# Var olandan soruş

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/var-olandan-sorus/
- Опубликовано: 2021-09-06T23:57:51+04:00
- Автор: thecasper

_“Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.”_**
Zəbur 66:16**
 20-ci əsrin əvvəllərində Packard Motor Avtomobil Şirkəti müştərilərin
diqqətini cəlb etmək üçün bir şüar hazırladı: “Var olandan soruş”.  Populyarlaşdı
və istehsalçının nüfuzunu gücləndirdi.  Şirkət rəhbərliyi bir insanın şəxsi tövsiyəsinin
yaxşı işlədiyini başa düşdü.  Alışdan məmnun olan bir dost güclü bir arqumentdir.

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/08/45313-daily-woman-prayer-
1200.1200w.tn_-300x157.jpg)

Həyatımda gördüyüm, yaşadığım Allahın yaxşılıqları barədə olan  hekayələrdə də öz
təsirini göstərir.  Allah bizi yalnız Ona deyil, ətrafımızdakılara da sevincimizi
və minnətdarlığımızı bildirməyə çağırır (Zəbur 66: 1). Mən qəlbimdə təqsirə yer 
versəydim, Rəbb məni eşitməzdi, lakin O məni dinlədi, Duamın səsini eşitdi. “Alqış
olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi!”
 Qədim dövrlərdədə
Allah çox möhtəşəm işlər gördü.  Məsələn, Qırmızı dənizin sularını böldü (Zəbur 
66: 6).  Ayrıca hər birimizin həyatında öz işini görür: əziyyətə baxmayaraq bizə
ümid bəxş edir, Kəlamını anlamağımıza kömək edən, gündəlik ehtiyaclarımızı təmin
edən Müqəddəs Ruh göndərir.  İnsanlara həyatımızdakı Allahın hərəkəti haqqında danışdığımız
zaman, bu alınması üçün verilən tövsiyədən daha vacibdir.  Allahın mərhəmətini izzətləndiririk
və iman səfərində bir-birimizi ruhlandırırıq. Ya Rəbb mənə kömək et ki, mənim həyatımda
nə qədər möcüzələr etdiklərini insanlar ilə bölüşüm!

_**Müəllif: **_**K****irsten Holmberg**
 _**Tərcümə:**_** Nicat Alovlu**