# Rəbbin ilahi təbiətinə şərik olaq.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bbin-ilahi-t%c9%99bi%c9%99tin%c9%99-s%c9%99rik-olaq/
- Опубликовано: 2021-09-06T23:20:26+04:00
- Автор: thecasper

Yeni bir günü Rəbbin sözü ilə başlayırıq ki, gün boyu Onun sözündən gələn sevinc,
sülh və əminlik həyatımızda olsun və münasibətlərimizdə,qərarlarımızda öz əksini
tapsın. Rəbb Allahdan aldığınız sevinc,məhəbbət qoy sizin davranışlarınızda,insanlar
haqqında olan düşüncələrinizdə aşkar olunsun. Rəbb Allah bizi İsa Məsihdə Özünə 
oğulluğa, övladlığa dəvət etdi və bizi Oğlu İsa Məsihin qanı bahasına satın aldı
ki,İsaya bənzər ömür yaşayaq. Rəbb İsada başladığı işi bizdə davam etdirmək istəyir.
Məhz buna görə Rəbb sənə Öz sözü ilə təminat verir ki,sən kimə iman etdiyini,iman
vasitəsi ilə əldə etdiklərinin nə olduğunu biləsən. İman vasitəsi ilə sən əbədi 
həyata nail oldun. Məhz buna görə Rəbb Allahın sözü haqqında danışırıq. Çünki Müqəddəs
Kitabda Rəbbin iradəsi,xoş niyyəti bizə bəlli edilir. Buna görə də hər səhəri Rəbb
Allahın sözü ilə başlayırıq ki,bu sözlə qüvvətlənək, aydın və saf düşüncəyə malik
olaq, niyyətimiz Rəbb Allah qarşısında pak olsun, arzu və istəklərimiz Rəbbin iradəsinə
uyğun olsun,münasibətlərimiz İsa Məsihi təqlid etdiyimizə görə Onun münasibətlərinə
bənzər olsun.
 Zəbur 56:3-4:”3 Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm. Vədinə
görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm,qorxmuram; Fani insan mənə nə edə 
bilər?” Davud deyir ki,dəhşətli – qorxunc,təhlükəli,xoşagəlməz gündürsə,həmin gündən
qorxmur. Onun qorxmamağına səbəb Rəbb Allaha güvənim və etibarımdır. Çünki güvənmək–
arxalanmaq,bel bağlamaq,etibar etmək,inanmaqdır. Davud deyir ki, insanların onun
həyatına gətirdiyi təhlükədən qorxmur. Bunun səbəbi isə Rəbb Allahın ürəyinə görə
yaşayıb hərəkət etməyidir,özünü Ona həsr etməyi və Ona arxalanmağıdır. Rəbb Allah
haqqında düşüncəyə malik olmaqla Onun iradəsinə görə yaşamaq Davudu cəsarətli edir.
Vədinə görə Davud Rəbbə həm edir,şükür edir,alqışlayır. Külli-İxtiyar bizi tərk 
etməyəcək,üzləşdiyimiz problemlərlə bizi tək qoymayacaq. İman etdiyimiz Rəbb Allah
bizi dəstəkləyəcək,bizə pislik edənlərin üzünə isə alnıaçıq,saf ürəklə baxacağıq,
çünki qorxmuruq. Rəbb Allahın sözündə böyük güc və məna var. Əgər Rəbb bizimlədirsə,
kim sənə qarşı dura bilər? Rəbb Allaha olan güvənin Onun iradəsini yaşatmağındır.
Bu,sadəcə söz kimi qalmalı deyil,Rəbbin əmrlərini yaşatmaq lazımdır. Onun ürəyinə
görə hərəkət etmək,Onun niyyətinə görə yaşamaq – Rəbb Allaha iman etməkdir və Ona
güvənməkdir. Rəbb Allahı ürəyində, nitqində,davranışında,dualarında yaşat. Buna 
görə də Rəbb qorxmur,çünki Var Olan Rəbb Allahı yaşadır. Həyatımız təhlükədə olsa
belə qorxmuruq,çünki Rəbb bizimlədir. 2 Peterə məktub 1:4:”Beləliklə,O bizə çox 
böyük və dəyərli vədlər verdi ki,bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı
pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.” Davud deyir ki,vədinə görə Ona
həmd və şükür olsun,çünki Rəbb bizə həyat verici vədini verdi. Onun verdiyi vədə
görə cəsarətli və Rəbb Allahın ürəyinə görə insan oldu. Müqəddəs Kitabda deyildiyi
kimi,O bizə çox dəyərli vədlər verdi. Həmin vədlərə görə İbrahim,Davud,Süleyman,
Daniel kimi iman qəhrəmanları Rəbbə bel bağladılar,bütün ömürləri boyunca Rəbb Allahın
önündə,Onun sözünə görə yaşadılar. Rəbb Allah da onlar haqqında müsbət şəhadət etdi.
