# Sizdə xeyirli işə başlayan Allah onu başa çatdıracaqdır

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/sizd%c9%99-xeyirli-is%c9%99-baslayan-allah-onu-basa-catdiracaqdir/
- Опубликовано: 2021-09-06T23:46:53+04:00
- Автор: thecasper

Sanki həftələr elə tez və sürətlə gedir ki,ancaq biz təqvimdə ayın,həftənin hansı
gün olduğana baxırıq.Hətta bəzən bunu belə unuduruq.Həyat dəvam edir və Rəbb Allah
bizim həyatımızda başladığı işə dəvam edir.Mən istəyərdim sizinlə ayə paylaşım.

Fil 1:6-7: “Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi
günədək bunu başa çatdıracaq. Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə
yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız 
mənimlə bərabər Allahın lütfünə şəriksiniz.”Bügün mənim sizə demək istədiyim odur
ki:”Rəbb sizdə xeyirli işə başladı və mütləq onu başa çatdıracaq.2ci xəbər Məsih
İsa sizə zühür edəcək.Bilirsiz,Rəbb Allah bizə vəd verir ki,sizin həyatınızda başladığı
işi O,öz tərəfindən dəvam etdirir.O,işi başladı ki,onu dəvam etdirsin.Ümümiyyətlə
Rəbb Allah natamam iş görən deyil.Bunu hardan bilirəm?Baxın təbiətə,görürsüz necə
mükəmməl yaradıb? Natamamlıq yoxdur.Natamam mövsüm,gün,təbiət yoxdur.Hər şey tamamdır.
Hər şey gözəl və mükəmməldir.Çünki Rəbb Allah Özü belədir.Onun daxili sevgi ilə 
doludur.Özü mükkəməl və gözəldir.Rəbb Allah səndə başladığı işi,sənin xilas işini
Öz padişahlığına gətirmək və əbədi həyata malik olmaq işini O səndə başladı.O sənə
vəd verir ki,mən səndə başladığım işi tamamlayacam ki,sən mükəmməl olasan.Rəbb Allah
deyir:”Məsih İsa zühür edəcək.”Onun zühurunda ol.Hazır ol.Məsih zühür edən günə 
qədər mən səndə fəalam.Mən səndə işləyirəm.Mən sənə kömək edirəm.Sənin bütün həyat
yolunda yanında dayanıram.Sənin bütün çətinliklər,problemlər,yaşadığın ağrıları,
duyğuları hissedirəm və səninlə paylaşıram.Rəbb Allahın bizə verdiyi vədlər bundadır
ki,”mən səndə bu işi dəvam edirəm.”Bu işi dəvam etdirmək üçün həmişə bizim yanımızdadır.
Köməyi dərhal çatdırmaq üçün,yardım etmək üçün,müdafiyə etmək üçün,dərhal təsəlli
vermək üçün,şəfa vermək üçün Rəbb Allah yanımızdadır.Buna görə İsa Məsih bizə vəd
verərək dedi ki,”Mən atamla bərabər gəlib sizdə məskən salacam,Sənin daxilində yaşayacam
ki,səndən uzaq olan deyil,sənin daxilində yaşayan olum.”Bu Rəbb Allahın vədidir.
Gözəl deyil mi?Rəbb Allahın bizə dediyi bu sözlər bizi güclü,əmin,cəsarətli insan
etmirmi? Hansı ki,biz tamamilə bütün düşüncələrimizlə Rəbb Allaha güvənirik.Çünki
Rəbb Allah deyir:”Mən işi tamam edirəm sənin həyatında.”Dəvam etmək istəyirəm 9-
10cu ayələrlə.Həvari Paul deyir:”Mən əminəm Rəbb Allahdan.Mən bələdəm ona.Mən onun
xəsiyyətinə,gördüyü işlərə bələdəm.O,başlasa tamamlayır.”O,başladı sənin həyatında.
Xoş müjdə ilə sənin həyatına gəldi.Sən İsa Məsihi xilaskar olaraq həyatına qəbul
etdikdə Rəbb Allahın sənin həyatında fəaliyyəti başlayır.Sənin həyatında hər gün
