# İsa Məsihə iman vasitəsi ilə Allahın ailə üzvüyük

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/isa-mesihe-iman-vasitesi-ile-allahin-aile-uzvuyuk/
- Опубликовано: 2021-09-07T00:04:39+04:00
- Автор: thecasper

Bu gün aprel ayın 7, həftənin bazar günüdür. Bir çoxları üçün bu gün istirahət günüdür
və onlara doyunca yatmaq, ailəvi harasa getmək və həftənin adına uyğun olaraq Bazarlıq
etmək günüdür, digərləri üçün bu gün hələdə iş günüdür və onlar işləməyə tələsirlər.
İsa Məsihə pənah gətirən bizlər üçün, bu gün ibadət günüdür, haçan hər bir kəs eyni
əqidədə olan insanlar ilə bir yerə toplaşırlar, toplatı yerinə KİLSƏ deyirik.

KİLSƏ sözü – yunan dilində-Ἐκκλησία- deyirik. Eklesiya,  ibrani dilində – קהל- Kahal
deməkdir.İki mənası var, Rəbbə aid olanlar və söz mənasına görə — TOPLANTI.

Bu cür toplantılarda Məsihə məxsus olanlar, əssaən, ünsiyyətdə olurlar bir ailə 
kimi, biri-birlərini ehtiyaclarını dinəlyir, biri-biri üçün dualar edilər, kimlərsə
kömək etmək üçün bölüşürlərlər, Rəbb Allahı məhd etmək üçün mahnılar oxunur və Müqəddəs
Kitabdan – ibrətamiz, nəsiyyət xarakterli, ayələr oxunaraq təlim verilir.

Müqəddəs Kitab Efeslilərə məktub 2:19-21

9Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah
ailəsinin üzvüsünüz.  20Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz,
guşədaşı isə Məsih İsa Özüdür.  21Bütün bina Onun üzərində birləşərək Rəbbə aid 
müqəddəs məbəd olmaq üçün ucalır.

Müqəddəs Kitabda yazılıb ki, biz İsa Məsihə iman vasitəsi ilə Allahın ailə üzvüyük.
Nəinki seçilmiş, nəinki Allaha məğbul, mömün….. Allahın ailə üzvləri…. Bu imtiyaz
İsa Məsihə iman edənlərə verilir və ailə üzvləri olduğumuza görədə Rəbb Allah bizə
çox yaxın olur, dularımızı eşidir, məşəqətli günlərimizdə kömək edir, sevinəndə 
sevinir, ruhlandırır və güclü iradəli insan olmağa kömək edir.

Niyə İsa Məsih, Müqəddəs Kitab, Həvarilərin İşləri 4:12 belə yazılıb—“Ondan başqa
heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur
ki, onun vasitəsilə xilas olaq”.

Səma altında, yer üzərində yaşan inasanlar üçün Rəbb Allah bir isim verib, onun 
adı İsa Məsih ( Məsih yunanca- Χριστός— «Məsh Edilmiş, Xilas Edən kimi istifadə 
olunur). İsa Məsihə görə ƏRbb Allah insanların günahlarını bağışlayır, insanlara
Əbədi həyatı (cənnəti) irs olaraq verir. Buna və Müqəddəs Kitabın digər ayələrinə
görə biz, İsa Məsihə pənah gətirənlər deyirik: biz əbədi həyatı irs olaraq aldıq,
bizim üçün mühakimə yoxdur, çünki Rəbb Allah, İsa Məsihə görə günahlarımızı bağışladı…..

Rəbbə minətdaram ki, paytaxt Bakıda və digər şəhərlərdə İsa Məsihin adı ilə toplaşan
azərbaycanlılar ibadətlər edir, ölkəmizi üçün, dövlət başçısı üçün, xalqımız üçün,
insanların şəfa alması üçün, Qarabağın sülh yolu ilə qayratılması üçün, ölkəmizin
rifahı üçün – niyazlar və yalvarışlar edir.

Bu gün evdə oturma – Rəbb Allahın məbədi olan kilsəyə get.