# Xilaskar olan İsa Məsihi həvəslə gözləyirik

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/xilaskar-olan-isa-m%c9%99sihi-h%c9%99v%c9%99sl%c9%99-gozl%c9%99yirik/
- Опубликовано: 2021-09-06T23:24:16+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,Rəbb Allahın sözü üzərində
bərabar düşünək,düşünlərimiz Rəbbin sözü ilə dolsun və Müqəddəs Kitabda Rəbbin arzu
və niyyətini öz həyatımıza daxil olsun və düşümlərimizin, ürəyimizin dəyişilməsinə
səbəb olsun. Biz düşüncələrimizdə Rəbbin sözünü hər gün yaşatsaq,bu,münasibətlərimizdə,
davranışımızda,ağzımızdan çıxan sözlərdə öz əksini tapacaq. Biz Rəbb Allahla hər
gün vaxt keçirib Onun sözü ilə ürəklərimizi doldursaq,bu,bizim insanlara qarşı olan
istəklərimizə,niyyətimizə öz təsirini edəcək. Rəbb səndən Onun balası kimi yaşamağını,
Onun övladı kimi ömür sürməsini gözləyir.
 Filiplilərə məktub 3:20-21:”Bizsə səma
vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.” Rəbb
Allahın sözü deyir ki,biz Məsih İsaya iman edənlər ancaq burdakı həyatla kifayətlənmirik,
bizim arzumuz və istəyimiz Məsihin təkrar gəlişini gözləməkdir. Sən Məsihin təkrar
gəlişini gözləyirsən? Rəbbin sözü deyir ki,biz Məsihin gəlişini gözləməyə həvəsliyik,
çünki O gəldikdə Ona iman edənləri Özü ilə bərabər Padşahlığına aparacaq. Bir çox
insanın istədiyi və nail olmaq istədikləri yerə – Cənnətə aparmaq üçün Məsih gələcək.
Müqəddəs Kitabda İsa Öz şagirdlərinə,Ona iman edən hər bir kəsə başa salır ki,həmin
gün mütləq baş verəcək və Məsih yenidən Yer üzünə gələcək. Ancaq Onun gəlməyinə 
səbəb Ona güvənib və iman edib,bütün arzu,niyyəti, düşüncələri ilə Ona bağlı olanları
Özü ilə birgə aparmaqdır. Şimşək çaxanda bütün göy üzündə göründüyü kimi Bəşər Oğlunun
zühurunu da bütün dünya görəcək. O zaman Bəşər Oğlunun əlaməti görünəcək və göy 
üzündə Onun ehtişamı və qüdrəti əks olunacaq. Yazılıb ki,O,mələklərini şeypur səsi
ilə göndərəcək,mələklər də göylərin bir ucundan digər ucuna qədər seçdiklərini toplayacaq.
Məsih zühur olanda mələklərinin göndərəcək ki,Onun seçdiklərini,Onun adına iman 
gətirənləri və Onun həyat tərzinə uyğun yaşayanları Özü ilə bərabər Öz Padşahlığına
aparmaqdır. Həvəslə bunu gözlə və arzula. Bugün Məsih gəlsə,Onunla bərabər getmək
üçün hazır ol. Ancaq buradakı yaşayışınla kifayətlənmə, çünki Rəbb Allah sənə əbədiyyəti
verir. Əbədiyyətə malik olan,bu mirası Rəbdən alan insan kimi düşün və yaşa. Rəbb
səni Öz Padşahlığına seçdi,seçilmiş insan kimi bugününü yaşa. Bu düşüncə tərzi sənin
həyatına böyük dəyişikliklər gətirəcək. Bu sözləri mənimsə. Rəbb Allah sənə əbədi
həyat üçün çağırış verib və səni seçib. Rəbb Allah səni Öz dərgahında gözləyir, 
bugününü Rəbbin seçilmişi və əbədi həyata malik olan kimi yaşa. Həvəslə Məsihin 
gəlişini göstər,bu haqda başqa insanlara da danış. O,bütün xalqlardan,millətlərdən,
tayfalardan Ona iman edən insanları Özü ilə bərabər aparacaq. Bu tərzlə yaşa. Filiplilərə
məktub 3:21:”O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim
yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.” Bunu Məsih
sənin üçün edəcək,çünki sən Onun sözü ilə yaşayırsan,hər zaman istifadə edirsən.
Bunun vasitəsi ilə sən dəyişilirsən. Rəbb Allahın qüdrətinin sənin həyatına təsir
etməsini istəyirsən? Məsihi təqlid et,Onun təlimində yaşa,İncili hər gün oxu və 
orada yazılanları münasibətlərində,ailəndə tətbiq et. Məsih kimi yaşa,çünki bir 
gün Məsih Öz seçdiklərini götürmək üçün gələcək. Bu, mütləq baş verəcək. İsa deyir:”
Yer və Göy keçib gedəcək,amma Mənim sözlərim qalacaq,əsla keçib getməyəcək.” Nə 
olursa olsun,İsa böyük ehtişam və qüdrət ilə gələcək. Filiplilərə məktub 4:1:”Beləliklə,
ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı,Rəbdə olaraq
bu cür dönməz durun,ey sevimlilər!” Rəbbə aid olduğuna və seçilmiş olduğuna görə
bu cür dönməz dur, çünki sən Onun sevimlisisən. Hazırlıq işlərini gör,Məsih gəlir.
Münasibətlərində, düşüncələrində,davranışlarında Məsihin gələcəyini bilən insan 
kimi yaşa. Buradakı yaşayışın Səmavi yaşayışla müqayisə edilə bilməz. Əbədi həyat
üçün seçilmiş insan kimi hərəkət et və yaşa. Məsih gəlir ki,sənin bədənini dəyişib
Öz izzəti halına gətirsin. Rəbdə olduğuna görə bu cür düşün,ey sevimli. Rəbb hər
birinizə xeyir-dua versin.

**Müəllif:_ İdris Azəri_**