Bu vədlər heçnə ilə müqayisə edilə bilmir, onlar çox böyük və dəyərlidirlər. Bu 
vədlərin dəyərini İsa Məsihin qanı müəyyən edir. İsa Məsihin sayəsində satın alınmağımız,
Onun kəffarə qurbanı olaraq verilməsi ondan ötrü idi ki,biz əbədi həyata malik olaq.
İsa Məsihə görə biz böyük və dəyərli vədlərə nail olduq. O,bizə vədləri ondan ötrü
verdi ki, dünyamızda olan pozğunluqdan qaçaq. Bu dünyada olan mənfi düşüncə tərzini
tərk edib Rəbb Allahın ilahi təbiətinə uyğun olaq. Rəbb istəyir ki,dünyada olan 
pozğunluqdan uzaq olaq. Dünyada olan pozğunluq düşüncəmizdən başlayır,orada yaranır.
Davamlı davam edən pozğunluq isə həyat tərzinə çevrilir. Rəbb deyir ki, bunlardan
qaç. Qoy İsa Məsihə iman edənlərdə bu cür mənəvi pozğunluq olmasın. İmandan irəli
gələn davranış və hərəkətlərimizdə uyğunsuzluq olmasın. Əxlaqi pozğunluq – ədəbsizlik,
başqanının əxlaqına,kimliyinə,namusuna bir qrup insan qarşısında adına zərər gətirməkdir.
Rəbb deyir ki,vahid və sevimli Oğlum İsa Məsihi kəffarə qurbanı olaraq təqdim etdi
ki,Ona iman edənlər bu dünyada olan pozğun həyat tərzinə uyğun olmasın,Rəbbin ilahi
təbiətinə uyğun olsun. İlahi təbiətə şərik olmaq – Rəbb Allaha aid olan keyfiyyətləri,
dəyərləri öyrəndikcə öz həyatımızda yaşatmaq,Ona bənzəmək,eyni işlər görmək, eyni
məqsədli və niyyətli olmaqdır. Biz İsa Məsihə iman edənlər Onun həyat tərzinə uyğunlaşaq
və Onu əks etdirək. Rəbb istəyir ki,bizdə yaxşılıq,həlimlik,salehlik, mərhəmət,səbr,
sevinc,sülh,iman, xeyirxahlıq,dürüstlük,nəfsə hakim olmaq və bunların tacı olan 
məhəbbət olsun. Məhz bu keyfiyyətlər bizdə yaşayırsa, hərəkətlərimizdə və davranışımızda
əks olunursa, biz də Rəbb Allahın ilahi təbiətinə şərik insanlar oluruq. Rəbb bizə
bu vədləri məhz Onun ürəyinə görə yaşamaq, münasibətlər qurmaq üçün verdi. O istəyir
ki,Onun ardıcılları da eyni düşüncə və həyat tərzinə malik olsunlar. Qoy sizin vasitəsiniz
ilə başqalarına həyat,sevinc,sülh,mərhəmət, yaxşılıq gəlsin. Rəbbin salehliyinə 
bürün və barışıq Müjdəsini elan et. Barışdır insanları. Nifaqda yox,barışıqda adın
hallansın. Xoş niyyətli insanlar olaraq öz nəfsinə hakim olmağı bacarasan. Qoy sənin
düzgünlüyün, xeyirxahlığın adınla bərabər hallansın. Allah məhəbbətdir. Rəbb Allah
belə olduğu üçün Onun məhəbbətini öz həyatımızdakı insanlara yaşadaq. Qoy insanlar
səndən pislik deyil,xoş niyyət görsünlər. Bu,Rəbbə bənzəməkdir,Onun ilahi təbiətinə
şərik olmaqdır. Gəlin biz də dünyadakı pozğunluqdan qaçaraq Rəbbin ilahi təbiətinə
şərik olaq. Rəbb hər birinizə xeyir-dua versin.

**M****üəllif:_ İdris Azəri_**