# Әgər Allahın arvadı yoxdursa, Allah necə Oğluna malik ola bilər?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/eger-allahin-arvadi-yoxdursa-allah-nece-ogluna-malik-ola-biler/
- Опубликовано: 2021-08-23T23:36:10+04:00
- Автор: thecasper

(Ruhani) Allahın Oğlu (Seçilmiş Padşah)’ termininin açıqlaması və tərcüməsi

İncildə ‘Allahın Oğlu’ söz birləşməsi İsaya dair daha çox istifadə olunur. Təəssüf
ki, hərfi tərcüməyə görə idiomatik ifadə səhv başa düşülürdü. Bu titulun nə kəsb
etdiyini anlamaq üçün, Yaxın Şərqin qədim əhalisinin onun istifadəsinə nə məna verdiklərini
bilmək lazımdır.

Qədim dünyanın bir çox mədəniyyətlərində padşahları Tanrının və ya Allahın oğulları
adlandırırdılar. Məsələn, Roma imperatorunu1və Misir fironunu2belə adlandırırdılar.
Buna bənzər halları Mərkəzi Asiyada yaşayan qədim türk,3monqol,4 skif-sak5qəbilələri
arasında, hun6və çinlilərdə7də müşahidə etmək olar. ‘Allahın Oğlu’ titulunu anlamaq
üçün bu faktordan açar kimi istifadə edək və qədim İsraildəki vəziyyətə qayıdaq.

Qədim israillilər hesab edirdilər ki, ’bədi – onların Padşahlarıdır (bax: Peyğəmbərlər
kitabı, Yeşaya 44:6). Padşah isə Yerusəlimdə onun vəkili olmaq üçün ’bədi tərəfindən
seçilmişdir. Padşah ilə ’bədi arasındakı əlaqələri təsvir etmək üçün belə metaforalar
işlədilirdi: ‘Allahın Oğlu’ (bax: Zəbur 2:7) və ya ‘ilk oğul’ (Zəbur 89:27) kimi
kəlmələr padşaha münasibətdə, ‘Ata’ kəlməsi isə Allaha münasibətdə (Peyğəmbərlər
kitabı, 2 Padşahlar 7:14) istifadə olunurdu. Bu onu göstərirdi ki, padşahın hakimiyyəti
Allahdandır və padşah Onun qarşısında məsuliyyət daşıyır.

Yeni padşahın taxta çıxma mərasimi oğlun dünyaya gəlməsi ilə müqayisə olunurdu. 
Biz bunu Zəbur 2:6-7-də görürük:
 ‘Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm.’
Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: ‘Sən Mənim oğlumsan, bu gün sənə
Ata oldum.’8

’bədi hakimiyyəti olan, Xilaskar-Hökmdar, Məsih haqqında peyğəmbərlik

İsraildə monarxiya qurulduqdan sonra Davudun taxtında oturacaq Saleh Padşah və Xilaskar
haqqında çoxlu peyğəmbərliklər var idi. Buna dair tipik misalları – Peyğəmbərlər
kitabındakı iki peyğəmbərliyi göstərmək olar:
 Yeremya 23:5-6 ‘Budur, Davud üçün
saleh bir Pöhrə çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək,
Ölkədə ədalətli və saleh işlər görəcək’ Rəbb belə bəyan edir. Onun dövründə Yəhuda
xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu ‘Rəbb salehliyimizdir’ çağıracaqlar.’

və Yeşaya 9:6,7

‘Çünki bizim üçün körpə doğuldu,
 bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində
olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, ’bədi Ata, ’min-amanlıq Hökmdarı
olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun
taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə
indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.’

‘Allahın Oğlu’ – Məsih, Xilaskar-Hökmdar titulu

Babil əsirliyindən sonra İsrailin taxtında bir daha Davud nəslindən heç kim hökmdarlıq
etmədi. Və xalq çoxdan gözlədikləri Xilaskar-Hökmdarı bu titullarla adlandırmağa
başladı: ‘Məsih’,9 ‘Davud oğlu’, ‘İnsan surətində gəlmiş’10 və ‘Allahın Oğlu.’ Onlar
Xilaskar-Hökmdarın peyğəmbərliyə görə əbədi saleh hakimiyyəti bərqərar edəcəyinə
inanırdılar. Bu səbəbdən I əsrdəki insanlar İsanı ‘Allahın Oğlu’ adlandırmaqla, 
Onun həqiqətən də gözlənilən Məsih11olduğunu iddia edirdilər.

