# Cəmiyyət nədir?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/cemiyyet-nedir/
- Опубликовано: 2021-08-23T23:38:06+04:00
- Автор: thecasper

Yəqin ki, məsihçilərin dua etdikləri binanı adamların ‘kilsə’ adlandırdıqlarını 
siz də eşitmisiniz. Lakin ‘kilsə’ sözü binanın özünə yox, orada toplaşan insanlara
aid olur və bu da Allahın Cəmiyyəti adlanır. ‘Cəmiyyət’ sözü Məsihə iman edənlərin
yerli qrupunu göstərir, eləcə də, yerdə yaşayan və Məsihlə birlikdə artıq göylərdə
olan imanlılar üçün işlədilir.

Qədim zamanlarda Allah İsrail övladlarını Özü üçün xüsusi ‘xalq’ olaraq seçdi. O
onlara Öz qanunlarını Musa vasitəsilə verdi. O, həmçinin, Fələstin torpağını xüsusi
mülk olaraq onlara verdi və onları öyrətmək üçün peyğəmbərlər göndərdi ki, Gələcək
olan Məsih haqqında onlara danışsınlar. Təyin olunan vaxtda İsa Məsih İsrailə gələndə
bir çox adamlar Ona iman etdilər, lakin əksəriyyəti ona iman etməkdən boyun qaçırdılar.
Allah Məsihə iman edənlərdən Özü üçün ‘Məsihçi Cəmiyyəti’ adlanan yeni xalq seçdi.
Əvvəlcə Allahın seçdiyi xalq yalnız israillilər idi, lakin yer üzündə hər bir irqdən
olan və Məsihə iman edən həm kişi, həm də qadınlar indi Allahın yeni Xalqıdır. İsrail
xalqına mənsubiyyətin təsdiqi Allahın İbrahim və onun kişi cinsindən olan nəslinə
sünnət və ehkamlardan ibarət idi. Cəmiyyət üçün su ilə vəftiz olunma var ki, bu 
da Allahın yeni xalqına mənsubiyyəti bildirir, artıq sünnət heç bir məna kəsb etmir.
Məsih buyurduğu kimi, tövbə edib Ona iman edənlər suda vəftiz olunmaqla Onunla əhd-
peymana girirlər və Allahın canlı Cəmiyyətinin üzvləri olurlar. Vəftiz olma özü 
heç kəsi xilas etmir, çünki insan yalnız Məsihə itaət etməklə və sonadək Ona sadiq
qalmaqla xilas olur. Vəftiz olma günahlardan təmizlənmə və Məsihdə yeni həyatın 
başlanmasının rəmzidir. Bəzi cəmiyyətlərdə vəftiz olunan adamın başına su çiləmək
və ya su səpmək adəti vardır, digər məbədlərdə isə vəftiz olunan adam bol su olan
yerdə (dəniz, çay və ya göl) suya tam batırılıb çıxarılır. İnsan yalnız bir dəfə
vəftiz olunur.

Әhdi-Cədiddə Cəmiyyət ‘Məsihin Bədəni’ adlanır. Məsih Bədənin Başı, Onunla bir olan
Onun Bədəni isə irqindən, dilindən və dərisinin rəngindən asılı olmayaraq Cəmiyyətin
və ya Bədənin üzvləridir.

Beləliklə, məbəd də Məsih kimi birdir. Məbəd də Müqəddəs Allaha məxsus olduğu üçün
müqəddəsdir. Lakin bugünkü dünyamızda məbədlərin (cəmiyyətlərin) vəziyyətinə baxdıqda
görürük ki, o bölünmüşdür və bəzən də onlarda şər yaşayır. Nə üçün? Hər şeydən əvvəl
ona görə ki, məbəddə olan adamların çoxu yuxarıdan – Müqəddəs Ruhdan doğulmamışlar
və buna görə də həqiqətdə yerimirlər və əsl məsihçi deyildirlər. İncil deyir: ‘Kidmə
Məsihin Ruhu yox isə, o adam Məsihə aid deyildir’ (Rom. 8:9). Beləliklə, məbədin
bütün üzvləri xəstəxanaya müalicəyə gəlmiş xəstələrə bənzəyirlər. Onlar özlərini
Böyük Təbib İsa Məsihin əlinə verirlər. O da onları tədricən sağaldır və onların
günah xəstəliyini müalicə edir. Beləliklə, bu dünyada olan nə qədər məsihçi varsa,
heç biri günahın təsirindən tam azad deyildirlər. Məsihçilərlə başqaları arasında
olan fərq ondan ibarətdir ki, əsl məsihçilər Allahın göstərdiyi Təbibə tabe olurlar,
Onun dərmanını qəbul edir və Onun göstərişlərinə əməl edilər. Başqaları isə bunu
etmirlər.

