# Fırtına

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/firtina/
- Опубликовано: 2021-09-06T23:54:27+04:00
- Автор: thecasper

-Hamımız həyat dənizində üzürük. Bəzilərimiz indi güclü fırtınalar içindədi. Tanrı
bu yolu rahat üzəcəyimizin sözünü verməyib.(_**Yəhya 16:33**_) Amma digər tərəfə
çatacağımızın sözünü verib. Bəziləriniz işlərini itirib, bəziləriniz münasibətlərində
qırılmalar yaşayır, Bəzilərimiz xəstəlik dövrünü keçir, ancaq biz xaosdan nə öyrənə
bilərik? Fırtınada sağ qalmaq üçün nələr edə bilərik? Qorxu bizi yıxmağa çalışdığında
nə edə bilərik? Xaos səndə yanlış bir şeyler gedir demək deyil, Rəbbin sənə əsəbi
olduğu demək deyil. O demək deyil ki Rəbb səni sevmir yada səni rədd edir. Xaos,
Tanrının iradəsini yetirsə idim fırtınada olmazdım demək deyil. Bunu aydın izah 
edim. Xaos həyatımızın və yaşantımızın normal bir parçasıdır. Əziyyət çəkmək,mübarizə
aparmaq böyüməyin əsas hissəsidir. Palıd ağacı torpağa əkilmiş bir az toxumla başlayır.
Gözəl palıd ağacına çevrilmək üçün hər il küləklərlə,yağışlarla, qarlarla üzləşir.
İllər sonra bu toxum güclü palıd ağacına çevrilir. Çünki fırtınalarda imanımız böyüyür.
İmanımızın saflığı sınaqdan keçirildiyində görünür. Fırtınada xarakterin güclənər,
Rəbbin böyük izzətini tapa bilərsən. Fırtınada Rəbbi çağırırıq bizə yardım etməsini
istəyirik. Fırtına bizim etibarımızı gücləndirər. Əgər bunu qazansaq,digəri daha
çətin olacaq amma sənin etibarın olacaq çünki keçmişin zəfərlərlə dolu olmuş olacaq.
Əgər bunu qazansaq digərini də qazanacağıq sonrasını da. Çünki Tanrı bizi Allahın
aslanına çevrilməyimizi istəyir. Tanrı sualımıza cavab verməyibsə bu demek deyil
ki o cavab vermək istəmir bəlkə də o bu mübarizəni atlatmağımızı gözləyir. Su müqaviməti
gəmi üçün, hava müqaviməti təyyarə üçün lazımdır. İncildəki hər bir peyğəmbər mübarizə
aparıb,əziyyət çəkib.Sadəcə çətinliklə üzləşdiyimizdə əsl potensialımızı görərik.
Pis vəziyyətdəyiksə, bu vəziyyətimizə baxmağı buraxaq- fürsətlərimizə baxaq. İnsanlar
bizi qırğınlığa uğradacaq. Nə qədər də ağrıdıcıdır, hə? Soruşacağıq Tanrı hardadır,
niyə bunların olmasına icazə verir. Düşünə bilərsiniz ki mənim üçün cavab yoxdur.
Əslində Tanrının minlərlə cavabı var.Qəlbimiz sağalacaq, “Günəş yenidən parlayacaq.”
Fırtına daha güclü şəkildə qopmağa başladığında hara gedəcəyik? Sadəcə birinə – 
O İsadır.  Xilaskarımız 👑

**Musa Məmmədov**