‘Baş kahin Ona dedi:
 ‘Səni and verdirirəm yaşayan Allaha, bizə de görək, Allahın
Oğlu Məsih Sənsənmi?’ İsa da ona dedi: ‘Sənin dediyin kimidir…’ (bax. İncil, Matta
26:63-64)

‘Natanel Ona cavab verdi:
 ‘Rabbi, Sən Allahın Oğlusan, Sən İsrailin Hökmdarısan!’

‘Allahın Oğlu’ ifadəsinin digər aspektləri

Aydındır ki, istər İsanın Özü, istərsə də İncilin müəllifləri ‘Allahın Oğlu’ ifadəsinə
yeni mənalar vermişdilər. Onlar İsanın Allah ilə sıx münasibətlərindən danışanda,
bu münasibətləri ata ilə oğlun sıx münasibətlərinə bənzədirdilər (bax. İncil, Yəhya
3:16-18, 35; 5:19-20; Rom. 8:32). ‘Allahın Oğlu’ titulu oğlun xasiyyətinin atasının
xasiyyətinin əksi olduğu kimi, İsa Məsihin təbiətinin və xasiyyətinin, Allahın xasiyyətinin
və əsl təbiətinin əksi olduğu ideyasını verir. Bundan başqa İsa, Allahı Öz Atası
adlandıranda (bundan belə bir nəticə çıxır ki, O Özü elə ‘Allahın Oğludur’) hansısa
bir mənada Özünün Allah ilə bərabər olduğunu deyir (bax. İncil, Yəhya 5:18). Həmçinin
bir çox şərhçilər bu müqayisədə Onun ilahiliyini onda görürlər ki, Onun ana bətninə
düşməsi də Allahın Müqəddəs Ruhu vasitəsilə olmuşdur (bax. İncil, Luka 1:35).

Beləliklə, Müqəddəs Kitab bizə ‘Allahın Oğlu’ ifadəsinin müxtəlif, bir-birini tamamlayan
mənalarını verir.

Bunu yadda saxlamaq vacibdir ki, İsa Özü – Allahın əzəldən mövcud olan Kəlamıdır–
O, Allahın Özüdür və bu dünyaya insan bədənində gəlmişdir (bax. İncil, Yəhya 1:1-
3, 13, 14; 3:13). Və O bizə dediyi kimi: ‘İbrahim olmazdan əvvəl Mən Varam’ (İncil,
Yəhya 8:58).

‘Allahın Oğlu’ ifadəsinin tərcüməsi

Bizim bölgədə aparılmış testlər onu göstərmişdir ki, ‘Allahın Oğlu’ ifadəsinin hərfi
tərcüməsinin iki əsas problemi vardır:

Birincisi, əksər insanlar bu cümləni səhvən başa düşüb iddia edirlər ki, Allah Məryəmi
Özünə arvad kimi aldı və İsa bu münasibətlərin nəticəsində dünyaya gəldi. Allahın
arvadı olmasına dair ideya küfrdür və İncilin təliminə ziddir (bax. Matta 1:18-25
və Luka 1:30-35).

İkincisi, əksər oxucular bu ifadənin əsas mənasının Müqəddəs Kitabın bir çox yerlərində
İsanın Seçilmiş Hökmdar və Məsih olduğunu görmürlər.

Bu problemlərlə üzləşmiş tərcüməçilər qrupu, hər bir kontekstdə ayrıca həll qəbul
edilməsi qərarına gəldilər. Beləliklə, ‘Allahın Oğlu’ ifadəsi ilə rastlaşdıqları
zaman mətni iki əsas qrupa böldülər.

1. ’sas məna: İsa – Allah tərəfindən Onun xalqına hökmdarlıq etmək üçün seçilmiş
gözlənilən Məsih – Hökmdardır. Bu kontekstdə ‘Allahın Oğlu’ ifadəsi Seçilmiş Hökmdar
ifadəsi kimi tərcümə olunur. VI əlavədə izah olunduğu kimi, kursivlə qeyd edilmiş
və mötərizəyə alınmış sözlər, orijinalda yoxdur.

2. O yerdə ki, ata ilə oğlun sıx əlaqələrinə bənzəyən, Allah ilə İsanın sıx əlaqələrindən
söhbət açılır, bu ifadə ‘ruhani Allahın Oğlu’ kimi tərcümə olunur. ‘Allahın Oğlu
ifadəsini səhv anlamamaq üçün ruhani sözü izahedici kəlmə kimi verilir. Lakin bu
belə anlaşılmamalıdır ki, İsanın fiziki bədəni yox idi. İncildə (1Yəhya 4:2), Onun
fiziki bədəninin olduğu aydın şəkildə göstərilir.

