# Bacardığınızı istifadə edin

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/bacardiginizi-istifad%c9%99-edin/
- Опубликовано: 2021-09-06T23:56:31+04:00
- Автор: thecasper

Müxtəlif ənamlar var , amma Ruh eynidir. – 1 Korinflilərə 12: 4
 Məni dünyaca məşhur
pianoçu ilə görüşməyə dəvət etdilər. Uşaqlıqdan bəri musiqi dünyasına həvəsliyəm,
skripka və fortepiano çalırdım, kilsələrdə və müxtəlif tədbirlərdə tez-tez solo 
hissələr səsləndirirdim. Buna görə bir məşhurla tanış olmaq şansı məni həyəcanlandırdı.

İclasa gələndə məlum oldu ki, pianoçu ancaq ingilis dilində danışır. Təəccüblüdü,
amma o birdən bir violonçeni (heç toxunmadığım bir aləti) çıxardı və çalmağımı israr
etdi və müşayiət etdi. Bir neçə not çaldım , skripka kimi çalmağa çalışdım. Sonda
heç bir şey alınmadığına görə ayrılmağı qərara aldığ.

![](https://xilasinyolu.site/wp-content/uploads/2019/08/The-Light-image-2-1-300x200.
jpg)

Birdən … oyandım! Bu bir yuxu idi! Ancaq başımda bir müddət bir sual yaranmışdı:“
Niyə ona oxuya biləcəyimi demədim?”

Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur (1 Kor. 12: 7). Dualarla Müqəddəs Kitabı
oxuyaraq və dostların müdrik məsləhətlərini dinləməklə, misilsiz hədiyyəmizi (və
ya hədiyyələrimizi) daha yaxşı öyrənə bilərik. Həvari Pavel xatırladır ki, ruhani
hədiyyəmiz nə olursa olsun, Müqəddəs Ruh ənamları “istədiyi kimi” payladığını nəzərə
alaraq ənamlar tanınmalı və istifadə edilməlidir (v. 11).

Müqəddəs Ruhun Allahın izzəti və Məsihə iman gətirənlər üçün verdiyi bacarıqlardan
istifadə edəcəyik.

Ruhani hədiyyələriniz nələrdir? Onları necə istifadə edə bilərsiniz? Başqalarına
verilən mənəvi hədiyyələri istəmək niyə səhvdir?
 Səmavi Ata, mənə hədiyyə etdiyin
və başqalarına qarşı bu hədiyyələrindən necə istifadə edə biləcəyimi göstər.

### _**Müəllif: **_**Evan Morqan**⏎  _**Tərcümə:**_** Nicat Alovlu**