# Əbədi həyatı almaq olar?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/ebedi-heyati-almaq-olar/
- Опубликовано: 2022-05-25T11:04:27+04:00
- Автор: thecasper

Müqəddəs Kitab əbədi həyat yolunu aydın göstərir. Biz ilk növbədə bilməliyik ki,
Allaha qarşı günah işlətmişik: “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum
qalmışdır” (Romalılara 3:23). Biz hamımız Allahı narazı salan şeylər etmişik, hansı
ki, əvəzində cəza qazanmışıq. Bizim günahlarımız əbədi Allaha qarşı olduğundan, 
yalnız əbədi cəza bizə kifayətdir. “Çünki günahın əvəzi ölüm, Allahın ənamı isə 
Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23).

Lakin əbədi Allahın günahsız Oğlu İsa Məsih (1 Peter 2:22) insan oldu (Yəhya 1:1,14)
və bizim cəriməmizi ödəmək üçün öldü. “Lakin Allah bizə olan Öz məhəbbətini bununla
sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü” (Romalılara 5:
8). İsa Məsih çarmıxda ölərək (Yəhya 19:31-42), bizim çəkəcəyimiz cəzanı götürdü(
2 Korinflilərə 5:21). Üç gündən sonra O, günahın və ölümün üzərində qələbə çalıb
ölülərdən dirildi (1 Korinflilərə 15:1-4). “Rəbbimiz İsa Məsihin Allahı və Atasına
həmd olsun ki, Öz böyük mərhəmətinə görə, İsa Məsihin ölülərdən dirilməsi ilə yenidən
doğulmamızı təmin edib” (1 Peter 1:3).

Biz iman vasitəsilə günahdan üz döndərməli və xilasımız üçün Məsihə tərəf dönməliyik(
Həvarilərin İşləri 3:19). Əgər Ona iman etsək, günahlarımızın əvəzini ödəmək üçün
çarmıxdakı ölümünə güvənsək, onda biz bağışlanarıq və bizə əbədi həyat vəd olunar.“
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki,
Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 
3:16). “Çünki əgər sən ağzınla “İsa Rəbbdir,” – deyə iqrar etsən və Allahın Onu 
ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan” (Romalılara 10:9). Yalnız
Məsihin çarmıxda tamamlanmış işinə iman əbədi həyata aparan həqiqi yoldur! “Zira
Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır.
Əməllərdən asılı deyil ki, heç kim öyünməsin” (Efeslilərə 2:8-9).

Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etməyə razısansa, burada bir dua nümunəsi
var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə
olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə
etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm
ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq
olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan
üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə–
əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.