# İsa Məsihə sadiq qalanlar bu yolla gedər.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/isa-m%c9%99sih%c9%99-sadiq-qalanlar-bu-yolla-ged%c9%99r/
- Опубликовано: 2021-09-07T00:00:49+04:00
- Автор: thecasper

Başqasını mühakimə etməmək, maraqlı nəsiyyətdir, çünki biz adətən bizə oxşamayan,
bizdən fərqli düşünən, geyinən, danışan insanlara qarşı, qəbul etməyən mövqe tuturuq…
Başqasının bizdə fərqli olduğunu asandlıqla və rahat qəbul edən deyilik. Əlvan rəglərdən
qaçaraq, əsasən mavi, qara, ağ rəglərə üstün veərərək, eyniləşmə, uyğunlaşma, standartlarla
yaşamağa öyrəşmişik.

Bizim fikirlərimizlə, zövqümüzlə razı olmayana qarşı ilk reaksiya – ya alçatmaq 
yada aqresiyadır. Alçaldırıq haçan ki, özümüzü ondan yaxşı və üstün olduğumuzu hiss
edəndə və aqresiv oluruq haçan ki, qarşımızdakını özümüzdan üstün və biz edə bilmədiyimizi
etdiyini gördükdə tədbiq edirik. NİYƏ?

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/07/9f90cb2f-54c1-4788-982f-
0fddf6facdbd-300x157.jpg)

Cavabı sadədir, daxili insanda zəyif və qeyri standart olmaqdan qorxularımızdır.
Məhs bu mənfi hislər, bizi öz düşüncəmizi başqasının üzərinə qoyaraq onları idarə
etməyə, təziq göstərməyə, fikirləri bizdən fərqli olanlara qarşı digərlərini qaldırmağa,
deyinməyə, şikayət etməyə, onları dayandırmağa, xələl verməyə həvəslənərək pislik
edənlərin yolun yolçusu olmağa vadar oluruq.

Rəbb İsa isə öyrədir: ”…kim olursansa-ol, sən də üzürsüzsən..”

Bəlkə sən haqlısan, bəlkə sən öz gözündə haqlısan, necə olursa olsun, başqasının
səndən fərqli olduğuna görə ona qarşı olmağın, onu mühakimə etməyin – ÜZÜRSÜZDÜR.

“…Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən…”

Rəbb İsa bizləri, başqalarının fikirlərinə hörmət etməyə çağırır, sevməyi öyrədir,
qayğı göstərməyə səsləyir…. Bu Məsihçilikdir.

İsa Məsihə sadiq qalanlar bu yolla gedər.