# Alt-üst olan planlar

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/alt-ust-olan-planlar/
- Опубликовано: 2021-09-06T23:56:17+04:00
- Автор: thecasper

“İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.” Sül 19:21
 Internatura
zamanı işin çox emosional gərginlik gətirdiyi ortaya çıxdıqda Jane’nin bir terapevt
olmaq planları alt-üst oldu. Daha sonra onu jurnala məqalə yazmağa dəvət etdilər.
O özünü heç bir zaman yazıçı kimi görmürdü, amma illər sonra öz işləri ilə ehtiyac
duyan ailələrə əhəmiyyətli dəstək verdi. “Geriyə baxanda görürəm ki, Rəbb mənim 
planlarımı niyə dəyişdi” deyir. “Onun mənim üçün daha yaxşı bir planı var idi.”  
Müqəddəs Kitabda uğursuz planlar haqqında çoxlu hekayələr var. İkinci missioner 
səyahətində Paul Müjdəni Bitiniyaya gətirmək istədi, lakin Müqəddəs Ruh onu dayandırdı(
Həvarilərin işləri 16: 6-7). Bu, həvarıni çaşdırmışdı: niyə Rəbb tapşırığına uyğun
planları ləğv etdi? Cavab yuxuda gəldi: Makedoniya Paula daha çox ehtiyac duyurdu.
Orada, Avropada ilk kilsə yaratmalı idi. Süleyman demişdir: “İnsanın qəlbində çox
amalı var, Amma Rəbbin niyyəti həyata keçər.”(Sül 19:21). Planlar qurmaq gözəldir..
Tanınmış bir kəlamda deyilir ki: “Heç nə planlaşdırmayan, uğursuzluğu planlaşdırır.”
Ancaq Rəbb Öz razılığı üçün planlarımızı ləğv edə bilər. Bizim vəzifəmiz Allaha 
təvəkkül etmək, qulaq asmaq və itaət etməkdir. Əgər Onun iradəsinə tabe olsaq, həyatındakı
məqsədini necə yerinə yetirdiyini görəcəyik.Gələcəyə dair planları düşünərək onlara
yeni bir misra əlavə edirik: “Dinləməyi planlaşdırın. Allahın planına qulaq asın.”
Bu gün planlarınızı Rəbbə necə təqdim edə bilərsiniz. Onun planlarına necə qulaq
asmaq olar? Hər şeyi bilən Rəbb, planlarım uğursuz olduqda səni eşitmək üçün imanımı
gücləndir. Həyatım üçün ən yaxşı olan planı sən bilirsən , Rəbbim.

### **_Müəllif:_ Leslie Co.**⏎  **_Tərcümə: Nicat Alovlu_**