# Abort böyük bir günahdırmı?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/abort-boyuk-bir-gunahdirmi/
- Опубликовано: 2021-08-23T23:35:44+04:00
- Автор: thecasper

Abort əfv edilə bilər, əgər…
 ‘…Әgər günahlarımızı etiraf ediriksə, sadiq və adil
olan Allah günahlarımızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcəkdir’ (İncil,
1Yəhya 1:9, Məsihin həvarisi).

Hər il bütün dünyada milyonlarla abort edilir. Təsəvvür edin ki, siz abort olunmuş
qadınsınız və ola bilər ki, bu ilk abort deyil. Mən düşünürəm ki, siz inanırdınız
ki, əgər abort etdinizsə, bununla hər şey bitəcək. Lakin bir gün siz aşkar edirsiniz
ki, depressiya və günahkarlıq hissi sizi bürüyür. Gecə-gündüz sizə naməlum olan 
hisslər, emosiyalar sizi təqib edir. Heç bir zaman öz övladınızı görə bilməyəcəyiniz
fikrindən əmələ gələn ağrı, sizin üçün dözülməz olur. Bundan da betəri odur ki, 
Uca Tanrının sizə bu günahı heç bir zaman əfv etməyəcəyindən əminsiniz.

İcazə verin sizə, özünü yuxarıda təsvir olunan kimi hiss edən bir gənc qadın və 
onunla sonra nə baş verdiyi haqqında danışım.

Gülya (bu onun uydurulmuş adıdır) artıq neçə gün nə yeyirdi, nə də ki yatırdı. Mən
heç bir zaman onun kimi ruhdan düşmüş insan görməmişdim. Bir dəfə mən konfransda
çıxış etməliydim. Gülyanın dostları onu mənim yanıma gətirdilər, çünki ona görə 
narahat idilər və onlara elə gəlirdi ki, heç bir şey ona depressiya halından çıxmağa
kömək etməyəcək.

Mən onunla təklikdə qalanda, ondan soruşdum: ‘Səni belə bədbəxt edən nədir?’
 O,
uzun müddət ərzində susurdu və nəhayət, cavab verən zaman onun səsi çox sakit idi.
Mən onu güc-bəla ilə eşidirdim. O, baxışlarını məndən gizlədərək dedi: ‘Mən bağışlanmaz
bir günah etmişəm.’ -Bu nə günahdır? Yenə növbəti bir sükut çökdü -Mən abort etdirmişəm.

‘Abort – böyük günahdır,’ – deyə mən ona cavab verdim. – ‘Amma bilirsən Gülya, Məryəmin
oğlu İsa peyğəmbər , bizləri günahların cəzasından azad etmək üçün gəlmişdir. O,
bizlərə əfv vermək və bizi günahın köləliyindən azad etmək üçün, Qurban bayramındakı
quzu kimi öz qanını tökmüşdür. Bununla Uca Tanrı öz məhəbbətini göstərdi və bizə
bildirdi ki, etdiyimiz bütün başqa günahlar kimi abortu da bağışlayar. Amma bir 
şərtlə ki, biz etdiyimiz əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirək və Uca
Tanrıdan bağışlanma istəyək. Əgər biz inamla İsanın bizim üçün etdiyini qəbul etsək,
onda Uca Tanrı bizi iztirab verən hər bir şeydən azad edəcək.’

Mənim şəxsi hadisəm

Məndə bunu inamla söyləmək üçün səbəb var idi. Mən öz şəxsi təcrübəmdən bilirəm 
ki, Uca Tanrı, hətta abort kimi qorxulu günahı da əfv edə bilər. Bu mənim həyatımda
belə baş vermişdi.

Evliliyimdən heç 3 il keçməmişdi ki, mən üçüncü dəfə hamilə olduğumu müəyyən etdim.
Mənim həyat yoldaşım növbəti dəfə hamilə olduğumu biləndə heç də valeh olmamışdı.

Və o, mənə abort etdirməyi təklif edəndə, onu razı salmaq üçün, bu təklifə razılıq
verdim. Baxmayaraq ki, abortlar bizim ölkədə qadağan edilmişdir, kimsə bizə ‘kömək’
edə biləcək həkimin adını verdi. Gecə biz gizli olaraq həkimin yanına gəldik və 
o, məni abort etdi. Düşündüm ki, bununla hər şey bitdi, fəqət yanılmışdım.

