# Fürsəti əldən vermə, çağıran Rəbb Allaha itaət et.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/furs%c9%99ti-%c9%99ld%c9%99n-verm%c9%99-cagiran-r%c9%99bb-allaha-ita%c9%99t-et/
- Опубликовано: 2021-09-07T00:02:11+04:00
- Автор: thecasper

İsa Məsihin ölülər arasında DİRİLMƏSİ haqda Müqəddəs Kitabda yazılaraq bir daha 
sübüt edilir və bu sübüt qüdrətlidir, yani təkzib etmək artıq mümkün deyil. 120-
dən çox insana 40 qün ərzində İsa şəxsən göründü və İsa Məsihin dirilməsinə şahid
olanların şəhadəti təkzib edilməzdir. Rəbb Allah həvarisi vasitəsi ilə Müqəddəs 
Kitabdın müxtəlif ayələrində İsanın diriləsini vurğulayır. Çünki İsa Məsih ilk olaraq
ölülər arasında dirildi və Rəbb Allahın sağında əyləşdi. Bu İsa Məsihə iman edənlərə
əminlik verir ki, Ona iman edən ölməyəcək və ölsə belə– İsada diriləcəkdir. Çünki
Rəbb Allah ölülərin Allahı deyil, dirilərin Allahıdır. Ona iman edənlər ölüm hökmündən
azaddılar. Bu səbəbdən Rəbb Allah Müqəddəs Kitabı vasitəsi ilə öyrədir: “Rəbb İsanı
necə qəbul etdiksə, Onda eyni həyat sürək”…
 Biz İsanın Rəbb olduğuna və ölülər 
arasından dirildiyinə iman vasitəsi ilə inandıq və bütün həyatımızı məhz imanımıza
əsaslanan həyat tərzində yaşamağa çağırılmışıq. Nə baş verirsə versin, biz əminik
ki, iman etdiyimiz Şəxs sadiqdir. Bu səbəbdən: xəstələnəndə — ruhdan düşmürük, lakin
İsa Məsihin adı ilə Rəbb Allahdan şəfa istəyirik. Çətinliklərlə üzləşəndə — ümidsiz
deyilik, əksinə Rəbbin vəfalı olduğuna görə şükürlərlə dolub daşırıq. Gözlənilməz
hadisələr baş verdikdə — qorxmuruq, çünki vəd verən Allah yanımızdadır. Bu əminlik
yaşamaq üçün stimul verir, bu iman qorxunu qovur. Bu iman –cəsarətli və mərd edər.
Ölüm artıq qorxulu deyil, çünki bilirik ki, İsa Məsihi ölülər arasında dirildən 
Rəbb Allah bizi DİRİLDƏCƏKDİR. Bu səbəbdən İsa Məsihə iman edənlər biri-birini salamlayaraq
deyir: İSA MƏSİH – DİRİLDİ. Cavabında : HƏQİQƏTƏN DİRİLDİ, deyirik.

Bu iman və əminlik – hər bir insan üçün hal-hazırda açıqdır. Lakin bir gün bunları
əldə etmək mümkün olmayacaq.
 Fürsəti əldən vermə, çağıran Rəbb Allaha itaət et.