# Dövlət Komitəsində görüş keçirilib

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/don-brok-kasey-villiams-ile-gorus/
- Опубликовано: 2023-02-24T22:50:06+04:00
- Автор: rmzsmyl

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş 
Heydərov Cənubi Karolina “Gateway” Baptist kilsəsinin baş pastoru Don Brok və Şimali
Trenholm Baptist kilsəsinin baş pastoru Kasey Villiams ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada
təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar
arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinə toxunulub.
Eyni zamanda ölkəmizdə qeyri-müsəlman dini icmalarına, o cümlədən baptist icmalarına
yaradılan şərait, dini konfessiyalara dövlət tərəfindən göstərilən qayğıdan bəhs
olunub.

Azərbaycanın tarixi tolerantlıq ənənələrindən danışan qonaqlar ölkədə müxtəlif dini
etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini bildiriblər.
Ölkəmizdə şahidi olduğu həmrəylik mühitini, baptist icmalarına göstərilən yüksək
diqqəti xüsusi vurğulayaraq bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə
çatdırıblar.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsinin aparıldığı
görüşün sonunda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini
tolerantlıq mühitindən bəhs edən kitablar qonaqlara təqdim olunub.

 [⌊baş pastoru⌉](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/77b21ce8b7efa63fba399872fb64638f.jpg)

 [⌊Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi⌉](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/509faa2a897dcd57e09b51a42454b727.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/a5d2bb2988271e5a391e23adc7acb793.jpeg)

 [](https://xilasinyolu.site/wp-content/uploads/2023/03/b77113f81e80f6f4d40597f2677e7a70.jpeg)