# Həyatının dəyişilməsini istəyirsən?

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/heyatinin-deyisilmesini-isteyirs%c9%99n/
- Опубликовано: 2021-09-07T00:06:35+04:00
- Автор: thecasper

Bizim həyatımız və xidmətimiz, məs Rəbbimiz İsa Məsihi təqlid etməklə yaxşı nəticə
verə bilər. Biz Müqəddəs Kitabda İsan Məsihin  etdiklərindən öyrənirik necə insanlar
ilə ünsiyyət qurmaq lazımdır, müjdəni onlara necə çatdırmaq lazımdır, necə insanlarla
münasibət qurmaq lazımdır, onlara necə dost olmaq lazımdır…

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/07/15043-seed-plant-life-garden-
grow-dirt-wide.1200w.tn_-300x157.jpg)

İsa Məsih heç bir günahkarı etdiyi günahlara görə ittiham etmirdi…

– İsa Məsih, vergi yiğan Zakkaya– sən oğrusan, xainsən, fırıldaqcısan demədi. Əksinə
onun evinə getdi, başqaları Zakkaya etibar etməsədə, onunla ünsiyyətdə olmasada,
İsa onunla ünsiyyət qurdu və məs bu ünsiyyətə görə Zakkayın həyatı dəyişdi(İncil,
Lukanın Müjdəsi 9:2)
 – Quyu başında söhbət etdiyi Samariyalı qadına– əxlaqsız və
zinakarsan demədi, əksinə həmən qadınla hörmətlə, qayğı ilə söhbətə başladı. İsanın
münasibəti bu qadınında həyatını dəyişdi. (İncil, Yəhyanın Müjdəsi 4:1-30) – Hətta
zinada yaxalanmış qadına belə — günahkarsan, zina içində yaşayırsan demədi. Çünki
həyat tərzində asılı olmayaraq hər bir insana sevgi və qayğı lazımdır.(İncil, Yəhyanın
Müjdəsi 8:7) – Peter qılıncla baş kahinin qulunun qulağını qopartdı — sən nə etdin,
niyə belə etdin demədi. İsa qula şəfa verərək, qulağını bərpa etdi və Peterə isə:“
qılıncını yerinə qoy, çünki qılınc qaldı çəkənlərin hamısı qılıncla məhv olacaq”
dedi (İncil, Matta 26:47-56 və Lukanın Müjdəsi 22:47-53) – Samariyanın bir kəndi
İsa Məsihi kəndlərinə qəbul etmədilər və bu İsa Məsihin şagirdlərini qəzəbləndirdi.
Onlarda ikisi, Yaqub və Yəhya Samariyanın bu kəndinə alov endirməsini İsadan istəyəndə–
İsa onlara dəlisiz demədi,  “siz hansı ruha malik olduğunuzu bilmirsiniz” :dedi…(
Luka9:51-56)

İsa Məsihlə ilə görüşən hər bir kəs, Onun tərəfindən heç bir ittiam almadan həyatı
dəyişilirdi… Bu münasibətin təsiri idi onların həyatında, və məs bu münasibətə görə
bizim də həyatımız dəyişildi…. Bəs sən necə, həyatının dəyişilməsini istəyirsən?

İnsani təbiyyətimizə görə biz öyrənmişik ilk olaraq nəyəsə nail olmaq, nəisə əldə
etmək və ondan sonra əldə edilən neymətlərlə bölüşmək. Lakin Rəbb Allah Kəlamı vasitəsi
ilə öyrədir ki, əlində olanla bölüş, fərqi yoxdur nə qədər səndə var, vacib odur
ki, bölüşməyə həvəsli olasan. Bu həyatın qanunudur və əgər bu qanunu əməl edib, 
əlində olan azı bölüşdürürsənsə, o zaman çox əldə etdiyin zaman onuda edəcəksən.
Az əkən az əldə edir, çox əkən isə itirmir, əksinə daha çox əldə edəcək. Buna görədə
başqalarına xüsusi ilə də ehtiyacda olanlara əl tutaq, onlara kömək edək, Müjdə 
işində səxavətli və əli açıq olaq və əlimizdən gələni əsirgəməyək, çünki bu Rəbb
Allahın iradəsidir.