# Məsihə olan iman vasitəsilə Allaha yaxınlaşırıq

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/m%c9%99sih%c9%99-olan-iman-vasit%c9%99sil%c9%99-allaha-yaxinlasiriq/
- Опубликовано: 2021-09-06T23:40:53+04:00
- Автор: thecasper

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/10/WhatsApp-Image-2019-10-08-
at-12.27.44-209x300.jpeg)

Rəbb Allahın sözü bizim üçün ən vacib,ən dəyərli olandır,çünki Onun sözünün vasitəsi
ilə Rəbb Allahın niyyətini aşkar edirik. Məhz Müqəddəs Kitab vasitəsi ilə Rəbb Allahın
bizə olan xoş niyyətini,arzusunu,iradəsini aşkar edirik. Biz görürük ki,Rəbb Allah
bizim həyatımızda hansı işləri görmək istəyir,hansı nemətlər verir?
 Rəbb Allahın
sözü bizi Yaradanla canlı və diri ünsiyyətə yönəldir. Ona dua edərək canlı ünsiyyətdə
olmaq bizim ibadətimizdir. Rəbb Allah səni Onunla ünsiyyətə çağırır. Dua edəndə 
boşluğa ya da,soyuq divarlara danışmırsan,sən var olan,canlı və diri,hər şeyə həyat,
nəfəs, təkan verən Rəbb Allahla ünsiyyətdəsən. Bəzən çətinliklə qarşılaşdıqda,xoşagəlməz
hadisə ilə üzləşəndə,xəstələnəndə insanlar düşünür ki,”Nə edə bilərəm? Ancaq dua
etmək.” Bu sözlərinə duanı kiçiltmə. Laqeyd olma duaya,xor baxma. Rəbb Allahım qarşısına
dualarınla gələrək sevinc,sülh,şəfa alırsan. Nə qədər böyük nemətlər var. Rəbb Allah
sənə böyük xeyir-dua verib. Efeslilərə məktub 3:12:”Məsihdə və Məsihə olan iman 
vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.” Rəbb Allah özü bu yolu
sənin qarşında açdı ki,onun qarşısına gələsən. Bir çox insanlar istəyir,diləyir 
ki,Rəbb Allahın qarşısına çıxıb bu cür yanaşsın. Amma bu,insandan asılı deyil,bu
yolu açan Rəbb Allahdır. Bu,Məsihdən asılıdır və ona iman vasitəsi ilə mümkün olur.
Bu iradəni qəbul edərək Rəbb Allahın qarşısına bu cür – cəsarətlə, etibarla yaxınlaşa
bilirik. Bilirsiniz “cəsarət” sözü nə deməkdir? Rəbb Allah deyir:”Mən sənin üçün
bu yolu açanda tamamilə təhlükəsiz etmişəm ki,sən qorxmayasan,tərəddüd etməyəsən.
Bunun əksi olan cəsarət, əminlik verəcəyəm.” Sənin bu cəsarətlə yanaşmanda rahatlığın,
əminliyin var. Rəbb Allah deyir ki,qorxmadan Ona yaxınlaşaq,O,öz sülhü və əminliyi
ilə bizi əhatə edəcək. Etibarla yaxınlaşırıq Rəbbə – inamla, sədaqətlə,etimadla,
davamlı,səmimi şəkildə yaxınlaşırıq. Rəbb Allah Ona bu cür yanaşmağımızı istəyir.
Ondan gizlənməyi deyil,Ona səmimi olmağımızı gözləyir. Çünki Yaradan bizə öz xoş
niyyətini də bu cür açır. Rəbb Allah bizi bu cür ünsiyyətə çağırır. Bu ünsiyyətdə
Rəbb Allah bizə xeyir-dua verir,al Ondan xeyir-duanı. Sənin duan sadəcə itən sözlər
deyil,Yaradana olan müraciətdir. Bu,biz məsihçilərin Rəbb Allaha olan ibadətidir.
Onun qarşısına sevinclə, rahatlıqla, əminliklə,sülhlə,cəsarətl gəlirik. Çünki bizi
seçdi,bizə əbədi həyat verdi. 1 Yəhya 5:13:”Bunları sizə – Allahın Oğlunun adına
iman edənlərə yazdım ki,əbədi həyata malik olduğunuzu biləsiniz.” Rəbb Allah deyir
