# Gündəlik Çörək – Tətbiqi Məsihçilik

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/tetbiqi-mesihcilik/
- Опубликовано: 2022-11-23T22:03:43+04:00
- Автор: thecasper

* Xatırlatmaq istəyirəm ki, Müqəddəs Kitabın 2000 il yaşı var və Müqəddəs Kitabın
   təyinatı var:
 * Allahın varlığını aşkar etmək, yəni Onun xasiyyətini, insanlara olan münasibətini
   və iradəsini bildirməkdir.
    **_Allahın x_****_a_****_siyyəti: __[Çıxış 34:6 – 7](https://xilasinyolu.site/tovrat/cixis/#34)
   __: “Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham.
   Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi
   göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; ….lakin cəzasız qoymaram,
   ataların cəzasını üçüncü – dördüncü nəslə qədər nəvə – nəticələrinə verərəm».”
   _Allahın münasibəti: _[Yez 33:11:](https://xilasinyolu.site/peygemberler/yezekel/#33)“
   Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb
   yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan
   dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”” _Allahın iradəsi: _[1Tim 2:4:](https://xilasinyolu.site/incil/paulun-timoteye-birinci-mektubu/#2)“
   O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.”_
 * Allaha iman edənləri təchiz etməkdir, yəni mənəvi – insanı keyfiyyətləri inkişaf
   etdirmək və üstəlik ruhani ənamlarla təmin etməkdir. Bu yolla cismani dünyada
   yaşan bizlər Allaha ibadət edə bilərik və ibadətimiz qəbul ediləcəkdir.
    **_[2Tim 3:16 – 17:](https://xilasinyolu.site/incil/paulun-timoteye-ikinci-mektubu/#3)“
   Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik
   tərbiyəsi üçün faydalıdır; __beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün
   təchiz edilsin.”_

 * Allaha olan imanın gücünü aşkar etməkdir – məzh bu imana əsaslananların solmaz
   ümidi var… Bu məqsədlə Müqəddəs Kitaba adları düşən peyğəmbərlərin, saleh adamların
   həyat təcrübəsi barədə yazılıbdır.. eyniliklə də, Allaha qarşı çıxan və razılaşmayan
   insanların aqibəti barədə də yazılıbıdır ki, biz bilik və öncədən yaşayanların
   təcrübəsi ilə təmin edilək…
    **_ [Rom 5:1,5:](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#5)“
   Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla
   barışmış oluruq. … Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən
   Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.”

