# Allah məni niyə sevir?

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/allah-m%c9%99ni-niy%c9%99-sevir/
- Опубликовано: 2021-09-06T23:54:12+04:00
- Автор: thecasper

İndiki yaşamımızda bir çox insan belə düşünür-Allah məni doğurdan da sevir? Başlarına
bir pis iş gələn kimi şübhəli davranırlar ki,Allah məni sevirsə niyə bu mənim başıma
gəldi? Əgər məni sevsə idi icazə verməzdi bunun başıma gəlməyinə..Və bunun kimi 
digər fikirlər də var ki hamını şübhəyə salır. Amma belə fikirlər düzgün deyil,çünki
Allah hər bir insanı sevir-buna sübut olaraq Müqəddəs Kəlamdan ayəyə baxaq:Yəhya
3:16: “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi 
ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun”
 Əgər Allah
dünyanı belə sevməsəydi o öz Oğlunu qurban verməzdi.O heç bir mal-mülk və yaxud 
mal-qara qurban vermədi,O tək olan Oğlunu,dünyaya göndərdiyi Oğlunu qurban verdi
ki,ona iman edən hər kəs xilas olsun,ölümə məhkum olmasın. Çünki Allah dünyanı və
insanları doğrudan da sevir. Bu sevgini də dünyada insanlara göstərmək səndən,məndən
aslıdır. Allahın sevgisiylə bir-birimizi sevək çünki Allah da hər bir insanı heç
bir qarşılıq gözləmədən sevir.O günahkarı da, oğrunu da, narkomanı da,zina edəni
də,hörmət etməyəni də,hər bir insanı sevdi. Və bunu daha bir ayədə də görmək olar.**
_1Yəhya 4:7-8: “Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən
hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki
Allah məhəbbətdir.”_** Allahın məhəbbət olduğunu dərk edən insan Allahın ona olan
məhəbbətini qəbul edəndə, biləndə ki, Allah onu şərtsiz sevir və bağışlayır, o da
ətrafındakı insanları şərtsiz sevir ve bağışlayır. Bu ayə də bizə deyir- bir-birimizi
sevək çünki Allah məhəbbətdir. **_1Yəhya 4:10: “Məhəbbət bizim Allahı sevməyimizlə
bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza
görə kəffarə qurbanı olaraq göndərdi.”_** O bizə öz məhəbbətini göstərdi və Oğlunu
qurban verdi ki biz ölməyək. **_İbranilərə məktubu 13:5: “…Çünki Allah Özü demişdir:«
Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».”_** Bizi qarşılıqsız sevən Atamız,
Rəbbimizə alqış olsun!

**_Sara Səlimova_**