# Rəbb Allah  sözü vasitəsi ilə bizi təmin edir.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bb-allah-sozu-vasit%c9%99si-il%c9%99-bizi-t%c9%99min-edir/
- Опубликовано: 2021-09-06T23:40:18+04:00
- Автор: thecasper

Bugün qarşınıza Allahın sözü ilə gəlirəm. Çünki Allahın sözünün təyinatı var. Allah
bəşəriyyətə sözünü verdikdə Öz sözü vasitəsi ilə bizi təmin etmək istəyir. Onun 
təminatı sülhdür,əmin-amanlıqdır,gündəlik xeyir-duadır,şəfadır,həyatdır. Bunun üçün
Allah Öz sözünü bəşəriyyətə verib,bu səbəbdən də hər gün Allahın sözünə müraciət
edirik,hər gün Allahın sözü ilə yaşayırıq,çünki Allahın sözü bizi təmin edəndir,
təsəlli verəndir,ürəklərimizə təskinlik verəndir,bədənimizə şəfa verərək sığınmağımız
üçün bizə genişlik verəndir. Əgər bugün sənin hər hansı bir sıxıntın,kədərin,səni
darlığa salan bir şey varsa,bil ki,Allahın sözü səni genişliyə çıxarandır. Allahın
sözü səni gündəlik yemək ilə təmin edəndir,bunu edən səni Yaradan Allahdır.
 Allah
səni yaratmadı ki,sən ac qalasan,xəstəlik içində yaşayasan. Allah səni yaratdı ki,
sən yaşayan olasan,törəyən olasan,həyatın boyu Onu dərk edib Ondan zövq alasan. 
Bu,Allahın işidir. Düşmənin işi isə öldürməkdir,məhv etməkdir,aldatmaqdır. Bugün
biz Tovuzda baş verən hadisələri eşidirik. Bunların heç biri xoş deyil,cavan şəhidlərimiz
oldu. Müharibədən keçən,Qarabağ döyüşlərində iştirak edən biri kimi mən bilirəm 
ki,bu nə qədər kədərlidir nə vaxt ki,bizi müdafiə edən gənclər şəhid olurlar. Allah
istəmir ki,xalq öz gəncliyini itirsin. Bunu düşmən istəyir ki,xalqın əlindən gəncləri
alaraq ümidinı almaq istəyir. Allah həyat verir,düşmən isə onu alır. Allah müdafiə
edir,bərpa edir,qoruyur. Allaha daha çox sıxınaq… Xalqımız üçün,ölkəmiz üçün duada
duraq. Zəbur 127:1-2:” Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri 
Rəbb qorumazsa,Keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb gec yatmağınız,Azuqə
üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə,verər.”
İnsanlar zəhmət çəkirlər ev tikirlər və indiki müasir dövrdə görürük ki,necə gözəl
binalar tikilir. Amma Allah deyir ki,əgər Allah sənin evini tikmirsə,əgər həyat 
verən Allah sənin həyatında iştirak etmirsə,bənnaların zəhməti boşa çıxar. Allah
deyir ki,”Bu,mənim işimdir. Mənim işim səni təmin etməkdir,evini tikməkdir. Mənim
işim odur ki,xalqı,milləti qoruyum. Mənim işim odur ki, gündəlik azuqə ilə təmin
edim. Mənəm şəfa vərən Allah. Gəl mənə tərəf,mənim sözümdə qal. Bu söz sənə həyat
vermək üçündür,sənin evini tikim.” Bəyan et bu sözləri… Allah əliaçıqdır,zəngindir.
O,öz səxavətliliyi ilə hər kəsi xeyir-dualandırmaq istəyir. Allahı tanıyanların 
işi isə Allaha sığınaraq Onun xeyir-duasını ölkəmizə, şəhərimizə, ailəmizə elan 
etməkdir. Rəbb həyat verəndir,Rəbb qoruyandır,Rəbb müdafiə verəndir. Rəbb nəslini
qoru,gənclərini qoru,biz istəmirik ki,insanlar ölsün… Çünki sən dedin:”İnsanların
ölümünü yox,məni dərk edib yaşamaqlarını istəyirəm.” Bu səhər biz bunun üçün dua
edirik, Rəbb qoru gəncləri,qoru əsgərlərimizi. Qoy Sənin müdafiən gəlsin,Sənsən 
müdafiə edən,qoruyan,Sənsən zəfər verən,Sənsən şirin yuxu verən,Sənsən şəhəri qoruyub
evimizi tikən… Qanunun təkrarı 28:2-7:”Allahınız Rəbbin sözünü dinləsəniz, bütün
bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq. Şəhərdə və çöldə xeyir-dualı
olacaqsınız. Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-
qara və qoyun-keçilərinizin balaları artımlı olacaq. Səbət və xəmir təknələriniz
bərəkətli olacaq. Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq. Rəbb sizə hücum
edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən
yeddi yolla qaçacaq.” Allah bizə deyir ki,Onun sözü yük deyil,bizi azad etmək üçündür.
