# Müqəddəs Kitab İncil – Paulun Romalılara Məktubu 2:17-29

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muqeddes-kitab-incil-paulun-romalilara-mektubu-2-17-29/
- Опубликовано: 2023-08-04T11:58:33+04:00
- Автор: rmzsmyl

Paulun Romalılara Məktubu | Fəsil 2

Yəhudilər və Qanun

17. Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;
 18. Onun iradəsini
bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən; 19. əminsən
ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara
işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən. 20. əminsən ki, Qanunda bilik 
və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara
tərbiyəçi, uşaqlara müəllimsən. 21. Bəs nə üçün başqalarını öyrətdiyin halda özün
öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan? 22. «Zina etmə» dediyin
halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan? 23. Qanunla öyünməyinə
baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan. 24. Axı belə yazılıb: «Sizin üzünüzdən
millətlər arasında Allahın adına küfr edilir». 25. Sünnətin yalnız o zaman faydası
var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda
sünnətsiz adam kimi olursan. 26. Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli
tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır. 27.
Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; 
sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan. 28. Çünki zahirən
Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. 29.
Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə
deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.

**[Dinlə](https://on.soundcloud.com/cTDvZ) – ****İdris Məmmədov**

 