Әsl itaətkarlar bir Məsihdə olsalar da, bildiyin kimi, məsihçilərin çoxlu müxtəlif
təriqətləri var. İki ən böyük qrup budur: katoliklər və protestantlar. Bu iki qrupun
daxilində isə çoxsaylı şaxələr mövcuddur. Lakin məsihçilərin hamısının eyni bir 
Müqəddəs Kitabı vardır. Onların hamısı İsa Məsihin Allahın Oğlu olmasına, Onun çarmıxda
ölməsi və dirilməsinə və yalnız Onun Xilaskar və Rəbb olmasına inanırlar. Onların
bəzi məsələlərdə ayrılmasına baxmayaraq, əsl məsihçilər iman və məhəbbətdə bir olmağı
arzulayırlar.

Cəmiyyətin məqsədi nədir? İlk növbədə, iman və məhəbbətdə inkişaf etməyə və bir-
birilə ünsiyyətdə olmağa imanlıya imkan verməkdir. Hər bir günahdan tövbə etmiş 
adam Məsihin əmrini yerinə yetirməli, vəftiz olmalı, onlar Onun Cəmiyyətinin üzvü
olmalıdırlar. İnsan bədəninin hər bir üzvünün digər üzvlərə necə ehtiyacı varsa,
hər bir məsihçi də başqa məsihçilərə elə ehtiyac duyur və imanlılardan heç kəs özünü
cəmiyyətdə digər imanlılarla ünsiyyətdən ayıra bilməz.

Məsih Onun Müjdəsinin dünyada yayılması üçün məsuliyyəti cəmiyyətin üzərinə qoydu.
İsa Məsih insan kimi yer üzərində olanda, O, insanlara Allah Kəlamın deyirdi. O,
xəstələrə şəfa, yaslılara təsəlli verir, günahkarları xilas edirdi. Göylərə qalxmamışdan
əvvəl Məsih Öz ardıcıllarına buyurdu ki, xilasın Xoş Xəbərini dünyanın bütün adamlarına
yaysınlar. Bütün ölkələrdə məsihçilərin hamısının təxirəsalınmaz vəzifəsi budur:
Məsih haqqında Müjdəni bütün insanlara çatdırmaq və Onun İsminə iman etməyə çağırmaq.
Məsihçilər də İsa Məsihin İsmilə şəfa, təlim verməklə, acları yedizdirib, çılpaqları
geyindirməklə və günahın əsarətində olanlara Məsihin məhəbbətini nümayiş etdirməklə
Onun uca İsmini izzətləndirməlidirlər. Məsih Öz həyatını insanlara xidmət etməkdə
keçirmişdir. Onun Cəmiyyətinin üzvləri Ondan ibrət götürməlidirlər.

Hər bir qoyun sürüsünə çoban lazım olduğu üçün, imanlılar qrupunun hər birinə rəhbər
lazımdır. Onlar öyrədəcək, rəhbərlik edəcək, lazım olduqda, yolunu azanları nəzarət
altına alacaqdır. Hələ başlanğıcda Allah belə adamları Öz Cəmiyyətində Öz övladlarına
qayğı göstərmək üçün təyin etmişdir. İsa Onun Müjdəsini bütün dünyaya yaymaq və 
Onun cəmiyyətini təsis etmək üçün on iki həvari seçdi. Sonra əhdi-Cəddidə gördüyümüz
kimi, Allah bəzilərini çoban və müəllim, bəzilərini müjdəçi, digərlərini də yardımçı,
Cəmiyyət nəzarətçisi və ağsaqqal təyin etdi. İsa Məsihin Cəmiyyətində indi də bu
xidmətlər yerinə yetirilir.