ki,bunları ondan ötrü yazdım ki,sən biləsən. İsa Məsihə iman etməklə Ata Allah bizə
əbədi həyat verir. Ölümdən qorxma,qarşıda səni nə gözlədiyindən qorxma. Əgər sənin
xilasın üçün Oğlumu sənə görə qurban vermişəmsə,səni gündəlik azuqə ilə təmin etməyəcəmmi?
Qorxma,Rəbb təmin edəndir,qoruyandır. Rəbb Allahın sözləri bizə bu həqiqətləri açır
və deyir:”Allah sənin yanındadır.” 1 Yəhya 5:14:”Biz Onun hüzurunda ona görə cəsarətlə
danışa bilirik ki,Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.” Bilirik ki,
nə diləyiriksə O bizi eşidir,Ondan dilədiklərimizi alırıq. Rəbb Allahın sözü deyir:”
Bil ki,Mən snə əbədi həyat verdim. Bil ki,Mənim iradəmə görə istədiklərini mən eşidirəm.
Bil ki,sənin dilədiklərin eşidilir və ona cavab verilir.” Ona görə də indi harada
olursan ol,gözlərini yum və Yaradanın qarşısına gəl. De:”Ey izzətli Rəbb,Məsih İsada
sən məni canlı ünsiyyətə dəvət etdin. Sənin qarşına problemlərimlə,qorxularımla,
şübhələrimlə gəlirəm. Qarşına gəlirəm ki,məni azad edəsən.” İndi nəyə ehtiyacın 
varsa,istə. Şəfaya ehtiyacın var? İstə. Rəbb Allah deyir:”Mən sənə etibarlı,cəsarətli
yol açdım. Mənim sözüm sənə deyir ki,mən səni eşidirəm.” Bu,Allahın sənə olan xoş
niyyəti,arzusudur. O deyir:”Mənim hüzurumda səmimiyyətinlə məndən istə. Duanın digər
tərəfində durub tezliklə cavab vermək istəyirəm. Mənim niyyətim sənə hər zaman xoşdur,
yaxşıdır,şəfadır.” Cəsarətli olaq,əmin olaq,ehtiyaclarımızı Rəbbə bildirək. Rəbb
Allahın sözü deyir:”Mənim iradəmə görə yaşa,istə. Mənim sənə olan iradəm hər zaman
xoşdur. Sən də başqaları ilə belə ol. Sülhyaradan,sevincli,Rəbb Allahın xoş sözünü
yayan,insanlara sevgi gətirən ol. Mən təhlükəsizlik təmin edirəm,sən də belə ol.
Sənin dualarını eşidirəm,cavab verirəm.” Buna görə də sevincli və rahat olun, cəsarətli
və həvəsli olun. Rəbb Allahın qarşısına gəlin,ehtiyaclarınızı bildirin. Matta 7:
7-8:”Diləyin,sizə veriləcək, axtarın, tapacaqsınız,qapını döyün və sizə açılacaq.
Çünki hər diləyən alar,axtaran tapar,qapı döyənə açılar.” Bu, Var Olanın sənə olan
xoş niyyətidir,arzusudur,istəyidir. Belə də yaşa. Qoy Rəbb hər birinizə xeyir-dua
versin. Mən istəyərdim ki,siz dua haqqında və dua mövzusunda çox dəyər verən,qiymət
verən,duada daimi olan insanlar olasınız. Dua ilə Rəbbin qarşısına gəldikdə,O istəmir
ki,biz sadəcə əzbərlənmiş sözlər deyək. Dua Yaradanla olan dialoqdur. Qorxular,şübhələr,
xəstəlik varsa,Rəbb Allaha bunu bildir və sükutda dur,icazə ver ki,O,səninlə danışsın.
Qoy Rəbb ürəyindəki tərəddüdləri götürərək sülh, sevinc, rahatlıqla əvəzləsin. Qoy
Rəbb bədəninə şəfa versin,duadan sonra şəfa alasan. Tələsmə dua edib işinin ardınca
getməyə,narahat olma hər birini çatdıracaqsan. Rəbbin ünsiyyətinə dəyər ver. Bu,
xoş və heçnə ilə əvəzedilməzdir. İstənilən vəziyyətlə üzləşdikdə,de ki,dua edəcəksən,
Rəbbi səsləyəcəksən,dualarıma cavab gələcək. Qoy Rəbb sizə xeyir-dua versin,duaya
münasibətiniz tamamilə dəyişilsin.

**Müəllif: _İdris Azəri_**