Abort etdirmək qərarını, ağlımla qəbul etmişdim, amma mən qəlbimi nəzərə almamışdım.
Mən həqiqi imanlı olmasam da bilirdim ki, abort pis şeydir və bunun nəticəsi olaraq
utanc hissi duyur və özümü natəmiz hiss edirdim. Bəli, mən özüm abort etdirməyə 
razılıq vermişdim, lakin hardasa qəlbimin dərinliklərində ağrı və peşmançılıq hissləri
əmələ gəlmişdi. Həmçinin mən hiss edirdim ki, əgər həyat yoldaşım məni həqiqətən
sevsəydi, onda heç vaxt mənə, iyrənc və təhlükəli olan bir şeydən keçməyə imkan 
verməzdi. Mənim abort etdirməyim barədə kimsə ilə müzakirə etməyim çox utancverici
idi. Buna görə də bu uzun illər mənim utancverici sirrim olaraq qalırdı.

İmanlı olanda…

Mən Uca Tanrının bizi sevdiyinə, bizim günahlarımızdan ötrü İsa Məsihi ölümə göndərdiyinə
inandığım vaxt və bütün qəlbimlə Tanrıya müraciət edən zaman, özümü xoşbəxt hiss
etməyə başladım. Mən sadəcə öz xilasımdan və İsa ilə yeni münasibətlərimdən böyük
həzz alırdım. Buna baxmayaraq, arabir mən dəhşətli vicdan əzabı çəkirdim. Düşmənim
iblis nə vaxtsa etdiyim əmələ gülərək, mənə günahkarlıq və mühakimə hissləri gətirirdi.
Bizim ölkəmizdə abortun qanuniləşdirilməsinə dair təbliğat başlayanda, mən nə isə
etmək istəyirdim ki, bunu dayandırım, lakin hələ də öz təcrübəmdən danışmağı eyib
sayırdım. İman etdiyim vaxtdan bir neçə il sonra, Uca Tanrı məni o vəziyyətə gətirdi
ki, mən aborta baxıb, belə deyim: ‘Bəli, bu qətldir. Bəli, mən buna görə bütün məsuliyyəti
öz üzərimə götürürəm.’

Müqəddəs Kəlamda belə deyilir: ‘Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi 
bizdən o qədər uzaqlaşdırıb’ (Zəbur 103:12). Həmən yerdə deyilir: ‘Mənəm öz xatirimə
görə asiliyini silən, bəli, Mən günahlarını da yada salmaram’ (Yeşaya 43:25). Baxmayaraq
ki, nəzəri olaraq bilirdim ki, Uca Tanrı məni əfv edib, yenə də sonuncu dəfə əfv
istədim. Bundan sonra qəti olaraq inandım ki, O, mənim günahlarımı əfv edib. O vaxtdan
sonra mən, aldığım bağışlanma ilə yaşayıram.

Әlavə olaraq

Әfv edildiyimə baxmayaraq, mən heç vaxt təsəvvür edə bilmirdim ki, övladım hardadır.
İndi isə bilirəm ki, övladım göylərdədir və mən ora İsa ilə görüşməyə gedəndə, onu
görəcəyəm. Bu düşüncə mənim varlığıma dərindən toxundu.

Və nəhayət azadlıq

Hekayəmi bitirəndən sonra, Gülya mənə baxaraq: ‘Sən abort etdirmisən? – Bəs necə
ola bilər ki, sən belə xoşbəxt görünürsən? – deyə məndən təəccüblə soruşdu.
 ‘Bəli,
mən xoşbəxtəm, – deyə cavab verdim. – Ona görə xoşbəxtəm ki, Uca Tanrı məni əfv 
etdi.’ ‘Mən inanmıram ki, O məni əfv edəcək,’ – deyə Gülya inadkarlıq edirdi. ‘Uca
Tanrı insanların kimliyinə baxmaz,’ – mən ona xatırlatdım . ‘Mənim üçün etdiyi hər
şeyi, O sənin üçün də edəcək. Əgər sən öz günahını etiraf etsən, tövbə etsən, onda
Müqəddəs Kitab vəd etdiyi kimi, İsa səni əfv edəcək və təmizləyəcəkdir.’ İlk dəfə
idi ki, mən onun üzündə ümid işığının parıltısını gördüm. ‘Sən düşünürsən ki, O 
məni əfv edə biləcək?’ – deyə o, ağladı.

