# Rəbb Allahın sözü güclü və təsirlidir

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bb-allahin-sozu-guclu-v%c9%99-t%c9%99sirlidir/
- Опубликовано: 2021-09-06T23:41:22+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bu gün Rəbb Allahın sözü
sizin həyatınızda öz güclü təsirini etsin. Rəbb Allahın sözü sizin həyat baxışlarınızı,
sizin niyyətinizi, dualarınızı, başqalarına və özünüzə olan münasibətinizi kökündən
dəyişdirib Rəbb Allahın sözü üzərində təməl qoyaraq güclü,sağlam düşüncəli,iradəli,
uzaqgörən insan etsin. Rəbb Allah istəyir ki,Onun sözü bizdə dərindən dəyişikliklər
edərək Onun ürəyinə görə insan olaq. Rəbb Allaha məxsus xüsusiyyətləri öyrənərək
özümüzdə tətbiq edək ki,ətrafımızda olan insanlara sevgi,mərhəmət,məhəbbət,sülh 
kimi hissləri yaşadaq.
 İbranilərə məktub 4:16:”Buna görə də lütfkar Allahın taxtına
cəsarətlə yaxınlaşaq ki,vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.”
Allahın sözü durmadan bizim yadımıza salır ki,Rəbbin qarşısına gəlmək üçün Yaradanın
özündən cəsarət almısan. Bu cəsarət sənə Onun xilaskar kimi təyin etdiyi İsa Məsihə
imanına görə oldu. Məhz bu iman sənin həyatında dəyişikliklər gətirdi və sən Yaradan
Allahla canlı,diri,tükənməyən ünsiyyətə dəvət edildin. Rəbb Allah səni dəvət etdi,
çünki sən Onun iradəsinə tabe oldun,Onun iradəsini qəbul etdin və xilaskar olan 
İsa Məsihə iman etdin. Bu imana görə sən lütfkar Allahın taxtına cəsarətlə – çəkinmədən,
utanmadan,əminliklə,hünərlə, rahatlıqla yaxınlaşa bilirsən. Bunu Rəbb Allah sənə
verdi. Ona görə də olduğun hər bir yerdə sən Onun lütfkar qarşısına gələ bilərsən,
Onun lütfkar taxtının qarşısına gəldikdə rahat və əmin ol,çəkinmə,qorxma. Çünki 
Rəbb Allah Özü səni dəvət etdi,O,hər gün səni dinləməyə,sənə xeyir-dua verməyə hazırdır.
O,hər gün səni sevgisi ilə sağlam düşüncəli,güclü,iradəli insan etmək istəyir. Rəbb
Allahı tanıyan və Onun ürəyinə görə olan insan tərəddüd etmir, qorxmur, mübarizə
aparır. Rəbb Allahın sözü deyir ki,lütf adlanan Allahın taxtına yaxınlaş. Çünki 
Rəbb Allah lütfkardır. Lütf-birbaşa Rəbb Allahdan veriləndir. Bu, Rəbb Allahdan 
gələn xoş niyyətdir,Onun insanlara olan sevgisidir,mərhəmətidir. Bunu Rəbb sənə 
göstərir və O,istəyir ki,bunu başa düşəsən və anlayasan ki, səni sevir,sənə istəyi
bol bərəkət verməkdir,kömək etməkdir,çünki O, sənə əbədi həyat verdi. Öz oğlunu 
əsirgəməyən,bizim günahlarımıza görə oğlunu kəffarə qurbanı təqdim edən,bizə əbədi
həyat verən Rəbb Allah digər istəklərimizi verməyəcəkmi? Şəfa,gündəlik çörək,ölkəmiz
üçün sülh istədikdə verməyəcəkmi? Rəbb Allah cavab verəndir. Rəbb lütfkardır,Onun
niyyəti yalnız sevgi və yaxşılıqdır. Rəbbin niyyəti Müqəddəs yazılar vasitəsi ilə
aşkar edilir,ona görə də Rəbbin qarşısına gəl və mərhəmətlə ürəyini doldur. Mərhəmət–
sevgidir, şəfqətdir, rəhmdir,bağışlamaqdır. “Mən sənin həyatına bu cür gəlirəm. 
