq qaydaları, öyüd-nəsihətlərdən çox, onun əqlini və qəlbini təmizləyən,
iradə və arzusunu yeniləşdirən, Allahın ondan etdiyi tələbi yerinə yetirmək üçün
ona güc və qüvvə verə bilən mənəvi həkim lazımdır. Yəqin ki, hər yerdə bütün insanlara
onları günahlardan xilas edib Allahın övladları edə biləcək kimsə lazımdır. Mən 
bir azdan Allahın Öz mərhəmət və şəfqəti ilə dünyaya göndərdiyi Xilaskardan danışacağam.