Onun sözü şəfa vermək,təmin etmək,şirin yuxu vermək,qorumaq üçündür. Sənin Allaha
yaxınlaşmağın,Allahla yaşamağın təhlükəsizliyindir. Səslə Allahını,çağır Onu. Çünki
bu Allahdan gələn misilsiz xeyir-duadır. Allah səninlədir. Bundan güclü nə ola bilər??
Hər bir həyəcanı qovan,təlaşı qovan,narahatlığı qovan Allahın hüzurudur. Sadəcə 
çağır Onu. Sadəcə olduğun yerdə səslə. Yerin və Göyün izzətli yaradanı olan Allah,
Rəbb İsanın adı ilə sənə səslənirəm və səni çağırıram həyatıma, ailəmə, şəhərimə.
Təmin et,tik,qoru,şirin yuxu ver,gündəlik azuqə ilə təmin et,xəstələrə şəfa ver.
İstə,Allah verəcəkdir. Allahınız Rəbbin sözünü dinləsəniz,xeyir-dualar üzərinizə
gələcək və ancaq gəlməyəcək,üzərinizdə də qalacaq. Açın Müqəddəs Kitabı,oxuyun onu.
Müqəddəs Kitab Allahın insanlara verdiyi zəngin xəzinəsidir. O zəngin xəzinədən 
biz şəfa alırıq,əminlik alırıq,cəsarətli oluruq,qorxunu və həyəcanı qoyuruq,yeniliklər
üçün açıq,təmin olunmuş insanlar oluruq. Çünki Allahın sözü bunu edir. Bəyan et 
bu xeyir-duanı. Mən dua edirəm ki,Qanunun təkrarı 28: 2-7-ci ayələrdə yazılmış xeyir-
dua bütün soydaşlarımızın üzərinə gəlsin. Qoy hər bir azərbaycanlı bu söz ilə Allahdan
xeyir-dua alsın. İlk xeyir-dua inananlar, güvənənlər, gerçək olduğunu bilənlərə 
gəlir. Allah var və Onu axtaranlara mükafat verəndir. Allahın sözü şəhərdə və çöldə
xeyir-dualı olacağımızı deyir. Bəyat et öz üzərinə – “Şəhərdə və çöldə xeyir-dualı
olacağam.” Allah deyir ki,doğulan övladlarınızın artımı olacaq. O demir ki,azalacaq,
əksinə artacaqlar. Biz bunu bəyan edirik öz xalqımız üçün – “Artım olacaq,xalqımız
çoxalacaq,törəyəcək. Güclü və Allaha bağlı nəsil yaranacaq.” Allahımızın sözü bizə
bunda əminlik verir. Allah deyir ki,torpaqlarımız, heyvanlarımız, qoyun-keçilərimiz
belə artacaq. Allah deyir :” Mən təmin edirəm,bərəkət olacaq. Hər girişiniz və çıxışınız
xeyir-dualı olacaq.” Bəyan et bunu hər dəfə evə girəndə –”Mən xeyir-dualıyam.” Bu
xeyir-duanı bizə verən Yaradandır. O,bizi təmin edir xeyir-dua vasitəsi ilə. Allah
sözü deyir fərqi yoxdur hansı peşə ilə məşğulsan,bəlkə heç işimiz yoxdur karantin
dövrüdür və iş tapa bilmirsənsə,hər vəziyyətdə Allah deyir:” Sən xeyir-dualısan.
Səni təmin edən əllərinin zəhməti deyil,mən Allah səni təmin edirəm.” Doğulan övladlarımız,
torpağın məhsulu,heyvanlar,mal-qara hər biri xeyir-dualıdır,onların artımı dayanmayacaq.
Allahın sözü deyir: “Sənə hücum edən,pis niyyətlə təcavüz edən düşmənlərini sənin
gözünün önündə məğlub edəcəyəm.” Onlar sizə 1 yolla hücum edəndə,önünüzdən 7 yolla
qaçacaqlar. Necə bu olacaq? Sığın Allahına. Məsləhət görürəm ki,açın Qanunun təkrarı
28:2-7-ci ayələri,oxuyun və bəyan edin,elan edin. Qoy Rəbb Allahdan müdafiə,xeyir-
dua gəlsin. Bizi müdafiə edən “övladım” deyib çağıran Allahımızdır,bizi Yaradan 
və bizə həyat Verəndir. Allahın sözü deyir: “Sənin xəmirin,sənin səbətin bərəkətli
olacaq,övladların artımlı olacaq,hər olduğun yerdə xeyir-dualı olacaqsan.” Bu,Yaradanın
arzusudur,istəyidir,iradəsidir. Allahın sözü bizə bunu deyir. Rəbb hər birinizə 
xeyir-dua versin.

**Müəllif:_ İdris Azəri_**