# Rəbb Allahın əmrlərində qalaq

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bb-allahin-%c9%99mrl%c9%99rind%c9%99-qalaq/
- Опубликовано: 2021-09-06T23:49:33+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm.
 Zəbur 112:1:”Rəbbə həmd edin!” Qoy
bu açılan sabah sizin üçün həmd,alqış və şükürlə başlasın. Rəbbin qarşısına minnətdarlıqla,
izzətlə gəl. Çünki Var Olan Rəbb Allah sənə əbədi həyat verib. Yaşadığına görə sonuncu
dəfə nə zaman minnətdar olmusan? Rəbb Allahın sənin həyatında verdiyi hər bir nemətə
görə, ailənə,dostlarına,sadiq və etibarlı insanlara görə minnətdar olmusan? Qoy 
sənin sabahın belə başlasın. Çünki Rəbb Allah yaxşıdır və buna görə də sənə olan
niyyəti yaxşıdır. O,səni möhkəmləndirən və qüvvət verəndir,bu həyatı yaşayıb kam
almaq üçün sənə istiqamət verəndir. Rəbbin sözü səni hikmətli edir. Zəbur 112:1:”
Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!” Nə bəxtiyardır o insan
ki,ürəyində Allah qorxusu var. Müqəddəs Kitabda yazılıb ki,Allah qorxusu insanların
qorxusu ilə eyni deyil. İnsanlar cəzadan,ölümdən qorxurlar, Allah qorxusu pisliyə,
lovğalığa,təkəbbürə nifrət etmək,ikrah etməkdir. Hiylə ilə danışmağı,təkəbbürü ikrah
edərək Rəbb Allahın yolu ilə gedən insan bəxtiyardır. Rəbbin əmrlərindən zövq alan,
Onun sözlərini qəbul edən insan bəxtiyardır. Rəbbin əmrlərini eşidən insan sevinir,
çünki bilir ki,Rəbb Allahın əmrləri səni azad etmək üçündür. Rəbb Allahın verdiyi
əmrləri sənin üçün şəfa,bol bərəkətdir. Rəbb Allahın sözünü oxumaqdan,İncilin səhifələrini
vərəqləməkdən zövq al. Qoy dilin Müqəddəs Kitabdan aldığın nəsihə görə alqış etsin.
Müqəddəs Kitabda olan həyat nümunələrinə görə şükür et,çünki Rəbb bu yolla səni 
hifz edəcək, haqsızlıqdan qoruyacaq. Heç kim sənə pislik edə bilməyəcək,çünki sən
salehlərin yolu ilə gedirsən,hər bir təkəbbürü,lovğalığı, günahı ikrah edirsən. 
Pisliyi atıb Rəbb Allahdan möhkəm tutan insan bəxtiyardır. Tamamilə Rəbb Alaha özünü
həsr edərək Onun əmrlərində qal,Rəbbin sözünün icraçısı ol. Davud Peyğəmbər Rəbbin
əmrlərinə,Onun sözlərinə bağlanan insanlar haqqında belə deyirdi: Zəbur 112:2-4:”
Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq. Evindən
bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar. Zülmətdə belə,əməlisaleh insanlar
üçün, Lütfkar,rəhmli və saleh adamlar üçün nur doğar.” Əgər bugün sən öz həyatından
hər cür qanunsuzluğu,pisliyi,hiyləni kənara atıb Rəbb Allahın sözünü sevinclə qəbul
edirsənsə,bu,sənin üçün həyatdır. Sənin nəslin yer üzündə güclü,şaxəli olacaq,sənin
nəslin Rəbb Allahdan daima xeyir-dua alacaq. Çünki sən salehlərin yolu ilə getdin,
sən Rəbbin sözünü ailənə,nəslinə gətirdin, Rəbb Allahın əmrlərini elan edib Onun
yolu ilə gedən,Onun ürəyinə görə insansan. Rəbbin sözü deyir ki,yalnız sən deyil,
sənin övladların da xeyir-dua alacaq. Çünki sən Rəbb Allahın əmrlərindən zövq alırsan,
əlindən gələni edirsən ki,nəslində və şəhərində Rəbb Allahın əmrlərini yaşatmaq 
üçün əlindən gələni edirsən. Rəbbin sözlərindən zövq al,özünü tamamilə Ona bağla.
Əgər bunu etsən,salehliyin əbədi qalacaq,ruzi-bərəkətin daimi olacaq. Bunu istəmirsənmi?
Zülmət olsa da,bəla gəlsə də,nə olursa olsun,əməlisaleh insanlar üçün hər gün nur
doğar,Rəbb bizi aydınlığa çıxaracaq. Çünki sən salehlərin yolu ilə getdin. Rəbbin
əmri bizə öyrədir ki,lütfkar, rəhmli,daimi sevən insan olasan. Həmin doğan nur Rəbbin
Özüdür. Müqəddəs Kitaba düşmüş Peyğəmbərlərin həyatına bax,nədir onları ucaldan 
və onlara bərəkət verən? Rəbb Allahın əmrlərindən zövq almaqlarıdır. Zəbur 112:5-
7:”Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır. Belə adam əsla 
sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq. Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi
üçün ürəyi möhkəmdir.” Nə qədər çox Rəbbə güvənirsənsə,o qədər çox sarsılmaz olarsan.
Hər gün pis xəbərlər – qəzalar,müharibələr,daşqınlar,zəlzələlər vəs. internetdə 
yayılır. İnsanlar buna görə təlaş içində olurlar. Davud Peyğəmbər isə Rəbb Allahın
sözünü sənə çatdırır və deyir ki,pis xəbərdən qorxmarsan,çünki sənin ürəyin möhkəmdir.
Rəbbə güvən,etibar et,bütün düşüncənlə və varlığınla Ona bağlan və Rəbbin sözünə
görə şadlan. Gəlin dua edək:”Ya Rəbb,bugün üçün,yeni açılan sabah üçün sənə minnətdarıq
və şükür edirik. Sənin lütfkar kürsünün yanına gəlirik və üzümüzü sənə tuturuq. 
Yerin və Göyün Yaradanına alqış olsun. Sənə minnətdarıq ki,bizə davamlı xeyir-dua
və şəfa verirsən. Ölkəmizə,şəhərimizə görə sənə minnətdarıq. Azərbaycana görə sənə
şükür edirik. Xalqımızın sevgisi,səxavəti üçün sənə alqış olsun. Ya Rəbb,sənin qarşına
gəlirik və hər cür pisliyi,lovğalığı, haqsızlığı kənara atırıq və rədd edirik. Özümüzü
tamamilə Sənə və əmrlərinə həsr edirik,Sənin nəsihətini qəbul edib yaşayırıq. Sənin
xeyir-duanı ömür boyu almaq üçün hər gün Sənin əmrlərindəyik və bundan zövq alırıq.
Sənə güvənirik,ona görə də ürəyimiz möhkəmdir və pis xəbərdən qorxmuruq. Bütün işlərimizi
Sənə etibar edirik və Səndən zövq alaraq edirik.” Qoy Rəbb hər birinizə xeyir-dua
versin.

**Müəllif:_ İdris Azəri_**