Mən sənin həyatına mərhəmət və lütflə gəlirəm. Gəlirəm ki,səndə yeni bir insan yaradım.
Hansı ki,sevir və bağışlayır,sülh yollarını axtarır,ona edilən pislikləri hesablamır,
rəhm edir.” Rəbb Allah bunları sənin həyatına verməklə ətrafında olan insanlara 
bu cür yanaşmanı istəyir. Rəbb yaxşıdır,Rəbb sevəndir və sədaqətlidir. Bu,Yaradanın
sənə olan iradəsidir,sənə olan niyyətidir. Biz bütün bu fikirləri Müqəddəs Kitabda
görürük. Rəbb Allah istəyir ki,onun qarşısına gələn insanlar Ondan ibrət götürsün,
Ondan öyrənsin. Matta 11:28-29:”Ey bütün yorğunlar və yükləri ağır olanlar,Mənim
yanıma gəlin,Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və
Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq 
taparsınız.” Rəbb Allah deyir sənə bu sözləri. Yükün nədirsə,ürəyinə lövbər daş 
asılmış kimi sənə narahatlıq verən hər nədirsə,Rəbbə yükünü ver. Bu həyatda səni
nə yorursa,nə səni incidirsə,Rəbbin lütf kürsüsünün qarşısına gəl,danış. O rahatlıq
verəcək. Yaradan rahatlığın mənbəyidir. Başqa yerdə həmin sevinclə,əminliklə dola
bilmərsən,yalnız Rəbbə sığın,Onunla danış. Bu,Rəbb Allahın Onu axtaranlara vədidir.
O deyir:”Gəl ki,Mən sənə rahatlıq verim. Axtar ki,Mən sənə cavab verim. Mənə dua
et ki,duana cavab verim.” Sülh,rahatlıq,sevinc,sevgi mənbəyi olan Rəbb Allah səni
bütün həyəcanlarından, qorxularından,həqarətdən azad etmək istəyir. Rəbb Allah sənin
yükünü götürüb Öz rahatlığını vermək istəyir. İsa deyir:”Mən sənə bu rahatlığı verirəm
və səndən bir şey istəyirəm–Mənim boyunduruğumu üzərinə götür və Məndən öyrən. Gəl
qarşıma,səni yoran nə varsa,gətir yanıma və öyrən Məndən.” İsa Məsih həlim və qəlbən
itaətkardır. Həlimlik – mülayimlik, sakitlik,dinclikdir. Sən də İsa Məsih kimi ol.“
Davaya,münaqişəyə səbəb olma. Sən Mənim lütf kürsümün qarşısına gəlmisən,Mənim ürəyimə
görə insan ol. Məndən öyrən. Oxu Müqəddəs Kitabı,gör mənim münasibətim haqqında 
İncil nə bəhs edir? Bağışlayan,rəhm edən,başa düşən,heç kimdən qisas almayan,heç
kimi təhqir etməyən,sevgi bəsləyən Rəbbəm mən. Çünki Mən itaətkaram.” Onun həyat
verici sözlərini gündəlik həyatında icra et. Ehtiramla yaşa. Əgər sən Məsihin lütf
kürsüsünə yaxınlaşıb bütün yükünü Ona verirsənsə,İsa deyir:”Həyatda bundan sonra
rahat və dinc yaşamaq istəyirsən? Məndən öyrən,itaətkar və həlim ol.” Müqəddəs yazıları
oxuyub icra edən insan ol. Qoy sənin həyat baxışın sülhyaradan,insanları barışdıran
tərzdə olsun. Bu zaman rahatlıq tapacaqsan,sülh içində yaşayacaqsan,səmanı öz qarşında
hər zaman açıq saxlayacaqsan. Bu,sənin təminatın,təhlükəsizliyindir. Qoy Rəbb hər
birinizə xeyir-dua versin,Rəbb Allahın ürəyinə görə insan olmaq düşüncəsi bizi tərk
etməsin. Bu nümunəni götürərək həlim və itaətkarların yolu ilə gedək.

**Müəllif:_ İdris Azəri_**