# Məsihin vasitəsi ilə günahdan azadıq

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/m%c9%99sihin-vasit%c9%99si-il%c9%99-gunahdan-azadiq/
- Опубликовано: 2021-09-06T23:48:56+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza adət etdiyimiz kimi Rəbbin sözü ilə gəlirəm. Səhər erkəndən
eşitdiyimiz ayələr bizim düşüncə istiqamətimizi qərarlarımızda, münasibətlərimizdə
idarə etsin. Rəbb Allahın sözü vacib olan və əvəz edilə bilməyən bir təməldir. Bu
dünyada minlərlə atalar sözləri,aforizmlər var və insanlar da bu sözlər üzərində
həyat qurmağa çalışırlar. O sözlərdə isə insanların həyat təcrübəsindən başqa heç
bir güc yoxdur. Rəbb Allahın sözü isə həyat mənbəyidir və sənin həyatına qüdrət,
səadət,rahatlıq gətirə bilər. Başqa bir mənbə yoxdur,çünki Yerin və Göyün Yaradanı
bir Allahdır. Hər şeyə həyat verən Rəbb Allah Öz kitabını bizə verdi ki,biz Yaradandan
həyat alaq. Bizim həyatımız günləri yola verməklə olmasın. Hər günün dadını çıxarmaq,
sevinc dolu yaşamaq lazımdır. Hər bir insan bunu istəyir və arzulayır,lakin edən
azdır. Rəbb Allahın sözü sənin üçün ən vacib olandır, ona görə də hər gün Rəbbin
sözünə müraciət et. Oxu Müqəddəs Kitabı və oradan həyat üçün nümunə götür.
 1 Peter
2:24:” O,bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki,biz 
günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.” Rəbbin sözü deyir ki,İsa Məsih Yer
üzündə olduğu zaman Onu çarmıxa çəkdilər. O, çarmıxa könüllü getdi və Onun məqsədi
onda idi ki,Ona iman edən hər bir insan millətindən,cinsindən asılı olmayaraq günahdan
azad olsun,iman etdiyi gündən etibarən salehlik uğrunda yaşayan və Məsihdən gündəlik
və davamlı xeyir-dua alaraq sevincə malik olsun. Məsih çarmıxa ondan ötrü getdi 
ki,sən azad olasan, günaha münasibətdə ölü olasan və günah sənə münasibətdə ölü 
olsun. Lənətdən və cəhənnəmdən azadsan,azad insan kimi yaşa. Rəbb Allahdan bu azadlığa
nail olan insan kimi yaşa,bu azadlığı bəyan et və bu azadlıq haqqında danış. Rəbbin
sənə verdiyi bu hədiyyəni sevinclə yaşa. 1 Peter 2:24:”Onun yaraları ilə siz şəfa
tapdınız. Məsihin çarmıxda axıtdığı qanı vasitəsi ilə hər cür ağrıdan azadsan. Əgər
bugün sənin bədənində səni narahat edən xəstəlik varsa,duada Rəbb İsanın qarşısına
gələrək de:”Sənin sözün bunu dedi Ya Rəbb,sənin yaralarında şəfa tapdım. İnanıram,
qəbul edirəm.” 1 Peter 2:25:”Hamınız qoyun kimi yolunuzu azmışdınız,indi isə canınızın
Çobanına və Nəzarətçisinə tərəf döndünüz.” İman etdiyin gündən sən canının Nəzarətçisinə
və Çobanına tərəf döndün,O,sənin qayğıya qalacaq. O,səni təmin edən və qoruyandır.
Ona daha da yaxın ol. İman etdiyin gündən sən Məsihə tərəf döndünsə,bütün ürəyinlə,
varlığınla Ona sarıl və Ondan geri çəkilmə. Qoy sənin heç bir qərarın və düşüncən
Ondan uzaq olmasın. Məsihdən öyrən və ibrət götür. O,sənin həyat mənbəyidir. 1 Peter
2:22-23:”O heç bir günah etmədi. Ağzından hiylə sözü çıxmadı. Onu söydülər,O isə
cavabında söymürdü. Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə,ədalətli Hakimə Özünü
təslim etdi.” Bu, həyat nümunəsidir. Məsih bu nümunəni iman edənlərə verir. Rəbb
Allahın sözü deyir ki,sən günahdan azadsan. Azad olduğuna görə Rəbb sənə müqəddəs
və pak deyir. Azad olmuş insan kimi,saleh insan kimi,bu tərzdə yaşa. Səni azad edən
Rəbb Özüdür. O səni azad etdisə,azadsan. Rəbb Özü də sənə Öz həyat nümunəsini verdi,
çünki Rəbb özü də günah etmirdi. Sən də günahdan xaric yaşa. O,rüsvay edən, təhqir
edən,dedi-qoduda iştirak etmirdi. Onu söydülər,amma O,cavabında söymürdü. Əgər səni
incidən varsa,Ona cavab vermə. İsa dəfələrlə deyirdi və öyrədirdi ki,düşmənlərimizi
sevək,bizi təqib edənlər üçün dua edək. Məhz bu yolla yaşasanız,Məsihin övladları
olacağıq. Səmavi Atanın övladları olmaq istəyirsinizsə,sizi təqib edənlər üçün dua
edin. Əzab çəkəndə qisas aImaq üçün gözləməyin,təhqir olunanda əvəz olaraq cavab
verməyin,özünüzü ədalətli hakimə təslim edin. İnsanlar çətinliyə düşəndə adətən 
ona əzab verən və pislik edən insanı Allaha tapşırırlar. Sənin Xilaskarın və sənin
uğrunda Özünü fəda edən şəxs heç kimi ədalətli Hakimə təslim etmirdi,Özünü təslim
edirdi və tabe etdirirdi. Sənin Xilaskarın olan Rəbb heç kimi təhqir etmirdi. Sən
də Onun kimi yaşa ki, sən də Səmavi Atanın,Yerin və Göyün sahibi olan Rəbbin balası
olasan. Rəbb Allahın övladları bu cürdür. Onlar günah etmir,ağızlarından günah söz
çıxarmır,əzab çəkəndə heç kimi hədələmirlər,rəhm edib sevməyə davam edirlər. Onlar
özlərini Rəbb Allaha təslim edirlər. Bu,bizim həyat nümunəmizdir. 1 Peter 2 21:”
Biz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə
oldu ki,siz də Onun izi ilə gedəsiniz.” Bu həyat nümunəsini Məsih bizə verdi ki,
biz Ona iman edənlər və pənah gətirənlər,Onun adı ilə günahdan azad edilənlər,Onun
yaraları ilə şəfa alanlar və davamlı xeyir-dua alanlar Onun izi ilə gedək. Məsih
ona görə əzab çəkdi ki,biz yaşayaq. Məsih ona görə dirildi ki,bizim əminliyimiz 
olsun. Qoy Rəbb sizə xeyir-dua versin. Bugün Məsih haqqında düşünərək,öz azadlığımızı
gözümüzün önünə gətirərək Məsihin izi ilə gedin. İzzətli Ata sizin bu davranışlarınız
və hərəkətlərinizlə hər gün izzətlənsin.

**Müəllif:_ İdris Azəri_**