# Müqəddəs Ruhun tonuna köklənmişik

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muq%c9%99dd%c9%99s-ruhun-tonuna-kokl%c9%99nmisik/
- Опубликовано: 2021-09-06T23:38:33+04:00
- Автор: thecasper

Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. – Qalatiyalılara 5:
25
 Zərif fortepianonu kökləyən işçiyə qulaq asarkən , bu fortepianoda Varşava konsertinin
gözəl ifasını və “Sən nə qədər böyüksən” himninin zəngin melodiyasını necə dinlədiyimi
xatırladım. İndi alətin mütləq köklənməyə ehtiyaci var idi. Bəzi klavişlər mükəmməl
səslənir, digərləri isə xoşagəlməz səslər çıxardır. Kökləyən işçinin vəzifəsi bütün
simlərin eyni səslənməməsi deyil, hər klavişin bənzərsiz səsini digərləri ilə birləşdirərək
ümumi bir ahəng yaratmaq idi.

Məbəddə fikir ayrılığı barədə söhbətlərdə eşidə bilərsiniz. Fərqli hədəfləri və 
ya istedadları olan insanlar bir araya gələrək dəhşətli bir münaqişə yarada bilərlər.
Qalatiyalılara yazdığı məktubda, Paul imanlıları Rəbb ilə ünsiyyəti və insanlar 
arasındakı münasibətləri pozan “düşmənçilik, münaqişə, qısqanclıq,hiddət, çəkişmələr
və ixtilafları” aradan qaldırmağa çağırır. Bundan sonra həvari bizi Ruhun meyvəsini
yetişdirməyə çağırır. Bu “məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, 
sədaqət, həlimlik, nəfsə hakim olmaq” (Qal. 5:20, 22-23).

Əgər ruhda hərəkət ediriksə, əhəmiyyətsiz, mənasız mövzularda lazımsız münaqişələrdən
qaçınmaq daha asan olacaq. Ümumi məqsəd fərqlərdən daha vacib olacaq. Rəbbin köməyi
ilə qəlblərimizi Müqəddəs Ruhun tonuna uyğunlaşdıraraq hər birimiz lütf və birlik
içində böyüyə bilərik.
 * * * Görəsən mən, ne cürsə imanlılar arasında fikir ayrılığı
yaradıram? Bəs mən necə harmoniya yarada bilərəm? * * * Mərhəmətli Rəbbim, Müqəddəs
Ruhun rəhbərliyinə uyğunlaşmağı və başqaları ilə harmoniya yaratmağı mənə öyrət.

**müəllif: **_**Cindy Hess Casper**_
 **tərcümə: **_**Nicat Alovlu**_