# Dillərdə danışmaq ənamı nədir? Dillərdə danışmaq ənamı bu gün üçündürmü?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/dillerde-danismaq-enami-nedir-dillerde-danismaq-enami-bu-gun-ucundurmu/
- Опубликовано: 2022-05-25T12:03:01+04:00
- Автор: thecasper

Dillərdə danışmaq hadisəsi ilk dəfə Pentikost günü Həvarilərin İşləri 2:1-4-də baş
vermişdi. Həvarilər Müjdəni izdihama çatdırarkən onların öz dillərində danışmışdılar,“
öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik!” (Həvarilərin
İşləri 2:11) “Nitq” sözü yunan dilindən tərcümədə “dillər” deməkdir. Buna görə də
dillərdə danışmaq ənamı özü bu dili bilməsə də, başqasına onun dilində danışaraq
xidmət etməsi üçündür. 1Korinflilərə 12-14-cü fəsillərdə, Pavel bu möcüzəli ənamları
müzakirə edir və o şərh edir, “İndi, qardaşlar, mən sizin yanınıza gəlib, naməlum
dillərdə danışmağa başlasam, vəhy, bilik, peyğəmbərlik yaxud təlim vasitəsilə sizinlə
danışmasam, sizə nə xeyrim dəyər?” (1Korinflilərə 14:6) Həvari Pavelə və Həvarilərin
İşlərində təsvir olunmuş dillər ənamına əsasən, dillərdə danışmaq Allahın mesajını
insana onun öz dilində çatdırmaq üçündür, lakin əgər onun izahı və tərcüməsi olmazsa
bu ənam bəhrəsiz olur.

Dilləri tərcümə etmək ənamı olan insan (1Korinflilərə 12:30) dillərdə danışan insanın
nə dediyini başa düşməlidir, baxmayaraq ki, həmin şəxs özü dillərdə nə danışdığını
başa düşmür. Onda tərcümə edən dillərdə danışanın mesajını hər kəsə çatdıra bilər
və hamı onun dediklərini başa düşər. “Buna görə də, naməlum dildə danışan adam tərcümə
ənamı üçün dua etsin” (1Korinflilərə 14:13). Pavelin tərcümə olunmamış dillər haqqındakı
xülasəsi güclüdür, “Cəmiyyətdə isə naməlum dildə on min söz deməkdənsə, başqalarını
da öyrətmək üçün ağlımla beş söz söyləməyi tərcih edirəm” (1Korinflilərə 14:19).

Dillər ənamı bu gün üçündürmü? 1Korinflilərə 13:8-də qeyd olunur ki, dillər ənamı
aradan qaldırılacaq. 1Korinflilərə 13:10-da göstərildiyi kimi “kamil” olan gəldiyi
zaman nisbi olan aradan qaldırılacaq. “Kamil” olan gəldiyi zaman peyğəmbərlik, dillər
və bilik ənamları aradan qaldırılacaqdır. Bu mətndə dəqiq izah edilməmişdir. Yeşaya
28:11 və Yoel 2:28-29-a görə dillərdə danışmaq Allahın gələcək mühakiməsinə işarədir.
1Korinflilərə 14:22-yə görə dillər ənamı “imansızlar üçün əlamətdir.” Bu sübuta 
əsasən, dillər ənamı Allahın İsrail xalqını İsa Məsihə Məsih kimi iman etmədiklərinə
görə onları cəzalandıracağına dair sübutdur. Buna görə də Allah İsrail xalqını cəzalandıranda(
m.s. 70-ci ildə Yerusəlim romalılar tərəfindən dağıdıldı), artıq bu ənam əvvəlki
məqsədlə xidmət etmədi. Bu fikir olduğu halda, dillər ənamının məqsədi tamamlandıqdan
sonra ona fasilə verilməsi tələb olunmurdu. Kəlam son olaraq dillər ənamına ehtiyacın
olmadığını təsdiq etmir.

Eyni zamanda, əgər dillər ənamı bu gün cəmiyyətdə aktivdirsə, bu Kəlamın razılığı
ilədir. Bu real və aydın dil olmalıdır (1Korinflilərə 14:10). Bu başqa insana Allah
Kəlamını çatdırmaq məqsədini daşıyır (Həvarilərin İşləri 2:6-12). Bu Allahın həvari
Pavel vasitəsilə verdiyi əmrlə razılıqda olmalıdır, “Əgər kimsə naməlum dildə danışırsa,
iki, yaxud ən çox üç adam növbə ilə söyləsin, bir nəfər də tərcümə etsin. Yox əgər
tərcüməçi yoxdursa, nəməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özünə və Allaha
söyləsin” (1Korinflilərə 14:27-28). Bu həmçinin 1Korinflilərə 14:33-lə də razılıqda
olmalıdır, “Çünki müqəddəslərin bütün cəmiyyətlərində olduğu kimi, Allah qarışıqlıq
deyil, sülh Allahıdır.”

Allah şübhəsiz ki, insana dillərdə danışmaq ənamını verə bilər ki, onda başqa dildə
danışan insanla ünsiyyətə girmək qabiliyyəti olsun. Müqəddəs Ruh ruhani ənamları
Özü istədiyi kimi bölüşdürür (1Korinflilərə 12:11). Sadəcə təsəvvür edin ki, əgər
Allah misionerlərə birbaşa başqa insanın dilində danışmaq ənamını versəydi, onların
dil öyrənmək üçün məktəbə getmələrinə ehtiyac olmazdı və bu çox səmərəli misionerlik
fəaliyyəti olardı. Amma Allah bunu etmir. Dillər ənamı bu gün Əhdi-Cədiddə olduğu
kimi baş vermir, əksinə bu çox faydalı olardı. Dillərdə danışmaq ənamını almış imanlıların
böyük əksəriyyəti bunu Kəlamdakı kimi etmir. Bu faktdan isə bu nəticəyə gəlmək olar
ki, artıq dillər ənamı tamamlanıb və ya bu ənam Allahın bu gün cəmiyyət üçün olan
planında nadir haldır.

Dillər ənamının öz inkişafı üçün “dua dili” olduğuna inananlar 1Korinflilərə 14:
4 və ya 14:28-ə nəzər salmalıdırlar, “Naməlum dildə danışan özünü inkişaf etdirir;
peyğəmbərlik edən isə cəmiyyəti inkişaf etdirir.” 14-cü fəsildən Pavel bu ənamın
tərcüməsinin vacibliyini vurğulayır, 14:5-12-yə bax. Pavelin 4-cü ayədə demək istədiyi
budur, “Əgər sən dillərdə tərcümə olunmadan danışırsansa, sadəcə özünü inkişaf etdirirsən,
başqa bir şey etmirsən. Özünün başqalarından daha ruhani olduğunu göstərirsən. Əgər
sən dillərdə danışırsansa və tərcümə edən varsa, hər kəsi inkişaf etdirmiş olursan.”
Əhdi-Cədiddə heç bir yerdə “dillərdə duanın” məqsədi verilmir və ya “dillərdə dua”
edən şəxs xüsusilə təsvir olunmur. Əlavə olaraq, əgər “dillərdə danışmaq” şəxsi 
inkişaf üçündürsə, onda bu dillərdə danışa bilməyən və buna görə də özünü inkişaf
etdirə bilməyənlərə qarşı haqsızlıq deyilmi? 1Korinflilərə 12:29-30 aydın şəkildə
göstərir ki, dillər ənamı hamıda yoxdur.