##### **Tə****t****biqi Məsihçilik…**

 * Müqəddəs Kitabda bizdən öncə yaşayan adamların Allaha İMAN edərək, imanlarını
   isim kimi ürəklərində saxlamadıqlarını və İMAN sözünün onlarda ad kimi qalmadığını
   görürük… onların İMANI – feil oldu – iş, əməl, hərəkət.. 
    **Az.izahlı lüğətində:”
   Quru sözdən ibarət olmayıb həqiqi mənada olan iş…” Yəni, iman sözdə deyil – hərəkətlərdə
   aşkar edilir və güclü olur… _[Yaq 2:14 – 15:](https://xilasinyolu.site/incil/yaqubun-mektubu/#2)“
   Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə,
   bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? Əgər qardaş – bacılardan 
   birinin paltarı və gündəlik yeməyi yoxdursa” _Bu bilirsiniz neyə bənzəyir?  “
   Bir boş qab götür və nuşicanlıqla yemək ye…” “Bir boş stəkan götür və bəh – bəh
   ilə çay iç….”  İfadələrinə Belə edən adamı görsək –  yəqin düşünərik  nəsə baş
   verib onunla  İmanla da eynidir – əgər imanın ancaq sözdədirsə – o zaman Allahdan
   hansı nəticəni gözləyirsən ?  Əgər Külli – İxtiyar Allahın fövqəltəbii gücünün
   aşkar edilməsini istəyirsənsə – o zaman imanın sözdən əmələ keçməlidir… İbrahim,
   Davud, Daniel  həyatlarında bunu etdiklərinə görə – Adları Müqəddəs Kitaba İMAN
   QƏHRAMANLARI KİMİ düşdü…  Onların İMAN qəhramanlığı nədə idi – Allahdan qəbul
   etdikləri sözə əməl etməkdə… _[Rom 4:3 – ](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)
   5_ _Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
   Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. __Lakin əməl etməyib
   allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır._
   [_Rom 4__:__6 – 8_](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)_
   Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh
   sayır: «Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb
   tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!»” _— Allaha iman edənin
   İMANI ancaq çətin günlərdə Allaha tərəf dönüb dua etməsi ilə deyil… gündəlik 
   həyatda da imanla yaşamaqdadır… Hər gün İMAN əsaslarını öyrənərək – münasibətlərdə,
   hərəkətlərdə, davranışlarda – tətbiq etməklə YAŞATMAQDIR… Əks halda – bu sadəcə
   gözəl səslənən sözdür.. Mən istəmirəm ki, siz –  Allaha iman edənlər güclü təsirə
   sahib olan sözü – sadə, adi bir söz kimi istifadə edəsiniz… İMAN – maqnit kimi
   Allahın bütün vədlərini iman edənin həyatına gətirir.. Görünməyəni – görünən 
   edir.. Mümkün olmayanı – mümkün edir.. Başqalarının anlamadığı yerdə – Rəbb ilə
   mümkündür deyə elan edir.. Başqalarının  ağılsız saydığını – sevinclə yaşayır…._
   [Rom 4:17](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)_ _Buna
   görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun ….. __və İbrahimin
   bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları
   əhatə etsin. __İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq
   yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin
   atası etdim».” _— _[Rom 4:18 – 19](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)_
   _Heç bir ümid olmadığı halda – İbrahim çoxlu millət__lərin__ atası olacağına 
   ümidlə inandı. _(Niyə inandı??? – çünki ona bunu Allah demişdir)…  _Çünki ona
   deyilmişdi ki__, «nəslin o qədər olacaq». __Hətta təxminən yüz yaşında ikən öz
   bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı,
   amma imanı azalmadı. _Baxın… əgər İbrahim Allahın ona dediyi sözə xor baxsaydı,
   yəni əhəmiyyət verməsəydi: ”Ata yurdundan çıx və səni göndərdiyim yerə get”… 
   sizcə adı iman tarixinə düşə bilərdi??? Əlbəttə ki, yox… İbrahim – itaət etməyi–
   öyrənirdi… —
 * **_Biz bilirik ki, İbrahim – Nuhun oğlu Samın nəslindən gəlir və Samdan İbrahimə
   qədər 10 nəsil keçmişdir… Nuhun dövründə baş verənl_****_ə_****_r və Nuhun imanı–
   bir rəva_****_y_****_ət idi… nağıla bənzər hekayə idi… kim bu rəva_****_y_****
   _ətə inanar axı?.. _**
 * **_bizimlə_** **_də eynidir – Məsih İsa barədə Xoş Xəbər 2000 il əvvəl baş verib…
   Allah insanlara lütf edir və günahları bağışla_****_yır_****_,_** **_əbədi həyat
   verir anlayışı – bir çoxlarına rəva_****_y_****_ət kimi gəlir…
    
   __Amma iman 
   edənlər deyir – bu sadəcə rəva__y__ət deyil… bu həqiqətdir və Allahın __q__üdrətini
   görmək üçün yeganə üsuldur – İMAN ETMƏK…
    
   __—__
    [Rom.4:20](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)
   
   Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə,  imanında möhkəm durub Allahı
   izzətləndirdi.
    
   Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də
   qadirdir.
    
   Buna görə də imanı ona salehlik sayıldı.
    
   (bax bu imandır:
    Şübhə
   etməmək Əmin olmaq…)… — [Rom 4:23 – 25:](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#4)“«
   Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; Rəbbimiz İsanı ölülər
   arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
   İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız
   üçün dirildi.” — Sonda [Rom 5:1 – 2:](https://xilasinyolu.site/incil/paulun-romalilara-mektubu/#5)“
   Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla
   barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla 
   nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.” — [Yaq 5:10 – 11:](https://xilasinyolu.site/incil/yaqubun-mektubu/#5)“
   Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir
   nümunəsi kimi götürün. Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun
   dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki 
   Rəbb çox rəhmli və mərhəmətlidir.”

_**İdris Məmmədov (İdirs Azəri)**_