# Müqəddəs Kitab Güzgüdür

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muq%c9%99dd%c9%99s-kitab-guzgudur/
- Опубликовано: 2021-09-06T23:55:39+04:00
- Автор: thecasper

Kəlam bizə güzgü kimi verilibir…Özümüzü görək, özümüzü təhlil edək…o böyüdücü şüşə
deyil ki orda başqalarının səhfini axtaraq.

Mən sizə yazıram və özümə də götürürəm, kiməsə ünvanlanmıram, ilk olaraq özüm öyrənirəm…
———
Yaxşı olar ki⤵️ 1. Özün üçün Vaxt götür– tənhalan, Niyə? Haradan gəldiyini və haraya
getdiyini anlamaq üçün. Həyatının məqsədini və dəyərlərini özün üçün səmimi aşkar
etmək üçün: * Nə üçün yaşayırsan? * Nədir sənin həyatının missiyası?

2. Şumla o bərkimiş ürəyini…necə? Həlimliyi öyrənməklə….Əlindən nə qədər gəlirsə—
insanlarla sülhdə ol, və bu sülhü sən yarat..
 3. Özünə kənardan baxmağa çalış: *
Həyat tərzini öz gözünün önündən keçir, hər şeyə- hərətəklərinə, istifadə etdiyin
sözlərə — diqqətlə bax və Allahın Kəlamına uyğun olub olmamasını özün aşkar et. *
özün üçün rəhbər tutduğun dəyərlərə bax: * onlar başqalarına həyat verir? ( əgər
o başqasına həyat vermirsə, deməli həyat vermək gücünə malik deyil, deməli bu sənə
də həyat verməyəcək…) * Ümid verir? * Dəyişmək üçün sevgi verir? Əgər vermirsə dəyiş
bu dəyərləri… Öz həyatın üçün məsuliyyət götür…..bu sənin həyatındır, sən bu həyatdan
zövq alıb xoş günlər görmək istəyirsənsə bunu et… Çünki sənin başqalarına olan münasibətin–
ürəyinin sərt və daşlaşmış olduğunu göstərir…. Əgər sənin ürəyin başqasına qarşı
sərtdirsə o zaman Allah sənə həyat sözünün yeni payını verəndə belə bu sərtlik imkan
verməyəcək ki, bu söz ürəyinə daxil olsum və sonrada bəhrə verisin… Əgər kimsə səninlə
ünsiyyətdən uzaqlaşıbsa problemi ilk olaraq o adamda axtarma, özündə axtar, özünə
diqqət yetir… Dua et o adam üçün… Xeyir dua ver ona…- çünki xeyir dua verən — xeyir
dua alacaq… _**1Timotey1:18-19:…”əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik
sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə
aparasan, imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını
qəzaya uğrayan gəmi kimi batırdılar.”**_

_**İdris Azəri**_