# Ad nə məna daşıyır ?

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/ad-n%c9%99-m%c9%99na-dasiyir/
- Опубликовано: 2021-09-06T23:39:05+04:00
- Автор: thecasper

Rəbbin izni ilə, oğlumuz Kofi Cümə günü dünyaya gəldi. Adının dəqiq mənası isə budur:“
Cümə günü dünyaya gələn bir oğlan.” Ona, yeganə oğlu ölən Qanalı bir pastor dostumuzun
adını qoyduq . Daim Kofi üçün dua edir. Bu bizim üçün böyük bir şərəfdi.

Adınızın tarixini bilmirsinizsə, onun əhəmiyyəti tez itir. Lukanın müjdəsinin 3-
cü ayəsində Yusifin əcdadlarından birinin adı ilə bağlı maraqlı bir detala rast 
gələ bilərsiniz. Müəllif onun nəslini Adəmə və hətta Tanrının özünə qədər izləyir(
Luka 3:38). 31-ci ayədə deyilir ki, Natanın, Davudun oğlu idi. Natanın ? Hmm, maraqlıdır.
1 Salnamələr 3: 5 – dən Natan’ın Bat-Şevadan doğulduğunu öyrənirik.

Davud Bat-Şevadan olan uşağını təsadüfən Natan adlandırdı? Baş verənləri xatırlayın,
Bat-Şeva ümumiyyətlə Davudun arvadı olmamalı idi. Digər Natan, peyğəmbər, padşahı
öz səlahiyyətindən sui-istifadə etməkdə və Bat-Şevanı özünə arvad etmək üçün, onun
ərini öldürməkdə cəsarətlə ifşa etdi (bax: 2 Sam. 12).

Davud, peyğəmbərin ifşasını qəbul etdi və dəhşətli günahlarını tövbə etdi. Keçmişin
yaraları sağaldıqdan bir müddət sonra oğlunu Natan adlandırdı. Çox maraqlıdır ki,
bu Bat-Şevanın oğlu , Məsihin yer üzərindəki atası olan Yusifin əcdadlarından biridir(
Luka 3:23).

Müqəddəs Kitabda, Rəbbin lütfü hər şeyə toxunur, hətta nadir hallarda oxunan nəsillərin
adlarına. Allahın lütfü hər yerdədir.

Lukanın müjdəsi 3:23: “İsa… İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli
oğlu”

Rəbbin lütfü həyatınızda hansı gözlənilməz şəkildə özünü göstərib ? Rəbbin insanlığa
dair olan planını başa düşmək, onun hər hissəsində lütf görməyə necə kömək edir?

Rəbb, hər şeydə lütfünü görməyimizə kömək et.

**müəllif: **_**Tim Gustafson**_
 **tərcümə:**_** Nicat Alovlu**_