İsa nəinki onu əfv edə bilərdi, O Gülyanı əfv etdi də. Gülya Onu öz Xilaskarı və
Hökmdarı olaraq qəbul edən zaman, vicdan əzabından qurtardı.

Ertəsi gün, Gülya səhər yeməyinə gələn zaman, dostları sadəcə olaraq onu tanımadılar.
O, gözəl idi. Bütün ağırlıq getmişdi və biz onunla birgə Tanrıya minnətdarlıq hissi
duyaraq sevinirdik. İsa onu kədərdən qurtarmışdı.

Müqəddəs Kitabda ən sevdiyim yerlərdən biri budur: ‘Bilirik ki, Allah, Onu sevənlərlə,
Onun muradına görə dəvət olunanlarla bərabər hər vəziyyətdə yaxşılıq üçün fəaldır…’(
İncil , Məsihin həvarisi Pavelin Romalılara məktubu 8:28). Bəli, Uca Tanrı abort
kimi qorxunc günahı da əfv edə və şəri xeyirlə əvəz edə bilər.

Gülya ilə bu görüşümüzdən sonra, mənə bir çox abort etdirmiş qadınlarla ünsiyyətdə
olmaq nəsib olub və mən onların hamısına özümün necə əfv edildiyimi və onların da
əfv oluna biləcəklərini danışırdım.

Hər dəfə mən, onların çoxlarının əfv edildikləri zaman vicdan əzabından və qəlb 
ağrısından azad olduqlarını görəndə sevinclə dolurdum.

Sizin üçün qurtuluş və azadlıq

Siz də belə bir əfv alıb, vicdan əzabından qurtula bilərsiniz. Uca Tanrı sizə abort
günahını, digər günahlar kimi əfv edə bilər.

İcazə verin sizə bir şeyi xatırladım. Biz müəyyən bir günahımıza baxanda və inananda
ki, Uca Tanrı bu günahımızı bağışlamaz, bu hərəkət ilə biz iddia edirik ki, İsanın
ölümü əbəs yerə idi.

İsa Məsih öz qanını bizim vicdan əzabından, günahdan və utancverici hisslərdən azad
olmağımız üçün töküb, hətta bu vicdan əzabı və utancverici hiss abort olsa belə.

Әgər siz Uca Tanrıdan əfv olunmaq və bundan sonra gələn azadlığı əldə etmək istəyirsinizsə,
onda belə etməlisiniz:
 1. Abortun günah olduğunu qəbul edin və Uca Tanrıdan sizi
əfv etməsini və haqsızlıqdan təmizləməsini xahiş edin (1Yəhya 1:9). Siz bu və ya
buna oxşar duanı edə bilərsiniz: ‘Ey, Uca Tanrı! Mən günahlar içində Sənin qarşında
durmuşam. Mən, mənə əzab verən yükümü, günahımı Sənin ayaqların altına gətirib, 
bu günahı qətl kimi qəbul edirəm, mən abort edən zaman öz övladımı qətlə yetirdim.
Elə indi yalvarıram Sənə, xahiş edirəm əfv et məni, əfv et mənim bu günahımı, bu
qətl faktını. Məni təmizlə və saleh et. Elə et ki, həyatım Səni sevindirsin. Sənə
minnətdaram ki, İsa Məsihi göndərmisən ki, qurban gedərək bizdən ötrü qanını töküb
və ona görə minnətdaram ki, mən bundan xəbərdar olmuşam. Çox sağ ol mənim Hökmdarım.
Mən sənin əfvini qəbul edirəm, Səndən bu əfv ilə bu gün və həmişə yaşamaq üçün güc
istəyirəm. Amin.’

2. İsanın əfvini qəbul edəndən sonra özünüzü əfv edin.

3. Әgər kimsə sizin abort etmək qərarınıza təsir edibsə, onda onu da əfv edin.

4. Tanrının Müqəddəs Kitabdakı vədin