‘Ruhani’ izahedici sözü istisna hallarda yazılmır. Bu kitabın o yerlərində edilir
ki, harada ki, Uca Atanın fədakar sevgisindən danışılır ki, O, Öz Oğlunu insanlığın
xilası üçün ölümə qurban verdi. Bu yerlərdə ‘ruhani’ sözü oxucunun fikrini Allah
tərəfindən verilən qurbanın dəyərindən yayındırardı. Ona görə də orada izahat qeydlərlə
verilmişdir.

Davamlı təkrardan yayınmaq üçün, mötərizəyə alınmış və kursivlə seçilmiş bu izahedici
əlavələr hər abzasda ancaq bir dəfə verilir.

Qeydlər
 1.Fossum J., «Son of God», in The Anchor Bible Dictionary, ed. Freedman
D., (New York: Doubleday, 1992), vol. 6, p. 133. 2.De Vaux R., «The Person of the
King», in Ancient Israel: Its Life and Institutions, transl. by McHugh J., (Grand
Rapids: Eerdmans and Livonia: Dove Booksellers, 1997), p. 103. Hoffmeier J. K., «
Son of God: from Pharaoh to Israel’s Kings to Jesus», Bible Review, 1997, 13(3):
44-49. 3.Roux J. P., «L’origine celeste de la souverainete dans les inscriptions
paleo-Turques de Mongolie et de Siberie», in The Sacral Kingship: Contributions 
to the Central Theme of the VIIIth International Congress for the History of Religions(
Rome, April 1955), (Leiden: E.J. Brill, 1959), pp. 231-241. 4.Luvsandanzan, Altın
Şejire: Şınxıs хаn kağanatının, köne türki-monqol Taypalarının tarixi, (Almatı: 
Öner, 1998), S. 47, 65. 5.Jürtbaev Т., Dulığa, (Almatı, Jalın, 1994, S. 39. Harmatta
J., «Religions of the Kushan Empire», in History of Civilizations of Central Asia:
Volume II, The Development of Sedentary and Nomadic Civilizations: 700 Bc to Ad 
250, ed. Harmatta J., (UNESCO Publishing, 1996), p. 327. 6.Ishjamts N., «Nomads 
in Eastern Central Asia», in History of Civilizations of Central Asia: Volume II:
The Development of Sedentary and Nomadic Civilizations: 700 Bc to Ad 250, ed. Harmatta
J., (UNESCO Publishing, 1996 ), p. 158. 7.McGovern W. M., The Early Empires of Central
Asia: a Study of the Scythians and the Huns and the Part They Played in World History,
with Special Reference to the Chinese Sources, (Chapel Hill: University of North
Carolina Press, 1965), p. 107. 8.Bu tərcümədə ayənin hərfi tərcüməsi verilmişdir:‘
İndi Sən Mənim Oğlumsan – Mənim tərəfimdən seçilmiş Hökmdar. Bu gündən sonra Sənin
Atan olacağam.’ Qeyddə də hərfi tərcümə verilmişdir. 9.Мəsih (ərəb.) – ‘Pomazannik’(
rus.), ‘Maşiax’ (yəh.), ‘Xristos’ (yunan.). 10.İnsan surətində gəlmiş – hərfi tərc:‘
İnsan Oğlu’ – bu Məsihə Daniel peyğəmbərin verdiyi tituldur (bax. Daniel peyğəmbərin
kitabı, Daniel 7:13-14). Bax. Həmçinin dördüncü əlavəyə. 11.’rəb sözü olan ‘Məsih’,
yəhudi sözü olan ‘Maşiax’, rus dilində isə ‘Pomazannik’ kimi tərcümə olunan bu söz
Mərkəzi Asiyaya Quran vasitəsilə keçib. Quranda, hər dəfə İsa barədə danışarkən 
on bir dəfə bu söz çəkilir. Bu onu göstərir ki, başqa terminologiyadan istifadə 
etməsinə baxmayaraq, Quran özü də İsanın vəd olunmuş Xilaskar və Seçilmiş Hökmdar
olduğunu təsdiq edir, hansı ki, yəhudilər onu ‘Allahın Oğlu’ adlandırırdılar.