# Mənə hekayə danış.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/m%c9%99n%c9%99-hekay%c9%99-danis/
- Опубликовано: 2021-09-06T23:38:50+04:00
- Автор: thecasper

Onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.
Mark 4:34

Bir zamanlar. Bu iki söz ilə çoxlu nağıllar və hekayələr başlayır və bu sözləri 
bütün dünyada ən tanınmış sözlər saymaq olar. Mənim uşağ xatirələrimdə o tanınmış
ifadənin bəzi variantları mövcuddur. Anam bir gün evə gələndə onun əlində böyük,
rəngli şəkilləri olan, “Xeyirxah Pastorun Müqəddəs Kitab Hekayələri” kitabı var 
idi. Hər axşam yatmazdan əvvəl qardaşım və mən “bir zamanlar” yaşamış maraqlı insanlar
və onları sevən Rəbb haqda anamızın oxuduğunu dinləyirdik. Bu hekayələr bizə dünyaya
açılan bir pəncərə oldu.
 Bütün zamanların ən böyük hekayə söyləyəni kim olub ? 
Şübhəsiz ki, Nazaretli İsa. O hamımızın içində hekayələrə xüsusi bir sevgi yaşadığını
bilirdi, ona görə də müjdəni yayanda bu üsuldan istifadə edirdi: “Bir zaman” bir
insan var idi , hansı ki , toxumu yerə səpirdi (Mark 4:26). “Bir zaman” o xardal
toxumu böyüdü (v. 31) və s. Markın Müjdəsi aydın şəkildə göstərir ki, İsa gündəlik
insanlarla münasibətində dünyanı daha aydın görmək və onları sevən Rəbbi daha dərindən
anlatmaq üçün bir yol olaraq hekayələrdən istifadə edirdi.

Başqalarına Rəbbin mərhəməti və lütfi haqqında danışarkən ,müjdə verərkən bunu yadda
saxlamaq çox gözəl olardı. Hekayələr böyük gücə sahibdilər.

**_Müəllif: John Blase_**
 **_Tərcümə: Nicat Alovlu_**