işləyir.Əgər sən geri dönsən bir neçə ay qabaqa baxsan görəcəksən ki,nə qədər dəyişiklik
var.Nə qədər başqa insanlara sənin müsbət düşencələrin çoxalıb.Fil 1:9-10: “Dua 
edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,
siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa
Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə
biləsiniz.” Baxın Rəbb Allahın sözü bizə deyir ki,”Mən səndə işi başladım və dəvam
edəcəm.Sənin tərəfindən isə mənə lazım olan budur ki,sən öz məhəbbətində inkişaf
edəsən.Sən məndən öyrəndiyin sevgini tədbiq edəsən.Sən məndən öyrəndiyin məhəbbəyi
yaşayaraq başalarına yaşadasan və bunu etməkdən ötrü bilim və iqrar baxımından inkişaf
edəsən.”Bilirsiz,bilik nədir?Bilik yaranır müqəddəs kitabı oxumaqdan və araştırmaqdan.
Həyatımızda tədbiq etməklə təcrübə əldə etməklə yaranır.Bilik Rəbb Allahın sözündə
yaranır.Hansı ki,sən Rəbb Allahın sözündə oxuyub,araştırırsan və oxuduqlarını həyatında
tədbiq edirsən.Onun təcrübəsini yaşayırsan.Sənin biliyin ancaü sənin ağlında qalmır.
Sənin biliyin bütün həyatını əhatə edir.Bilik öyrənmək,dərk etmək,qəbul etmək,başverənləri
anlamaq,qəbul etdiyin Rəbb Allahın əmirlərini,işləməsini dərk etmək,təcrübədən keçirtmək,
qavramaq budur sənin biliyin.Təcrübədən keçir,yaşa Rəbb Allahın sözünü.Ondan aldığın
sözü,əmirləri dərk elə.Necə dərk edəcəksən onu?Ancaq onu təcrübədən keçirtməklə.
Həyatında baş verən bütün hadisələri Rəbb Allahın sözü baxımından keçirdərək anla.
Öyrən və mütləq qəbul et.Rəbb Allahın sözü deyir ki,”Qoy sənin məndən aldığın bilik,
sənin məhəbbətinin çoxalmasına səbəb olsun.Sənin insanlara olan münasibətlərinə 
onlara qarşı duyumlu və mərhəmətli olmağa səbəb olsun.Məhs bu biliyi kitabdan oxuyub,
öyrənirik.Müqqədəs Kitab deyir ki,”Qoy sənin idrakin olsun.”İdrak müdrik olmaqdır.
Məsihə iman edənlərdədir bu idrak.Bizdən öncə yaşayan mömin,saleh və iman qəhramanlarının
həyat təcrübəsini öyrənməkdir.Bilirsiz,sənin idrakın burda başlayır.Hansı ki,səndən
öncə yaşayan adları Müqqədəs Kitaba düşən peyğəmbərlərin,iman qəhramanlarının həyat
təcrübəsinə, onların Rəbb Allahla yaşamaqlarına baxırsan və onların nəticələrini
görərək sənin idrakin artır.İdrakli insan nəticəni təxmin edir.Müqqədəs Kitabı oxuyan
bilir ki etdiyi işin nəticəsi nolacaq.O,anlayışlı,şüurlu olur.Rəbb Allah bizdən 
istəyir ki,bu cür şüuru və idrakı ondan alaraq bizim məhəbbətimiz çoxalsın.Məsihin
zühür edəcəyi gündə biz o zaman pak və nöksansız olacayıq.Bilirsən sənin həyatın,
günahdan qaçmaq deyil.Sənin həyatın Məsihə doğru getmək və qaçmaqdır.Məsih kimi 
yaşamağın,bənzəməyin onun düşüncə və niyətində ol.Necə Məsih xoş xəbəri yayırdısa,
necə xoş xəbər yayırdısa,səndə İsa Məsihin adı ilə xəstə insanlara dua et və şəfa
ver.Barışıq müjdəsinin iştirakçısı ol.Məhəbbət,lütf iştirakçısı ol.Bu sənin və mənim
həyatımdır.Gəlin bu həyatı fəal və aktif yaşayaq.

**Müəllif:_ İdris Azəri_**

 