# Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bbimiz-isa-m%c9%99sih-vasit%c9%99sil%c9%99-allahla-barismis-oluruq/
- Опубликовано: 2021-09-06T23:46:36+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allah istəyir ki,Onun sözünü
biz hər gün qəbul edək. Biz hər gün yemək yeyirik ki,bədənimiz taqətdən düşməsin,
güclü olsun,yaşamaq üçün biz yeyirik. Rəbb isə deyir ki,yaşamaq üçün Onun sözünü
yeyək,xoş günlər görmək üçün Onun sözünü qəbul edək və Onda yaşayaq. Rəbb Allahın
sülhü,sevinci və məhəbbəti ilə əhatə olunmaq istəyirsənsə, Rəbb Allahın sözündə 
yaşa. Müqəddəs Kitabı oxu. Rəbb sənə olan xoş niyyətini,sevgisini Öz kəlamı vasitəsi
ilə bildirir ki,əmin olasan ki,Yerin və Göyün Rəbbi səni sevir. O,səni azad etmək,
səni genişliyə çıxarmaq və sənə dinclik vermək istəyir. Rəbbin sözü sənə Onun xoş
niyyətini aşkar edir. Öz həyatına biganə qalma,laqeyd olma,Rəbb Allaha tərəf getməyə
can at. Hər gün Onun sözünü oxu və Onun tərbiyəsini qəbul et. İman insanı və Rəbbin
ürəyinə görə ol.
 Yeremya 29:11:”Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm”
Rəbb belə bəyan edir:” Yer üzündə milyardlarla insanlar var, saysız-hesabsız münasibətlər
mövcuddur və həyat davam edir. Xoşagələn və xoşagəlməz insanlar mövcuddur. Rəbb 
isə şəxsən sənə deyir:”Sənin haqqında fikrim var.” Var Olan Rəbb Allah səni tanıyır,
qoy bu fikir səni ziyarət etsin. Yerin və Göyün sahibi olan Rəbb Allah səni tanıyır,
sənin vəziyyətin haqqında xəbərdardır və sənin haqqında düşünür. Rəbb istəyir sən
bunu biləsən və əmin olasan. Yeremya 29:11:”Mən sizin pisliyiniz deyil, salamatlığınız
barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.” Rəbbin bəyannaməsi budur:”Ölməyini,
xəstə qalmağını istəmirəm. Mən istəyirəm ki, salamat olasan,pislikdən azad olasan.
Sizin haqqınızda olan düşüncəm sizə ümidli gələcək verməkdir. Mən bunun üçün çalışıram.
Ona görə də Mən sizə Öz Müqəddəs Ruhumu və kəlamımı verdim ki, bu vasitələrlə Mənim
səni sevdiyimi anlayasan. Sevimli Oğlumu sənə görə qurban verdim ki,salamat olasan.”
Üzünü Ona tərəf çevir. Sənə bu xoş niyyət ilə yaxınlaşan Rəbb Allaha üzünü çevirmə,
Ona tərəf dön. Rəbb sənin salamatlığın və xoş günlər görməyin barədə,bu həyatdan
kam almaq barədə düşünürəm. Mənim Sözüm bu haqdadır. Bundan əlavə nə istəyirsən?
Bundan artıq kim sənə öz sevgisini sübut edə bilər? Yaradan etdi,Onun Müqəddəs Kitabı
bu haqda bəyan edir. O,bizim pis olduğumuzu görür və belə qalmağımızı istəmir,Onun
düşüncəsini həyatımıza qəbul etməyimizi istəyir. Rəbb Allah yaxşıdır, Rəbbin sənə
olan niyyəti yaxşıdır. O istəyir ki,sən ümidlə yaşayasan. Ümid o demək deyil ki,
hər şey yaxşı olacaq,bu,yalandır. Ümid Məsihdə – Rəbb Allahın Oğlunda və Onun həyat
verici sözündədir. Onun sözünü qəbul et,bütün ümidini və güvənini Ona bağla. Əgər
bugün Ona inanırsansa,Onun sözündə yaşayırsansa və icra edirsənsə, sabahın yaxşı
olacaq. Yeremya 29:12-13:”Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən
də sizi eşidəcəyəm. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.”
Rəbb Allah deyir:”Mənə tərəf dön. Dildə və sözdə yox,qəlbin Mənə tərəf dönsün. Bütün
varlığın Mənə ehtiram etsin.” Bütün qəlbinlə səmimiyyətlə Ona tərəf dön. Hiyləgər
düşüncədən özünü azad et,əgər bacarmırsansa,Rəbdən kömək istə. Qoy sənin saflığın
Rəbb Allahın qarşısında açılsın. Saf ürəklə Rəbb Allaha tərəf dön. Çünki səni çağıran
Rəbb Allah səni sevir. Bu qədər xoş niyyətlə sənin həyatına gələn Rəbb Allaha açıq
ol,Onu qəbul et,Onda olduğuna görə fəxr et və sevin. Onun düşüncəsi sənin üçün yaxşıdır.
Gəlin bərabər dua edək:”Rəbb İsa,Sənə bugünkü sözə görə minnətdaram. Minnətdaram
ki,Rəbbin sözünü anlamağa, başa salmağa mənə qabiliyyət verdin. Minnətdaram ki,bugün
mənə dedin ki,mənim haqqımda düşünürsən və Sənin mənim haqqımda niyyətin yaxşıdır,
ümidlidir. Mən özüm,övladlarım və ətrafımda olan insanlar üçün həyatdan kam almağı
istəyirəm və bilirəm ki,bu, ancaq Sənə bağlı həyatla mümkündür. Kömək et ki,Sənə
daha çox bağlanım və Sənin mənə verdiyin sözdə yaşayım. Sənin sözünün icraçısı olum,
ancaq sözdə deyil,hərəkətlərimdə və davranışımda da göstərim. Sənin xoş niyyətini
başqaları ilə bölüşüm. Sənə məni sevdiyinə görə minnətdaram. Minnətdaram ki,mənim
haqqımda düşünürsən,Sənin niyyətin mənim haqqımda xoşdur. Bu,mənim təsəlli və güc
mənbəyimdir.” Qoy Rəbb sizə xeyir-dua versin. Rəbb ilə həyat gözəldir.

**Müəllif:_ İdris Azəri_**