# Müqəddəs Kitab İncil – Paulun Romalılara Məktubu 3:21-31

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muqeddes-kitab-incil-paulun-romalilara-mektubu-3-21-31/
- Опубликовано: 2023-08-06T23:59:23+04:00
- Автор: rmzsmyl

**Paulun Romalılara Məktubu**

**İman və salehlik**

21. Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun
da, Peyğəmbərlərin yazıları da şəhadət edir.
 22. Allahdan gələn bu salehlik İsa
Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
23. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub 24. və Onun lütfü ilə 
də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 25. Allah
İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı 
vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub
qabaqca edilən günahları cəzasız qoymuşdu. 26. Bunu etdi ki, indiki zamanda salehliyini
zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
27. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? 
Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28. Çünki bu nəticəyə 
gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. 29. 
Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə,
başqa millətlərin də Allahıdır. 30. Çünki yalnız bir Allah var və O, sünnətliləri
imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. 31. Onda biz iman vasitəsilə
Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.

**[Dinlə](https://on.soundcloud.com/QmXJu) – ****İdris Məmmədov**